Saytımızdan rahat istifadə etmək üçün brouzerinizi yeniləyin, ya da dəyişin.
Yükləmək üçün təsvirlərdən birinə tıklayın
Radio Free Europe / Radio Liberty broadcasts in 28 languages. Most of our programs are available on FM and medium-wave frequencies of local radio stations in the countries of our broadcast area.
Lökbatan istiqamətindən paytaxt Bakıya girişdə bir-neçə kilometr məsafədə avtomobil tıxacı əmələ gəlib. Tıxacın günorta saatlarından yarandığı bildirlir.
Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov Lent.az-a tıxacın yaranma səbəblərinin dövlət tədbiri ilə əlaqədar meydana gəldiyini bildirib. Ərəstun Məcidov tıxacın saat 16 radələrində aradan qaldırıldığını söyləyib.
Amma yolda qalan sərnişinlərdən bir neçəsinin saat 19:00 radələrində AzadlıqRadiosuna verdiyi məlumata görə, avtomobil tıxacı hələ də davam edir.
Martın 19-da prezident İlham Əliyev bu istiqamətdə Bakı-Ələt yolundan bir qədər aralı, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak edib.