Cümə, May 18, 2012 Bakı vaxtı 22:41

Dünya

Suriya səfirinin toy dəvətnaməsi ləğv edildi

Şriftin ölçüsünü dəyiş - +
Britaniya hökuməti Suriya səfirinin şahzadə Williamın aprelin 29-da keçiriləcək toyuna dəvətnaməsini ləğv edib. Britanın Xarici İşlər Nazirliyi bunu Suriya hökumətinin demokratiya tərəfdarlarının keçirdikləri mitinqləri zorla dağıtması ilə izah edib. Bu dəvətə görə Britaniya hökuməti müxalifət və insan haqları fəallarının tənqidləri ilə üzləşmişdi.

İnsan haqları fəalları son bir neçə həftədə Suriyada keçirilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin azı 500 nəfəri öldürdüklərini bildirirlər. Sawasiah adlı insan haqları qrupu ölkədə minlərlə adamın həbs edildiyini, çox sayda insanın da hələ itkin hesab edildiyini bildirir.

Təşkilat bu gün yaydığı məlumatında qeyd edir ki, prezident Bashar al-Assadın rejiminə qarşı son altı həftədə keçirilən etiraz aksiyalarında həlak olan azı 500 nəfərin kimliyi təsdiqlənib. Qurum beynəlxalq ictimaiyyəti bu qətliamı dayandırmağa kömək etməyə çağırır. Bəyanatda qeyd edilir ki, xüsusilə etiraz aksiyalarının mərkəzinə çevrilmiş Deraa şəhərində hökumət qüvvələri tanklar və artilleriya qurğularından istifadə edib.

Sawasiah təşkilatını hazırda həbsdə saxlanan insan haqları üzrə vəkil Mohannad al-Hassani qurub.
Suriyadan Livana qaçanlar, 28 aprel 2011

“Reuters” agentliyinin məlumatına görə bu gün əksəriyyəti qadın və uşaqlar olan yüzlərlə Suriya sakini qonşu Livana qaçıb. Sərhədin Suriya tərəfində atəş səsləri eşidilib.

Suriyanın Licvanla həmnsərhəd bölgələrinin keçmiş meri Mahmood Khazaal bildirir ki, artıq 1500 nəfər sərhədi piyada keçib.

Agentliyin başqa bir məlumatına görə dünən Assadın rəhbərlik etdiyi Baath partiyasının Deraa şəhərindəki yerli təşkilatından 200 nəfər istefa verib. Onlar hökumət bu şəhərə tanklarla hücumuan etiraz etdiklərini deyiblər.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashtonun sözçüsü Michael Mann bildirib ki, bu Birliyin Suriyaya qarşı sankisyaları qəbul edilə bilər:

- Bütün variantlar stolun üstündədir. Amma hələlik nə addım atılacağı məlum deyil. Əlbəttə, biz artıq Suriya rejiminin addımlarını pisləmişik. Biz hər zaman insanlara qarşı zorakılığı pisləyirik. Etiraz askiyası iştirakçılarına atəş açmaq qətiyyən olmaz.
Həmçinin oxuyun

Dünən BMT Təhlükəsizlik Şurası da Suriyada etiraz aksiyalarının zorla dağıdılması məsələsini müzakirə edib. Amma Rusiya və Çinin qarşı çıxmasına görə Şura Suriya hökumətini qınayan qətnaməni qəbul edə bilməyib.

Rusiyanın BMT-ki nümayəndəsi Aleksandt Pankin deyib, Moskva güman etmir ki, Suriyadakı hadisələr beynəlxalq təhlükəsizliyə problem yaradır və o xəbərdarlıq edir ki, xarici müdaxilə Suriyada böhranı vətəndaş müharibəsinə çevirə bilər.

Bu gün Londonda səfərdə olan Avstraliyanın Xarici İşlər naziri də dünya ictimaiyyətini Suriya rejiminə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Fatime Haradan: -
29.04.2011 17:47
Chin ve Rusiya ozlerine oxshar dovletlerin chox olmasi ucun mubariza aparirlar..Ona gore de her yerde hogga chixarirlar..

Kimdən: Qaqqili Haradan: Batumi
28.04.2011 21:37
ANALITIK*

Əsəd adı on illərlə ən əclaf soy adı kimi suriya xalqının yaddaşında qalacaq,bu soyadı daşıyanlar öz soylarından imtina edəcəklər.
Nəyin naminə?
Sərvətə,mala dövlətə,hərisliyəmi.Yoxsa psixi pozğunluğa görəmi.
Bəlkə atanın, əminin və yaxud bütün tayfanın on illərdir Suriya xalqına qarşı törətdiyiniz qəddar cinayətlərin açılmasından qorxdunuz.
Özündən əvvəlkilerin taleyi gözünün qabağında deyilmi.
Öldürdüyün, şikəst etdiyin ailələr yəqin ki, sənin millətindən deyil.
Qoy bütün dünyanın özünü böyük hesab etdiyi demokratik Amerikası,Avropası, utansın.
Utansınlar ki,önların gözü qabağında,elə onların himayədarlığı ilə nə cür qəddar diktatorlar yaranıb. Mübarək ,Qədafi.Əsəd,İslam Kərimov, və digər onlarla cəllad, dünyanın demokratik dövlət rəhbərlərinin daimi təmasda olduğu diktatorlar olublar.
Məgər onların beş illik fəaliyyəti dövründə,onların öz dövlətlərini diktatura rejimində idarə etmələri görsənmiridimi.Gözləmək lazımdırmıki, onlar küllü miqdarda sərvətə,halimiyyətə,silah sursata malik olsunlar,sonra onları müharibə və minlərlə insanın qanı tökülməklə hakimiyyətdən uzaqlaşdırsınlar.
Hələ neçə diktator var ki, onlardan da təhlükəlidir. Onlardamı on minlərlə insanın qanın tökməlidir ki, BMT QƏTNAMƏ QƏBUL ETSİN.