Cümə, May 18, 2012 Bakı vaxtı 21:27

Multimedia / Fotoqalereya

Gürcüstanda dindarlarla seksual azlıqlar arasında qarşıdurma

Şriftin ölçüsünü dəyiş - +
17.05.2012
Mayın 17-də Gürcüstanda ortodoks dindarlarla seksual azlıqların hüquqlarını müdafiə edənlər arasında qarşıdurma baş verib. Seksual azlıqların hüquqlarını müdafiə fəalları 17 May Beynəlxalq Homofobiya Gününü qeyd etmək üçün Tbilisi küçələrinə çıxıbmışlar. Polis qarşıdurmaya müdaxilə edib. Zərərçəkənlər haqqında məlumat yoxdur.

Fotosessiya Moskvada müxalifət fəallarının etirazları davam edir

Mayın 16-ı gecə saat 10-da Moskvada metronun "Barrikadnaya" stansiyası yaxınlığında müxalifət fəallarının qurduqları düşərgə polisin hücumuna məruz qalıb. 20-ə yaxın adam saxlanıb. Müxalifət Vladimir Putinin qalib gəldiyi prezident seçkisinin saxtalaşdırıldığını bildirir, buna etiraz olaraq davamlı aksiyalar keçirir.

Fotosessiya İsfahanda köç

AzadlıqRadiosunun fars xidmətinin İsfahanda tərəkəmə köçündən çəkdiyi fotolar.

Fotosessiya Aşxabadda Niyzaov kultunun qalıqları

2006-cı ildə vəfat edənə qədər - 16 il Türkmənistana rəhbərlik edən və özünü Türkmənbaşı elan etmiş Saparmurad Niyzaov kultunun qalıqları hələ də paytaxt Aşxabadı bəzəyir. AzadlıqRadiosunun türkmən xidmətinin çəkidiyi kadrlar.

Fotosessiya Ramzan Kadyrovun nələri var?

Çeçenistan prezidenti Ramzan Kadyrov 2011-ci ildə qazancı haqqında bəyannaməsində qeyd edir ki, təkcə maaşa dolanır. İllik maaşı isə 4 105 876 rubl - təxminən 106 min manat olub. Özünün adına evi isə cəmi 36 kvadratmetrlik mənzildir. Onun Çeçenistanın ikinci şəhəri olan Qudermes yaxınlığındakı saray kimi evi isə rəsmən anasının adınadır.

Fotosessiya «Baku Crystal Hall»-da məşqlər başladı

Mayın 13-də «Baku Crystal Hall»da məşqlərə start verilib. Məşqlərdən sonra iştirakçı ölkələrin təmsilçiləri mətbuat konfransları keçiriblər. Məşqlərdən çəkilmiş fotoları eurovision.tv saytı yayıb

Fotosessiya Moskvada «Nəzarət Gəzintisi» adlı aksiya keçirilib

Mayın 13-də gəzintiyə çıxanlar arasında yazıçılar Boris Akunin, Eduard Uspenski, Dmitri Bıkov, Viktor Şenderoviç də olub. Onların yürüş etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayanıb.

Fotosessiya Həftənin şəkilləri: 6-11 may 2012-ci il

Seçkilər, andiçmə, parad, evlənmə, ötən həftə dünyada baş verən hadisələr fotolarda.

Fotosessiya Erməni hərbi qüvvələri Qarabağda parad keçiriblər

Mayın 9-da Qarabağda erməni hərbi qüvvələri parad keçiriblər. Erməni qüvvələri Xankəndinin mərkəzinə ağır texnika, artilleriya sistemləri çıxarıblar. Parada Ermənistan prezidenti Serzh Sarkisyan da qatılıb.

Fotosessiya Zəlzələ bölgəsindən son görüntülər

Mayın 7-də Zaqatalada baş vermiş 7 ballıq zəlzələ nəticəsində yüzlərlə ev yararsız vəziyyətə düşüb. Muxax, Bazar, Qımır, Gözbarax kəndlərinin sakinləri deyirlər ki, evlərin əksəriyyəti qəzalı vəziyyətdədir və yaşamaq üçün təhlükəlidir. AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimovun zəlzələdən sonra Zaqataladan çəkdiyi fotolar.

