Cümə, May 18, 2012 Bakı vaxtı 20:02

Multimedia / Videolar / Dünyada (VİDEO)

Tbilisidə dindarlarla cinsi azlıqları müdafiə fəalları arasında toqquşma

Tbilisidə dindarlarla cinsi azlıqları müdafiə fəalları arasında toqquşma

Şriftin ölçüsünü dəyiş - +
17.05.2012
Mayın 17-də Beynəlxalq Hemofobiya Günü münasibətilə Tbilisidə cinsi azlıqların müdafiəsi fəalları aksiya keçiriblər. Aksiyada dindarlarla onların arasında qarşıdurma olub. AzadlıqRadiosunun gürcü xidmətinin təqdim etdiyi video.

Video Soyuz astronavtları Beynəlxalq Kosmik Stansiyaya çatdırıb

Rusiyanın Soyuz kosmik gəmisi mayın 17-də ABŞ kosmonavtı Joseph Acaba, eləcə də Rusiya kosmonavtları Gennady Padalka və Sergei Revini Beynəlxalq Kosmik Stansiyaya çatdırıb. Soyuz iki gün əvvəl Qazaxıstanın Baykonur kosmodromundan havaya buraxılmışdı. AP agentliyinin videosu.

Video Harri Kasparov diktatorlardan danışır

Rusiyada tanınmış müxalifət liderlərindən olan şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov AzadlıqRadiosunun Belorus xidmətinə müsahibəsində Rusiayda və Belorusda siyasi vəziyyəti qiymətləndirir.

Video Əfqanıstanda sülh vasitəçisi dəfn edilib

Əfqanıstanda Taliban yaraqlılarının keçmiş rəhbərlərindən olan və sonradan hökumətə qoşulmuş Arsala Rahmani mayın 14-də Kabulda dəfn edilib. O, Əfqanıstanın Ali Sülh Şurasının üzvü idi. Arsala həmin gün səhər saatlarında güllələnmişdi. AzadlıqRadiosunun əfqan xidmətinin çəkdiyi video.

Video Suriya ordusu müxalifətin sığındığı şəhəri bombardman edir

Rastan şəhərində Suriya hökumətinə tabe olan ordu hissələri ilə müxalifətin Azad Suriya ordusu arasında qanlı döyüş olub. Bu həvəskar video həmin döyüşdə çəkilib. Döyüşdə azı 23 nəfərin həlak olduğu, onlarla adamın da yaralandığı bildirilir. AP agentliyinin videosu.

Video Rusiyada yazıçıların keçirdiyi «Nəzarət gəzintisi»

Mayın 13-də Moskvada «Nəzarət gəzintisi» adlı yürüş keçirilib. Yazıçıların təşkil etdiyi dinc yürüşə minlərlə insanın qatıldığı deyilir. «Nəzarət gəzintisi»nə polis müdaxiləsi olmayıb

Video Dəməşqdə partlayışlarda yüzlərlə adam ziyan çəkib

Mayın 10-da Suriya paytaxtında törədilən iki partlayışda azı 55 nəfər həlak olub, 370 nəfər də yaralanıb. Bu, ölkədə 14 aydan çoxdur davam edən qarşıdurmada ən qanlı partlayış hesab edilir. AP agentliyinin videosu.

Video Qazaxıstanda müsəlman moda sərgisi

Qazaxıstanda dizayner Mira Myrzabayevanın müsəlman geyimlərindən ibarət moda nümayişi mayın 9-da Almaatıda keçirilib. AzadlıqRadiosunun qazax xidmətinin çəkdiyi video.

Video Rusiya müxalifəti yeni etiraz formalarına keçib

Son günlər aparılan kütləvi həbslərdən sonra Rusiya müxalifəti daha yüngül etiraz aksiyalarına keçmək qərarına gəlib. Bu gün yayılan məlumatda deyilir ki, müxalifət fəalları yeni hərəkatın simvolu olan ağ lentlər taxıb Moskvada müxtəlif yerlərdə kiçik aksiyalar keçirəcəklər. Onlar həmçinin şəhərdə "hökumət əleyhinə gəzintilər" təşkil edəcəklər. Rusiya müxalifəti prezident Putini seçkini saxtalaşdırmaqda ittiham edir.

