Cümə, May 18, 2012 Bakı vaxtı 19:57

Multimedia / Videolar

Polisin ikili standartı

Polisin ikili standartı

Şriftin ölçüsünü dəyiş - +
18.05.2012
İctimai Palatanın keçirdiyi aksiyanı polis dağıdır. İran səfirliyi qarşısında keçirilən aksiyaları isə əıksinə, hətta etirazçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə küçədə nəqliyyatın yolunu kəsir. Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi hər iki aksiyada polis niyə fərqli davranır?

Video «Eurovision»da sənin favoritin hansı mahnıdır?

Bəstəkarlar Vaqif Gərayzadə və Gövhər Həsənzadə bizim qeyri-formal münsiflər qismində ifaları müzakirə edir, onlara qiymət verirlər

Video Tbilisidə dindarlarla cinsi azlıqları müdafiə fəalları arasında toqquşma

Mayın 17-də Beynəlxalq Hemofobiya Günü münasibətilə Tbilisidə cinsi azlıqların müdafiəsi fəalları aksiya keçiriblər. Aksiyada dindarlarla onların arasında qarşıdurma olub. AzadlıqRadiosunun gürcü xidmətinin təqdim etdiyi video.

Video Soyuz astronavtları Beynəlxalq Kosmik Stansiyaya çatdırıb

Rusiyanın Soyuz kosmik gəmisi mayın 17-də ABŞ kosmonavtı Joseph Acaba, eləcə də Rusiya kosmonavtları Gennady Padalka və Sergei Revini Beynəlxalq Kosmik Stansiyaya çatdırıb. Soyuz iki gün əvvəl Qazaxıstanın Baykonur kosmodromundan havaya buraxılmışdı. AP agentliyinin videosu.

Video Gəncədə cümhuriyyət baniləri qəbiristanlıqda əbədiləşdirilib

Gəncənin köhnə “Səbiskar” qəbirstanlığında Azərbaycan Demokratik Respublikasının qurucularının və onların ailə üzvlərinin qəbirlərinin olduğu bildirilən sərdabə var

Video Azərbaycana gələn turistlər hansı suvenirləri alırlar?

«Eurovision» ərəfəsində Bakıya gələn turistlər bu səfəri xatırladacaq milli suvenir axtarışındadır.

Video Müxalifətçilər aclıq aksiyası keçirirlər

İctimai Palatadan olan səkkiz nəfər aclıq aksiyası keçirirlər. Əsas tələbləri İctimai Palatanın 2 aprel 2011-ci il aksiyası zamanı həbs olunan, o cümlədən beynəlxalq hüquq təşkilatlarının «vicdan məhbusu» kimi tanıdığı digər şəxslərin də azad olunmasıdır.

Video Alman deputat efirdə

Almaniya Yaşıllar Partiyasının üzvü Volker Beck «İşdən Sonra» proqramında canlı efirdə suallara cavab verir.

Video Elnur Məcidli azadlıqda. Bəs digər siyasi məhbuslar?

Yenicə həbsdən çıxmış AXCP fəalı Elnur Məcidli, onun vəkili Əshabəli Mustafayev və hüquq müdafiəçisi İntiqam Əliyev ehtimallarını bölüşürlər

Video Gül Bayramından sonra güllərin aqibəti...

Mayın 10-dan başlanan Gül Bayramı 5 gün sonra - mayın 15-də başa çatıb. Gül Bayramı üçün alınan 116 ton gülün bayramdan sonrakı aqibəti...

Video Harri Kasparov diktatorlardan danışır

Rusiyada tanınmış müxalifət liderlərindən olan şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov AzadlıqRadiosunun Belorus xidmətinə müsahibəsində Rusiayda və Belorusda siyasi vəziyyəti qiymətləndirir.

Video DAK və Beynəlxalq Diasopra Mərkəzinin İran səfirliyi önündə etiraz aksiyası

Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspora Mərkəzi mayın 16-da İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. İran əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları Tehranı Azərbaycana qarşı aparılan təxribatlara son qoymağa və həbs olunmuş fəalları azadlığa buraxmağa çağırıblar.

Video Sığorta da rüşvətlə satıla bilərmi?

Maşını, mal-mülkü, sağlamlığı sığortalamağa adi vətəndaşa mane olan nədir, pul çatışmazlığı, yoxsa, sığortaya inamsızlıq? Bakı sakinləri arasında sorğu.

Video 2 aprel məhbusu Elnur Məcidli azadlığa çıxdı

AzadlıqRadiosunun müxbiri Cavanşıq Ağamalıyev 1 illik həsdən sonra evə qayıdan Elnurla söhbət edir.

Video Bakıda Eurovision hazırlıqları

Mayın 12-dən etibarən Eurovision-nun mətbuat mərkəzi işə başlayıb. Burada xarici qonaqlar, jurnalistlər və azakeşlər toplaşır. Vüsalə Əlibəylinin videoreportajı

Video Avropa ilə qonşuluq şansları…

«Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev, politoloq Rəşad Şirin və hüquqşünas Ələsgər Məmmədli Avropa Komissiyasının yeni tövsiyələri haqda danışırlar.

Video Ziyalılar Forumunda hakimiyyətə yeni ismarışlar var

Mayın 14-də Bakıda Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Ziyalılar Forumunun növbəti toplantısı keçirildi.

Video Əfqanıstanda sülh vasitəçisi dəfn edilib

Əfqanıstanda Taliban yaraqlılarının keçmiş rəhbərlərindən olan və sonradan hökumətə qoşulmuş Arsala Rahmani mayın 14-də Kabulda dəfn edilib. O, Əfqanıstanın Ali Sülh Şurasının üzvü idi. Arsala həmin gün səhər saatlarında güllələnmişdi. AzadlıqRadiosunun əfqan xidmətinin çəkdiyi video.

Video Suriya ordusu müxalifətin sığındığı şəhəri bombardman edir

Rastan şəhərində Suriya hökumətinə tabe olan ordu hissələri ilə müxalifətin Azad Suriya ordusu arasında qanlı döyüş olub. Bu həvəskar video həmin döyüşdə çəkilib. Döyüşdə azı 23 nəfərin həlak olduğu, onlarla adamın da yaralandığı bildirilir. AP agentliyinin videosu.

Video Zaqatalada zəlzələdən sonrakı vəziyyət

Zaqatalada zəlzələdən zərər çəkən sakinlərin ötən həftə AzadlıqRadiosuna dedikləri.