Fotosessiya Müharibə veteranları Moskva küçələrində

İkinci Dünya müharibəsində qələbənin ildönümü münasibətilə mayın 9-da Moskvada müharibə veteranları bayrama çıxıblar.

Fotosessiya Moskvada Qələbə Paradına hazırlıq

Rusiya paytaxtında Faşizm üzərində Qələbənin ildönümü münaaibətilə böyük parad keçiriləcək. Həmin parada hazırlqılardan fotolar.

Fotosessiya Hansı ölkədə nə qədər ət yeyirlər?

Statistikaya görə dünyada insanlar ildə 268 min ton ət yeyrilər. BMT-nin yeni araşdırmasına görə köklükdən narahatlıqlara baxmayaraq, inkişaf etmiş Qərb ölkələrində insanlar ətə daha çox meyllidirlər. Məsələn, Lüksemburqda hər adam ilə təxminən 136 kilo ət yeyir. ABŞ adama ilə 123 kilo ətlə dünyada ikinci yerdədir. Amma Orta Asiya ölkələrində dana, qoyun, quzu, hətta at əti süfrədən əskik olmasa belə bu ölkələr dünyada ət yeməyə görə sonuncu yerlərdədirlər. Türkmənistan sıralamada adambaşına ildə 41 kiloqramla 90-cı, Qırğızıstan 34 kiloqramla 100-cü, Özbəkistan 25 kiloqramla 119-cu yerdədir. Araşdırma müəllifləri guman edirlər ki, Orta Asiya ölkələrində insanlar az hallarda ətə pul verirlər, onlar öz həyətlərində saxladıqları hevanlar və quşlardan istifadə edirlər deyə, belə aşağı nəticələr var.

Fotosessiya Ermənistan prezidenti Şuşada

Ermənistan prezidenti Serzh Sargsyan mayın 8-də Qarabağa gedib. Xankəndində olan Sargsyan həm də Şuşada bu şəhərin işğalının 20-ci ildönümünü qeyd edib. O, Xankəndində və Şuşada müharibə qəhrəmanlarının abidələrinə gül qoyub. Azərbaycanın Qarabağdakı ən gözəl şəhərlərindən biri olan Şuşa 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal edilib.
Ermənistan prezidentinin saytında yayılan fotolar.

Fotosessiya İlham Əliyev «Baku Crystal Hall»un açılışında iştirak edib

Mayın 7-də İlham Əliyev «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi «Baku Crystal Hall»un açılışında iştirak edib. «Baku Crystal Hall» İlham Əliyevin imzaladığı sərəncama əsasən inşa edilib. President.az saytının məlumatına görə, 25 min nəfərlik tamaşaçı yeri olan kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür

Fotosessiya Şuşadan qalan şəkillər

Mayın 8-də Şuşanın işğalının 20-ci ili tamam olur. Şuşanın son illər çəkilən və bir neçə də tarixi şəkillərini təqdim edirik.

Fotosessiya Putinin siyasətdə ilk addımları fotolarda

1999-cu ilin yeni il ərəfəsi Rusiya prezidenti Boris Yeltsin hakimiyyəti Baş nazir Vladimir Putinə verib səhnədən çəkildi. Buna qədər Putin siyasi karyerasını 1990-cı ildə Sankt-Peterburqda mer Anatoliy Sobchak-ın ofisində başlamışdı. 1996-cı ildə Sobchak seçkini uduzandan sonra isə Yeltsinin administrasiyasına qoşulmuşdu. Beləliklə, Valdimir Putinin siyasi hakimiyyətə doğru addımladığı ilk illərdə və son zamanlar çəkilən şəkilləri.

Fotosessiya Zaqatalada 7 ballıq zəlzələ olub

Mayın 7-də səhər saatlarında Zaqatala rayonunda zəlzələ olub. Respublika Seysmoloji Xidmətin yaydığı məlumata görə, Zaqatala və Qaxda 7-bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub. Tikililərdə dağıntı var və insan təlafatı yoxdur. Turan informasiya agentliyinin Zaqataladan təqdim etdiyi fotolar.

Fotosessiya Vladimir Putinin əzələ dərsləri

Rusiyanın keçmiş casus, keçmiş prezident, keçmiş Baş nazir və indiki prezidenti Vladimir Putin özünü həm də vurub-tutan oğlan kimi təqdim etməyə çalışır. Rusiya liderinin bu sahədə son illər ortaya çıxan fotoları.