Video Olimpiya məşəli yandırıldı

London Olimpiya oyunları üçün rəsmi məşəl mayın 10-da Yunanıstanda Olimp dağında yandırılıb. Qədim yunan geyimlərində olan aktrisalar məşəli yandırıb, antik Günəş Allahı hesab edilən Apolloya təşəkkür ediblər. İndi bu məşəl Yunanıstanda 2 900 kilometr, Britaniyay isə 12 800 kilometr yol qət edib, iyulun 27-də Londonda Olimpiya oyunlarının başlandığı günə çatdırılacaq. AP agentliyinin videosu.

Video Qroznıda qələbə paradı

Mayın 9-da Çeçenistanın paytaxtı Qorznıda Faşizm üzərində qələbənin 67-ci ildönümü münsaibətilə parad keçirilib.

Video Moskvada qələbə paradı keçirilib

Mayın 9-da Rusiya paytaxtında II Dünya müharibəsində qələbənin 67-ci ildönümü münasibətilə hərbi parad keçirilib.

Video Qələbə Günündə kommunistlərin aksiyası

Kommunist Partiyası mayın 9-da Moskvada azad seçkilər tələbilə etiraz aksiyası keçirib.

Video Müxalifət fəalları gecəni küçədə keçiriblər

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra da Moskvada müxalifətin etiraz aksiyaları davam edir. Mərasimdən sonra sosial şəbəkələrdə gecəni meydanda keçirməyə çağırışlar olub. Budan sonra bir neçə yüz müxalifət fəalı termoslarda çaylarını götürüb şəhərin mərkəzinə axışıb. Gecə vaxtı onları bir dəfə polis meydandan çıxarsa da səhərə yaxın onlar yenidən meydana toplaşıblar.

Video Putinin əleyhdarları saxlanıb

Mayın 8-də Moskvada etiraz aksiyası keçirən müxalifət fəallarının bir neçəsini polis saxlayıb. Hüquq-mühafizə orqanları jurnalistlərin də işinə mane olub. Seçkinin saxtalaşdırldığını iddia edən müxalifət mayın 7-də Vladimir Putinin prezident kimi andiçmə mərasimindən sonra da etirazlarını davam etdirilər.

Video Bu şəhərdə hər axşam bayramdır

Pakistanın Bannu şəhərində adamlar hər axşam bir yerə toplaşıb çalıb-oynayırlar. Xüsusi bir bayram-filan deyil, sadəcə həmin şəhərdə bu, adi həyat axarıdır. AzadlıqRadiosunun Pakistan xidmətinin əməkdaşı Umar Daraz Wazirin çəkdikləri. =

Video Kreml yönümlü gənclərlə müxalifət fəallarının çəkişməsi

Moskvada Vladimir Putinin prezident kimi and içdiyi vaxtda küçədə də Kreml yönümlü gənclərlə müxalifətin gənc fəalları arasında çəkişmə olub.

Video Sarkozy getdi

Fransa prezidenti Nicolas Sarkozy mayın 6-da keçirilən prezident seçkisində məğlubiyyətini etiraf edib. O, rəqibi sosialist namizəd Francois Hollande-ı qələbə münasibətilə təbrik edib. Francois Hollande-ın tərəfdarları artıq qələbələrini qeyd edirlər. Hollande 1995-ci ildən bəri bu ölkəyə rəhbərlik edən ilk solçu prezident olacaq. Ondan əvvəl sosialist Francois Mitterrand 1981-1995-ci illərdə prezident olmuşdu Reuters agentliyinin videosu.

Video Moskvada polis müxalifət fəllarını saxlayıb

Mayın 7-də Vladimir Putin 3-cü dəfə prezident kimi and içəcək. Onun seçkini saxtalaşdırdığını iddia edən müxalifət fəalları mayın 6-da Moskvada etiraz aksiyası keçirib. Polislə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Onlarla müxalifət fəalı saxlanıb. Reuters agentliyinin videosu.

Video Serbiyada parlament və prezident seçkisi

Mayın 6-da Serbiyada prezident, parlament və bələdiyyə seçkiləri keçirilir. Səsvermədən AzadlıqRadiosunun Balkan xidmətinin çəkdiyi video.