Cümə, İyul 25, 2014 Bakı vaxtı 06:33

Verilişlər / Kontekst

Azərbaycanda nədən fərqli Ramazan təqvimləri var?

«Əsas məsələ hansı olursa-olsun, bir təqvimi götürüb axıra qədər getməkdir»
«Əsas məsələ hansı olursa-olsun, bir təqvimi götürüb axıra qədər getməkdir»

Multimedia

Səs
- Bakı şəhərində bir mənbə bir vaxt, digər mənbə isə başqa vaxt göstərir. Bu da oruc tutan insanlarda çaşqınlıq yaradır. Xahiş edirik aidiyyatı orqanlar buna münasibətlərini bildirsinlər.

- Siz özünüz bu gün orucunuzu nə vaxt bağlamısınız?

- 05:30-da. Qonşuluqdakı məsciddən götürmüşəm bu təqvimi.

- Mən həmişə 10 dəqiqə fərq nəzərə alıram. Həm o tərəfdən, həm bu tərəfdən.

- Siz özünüz bu gün orucunuzu nə vaxt bağlamısınız?

- Dəqiq yadımda deyil.

- Mən təqvimi məsciddən götürmüşəm, qəzetlərin yazdığına inanmıram. Necə bilirsiz məscid də yalan deyər?

QMİ ŞAMAXI RƏSƏDXANASINA İSTİNAD EDİR

Bakıda oruc tutan dindar müsəlmanlar arasında ən müxtəlif təqvimlər var. Bu təqvimlərdə bəzən imsak və iftar saatları ilə bağlı 10-20 dəqiqə fərq olur. Çoxsaylı təqvimlərin mövcudluğu da bəzi insanlarda çaşqınlıq yaradır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məscidlərə yaydığı təqvimə görə, avqustun 24-də saat 5:20-də sübh, 20:40-da isə axşam namazı girir. Axşam namazının girməsi ilə iftar da başlayır.

Ancaq bu təqvimə görə, səhər namazına 20 dəqiqə qalmış orucu bağlamalısan. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, elə orucun sübh namazından 20 dəqiqə tez bağlanması bəzi dindarlarda çaşqınlıq yaradır. Üstəlik, o, etiraf edir ki, orucun bağlanması - yəni imsak vaxtı ilə də bağlı müxtəlif təqvimlər var:

- Biz bunu Şamaxı rəsədxanasından götürmüşük. Yəni, bu, elmi sübutlara söykənir. Biz il boyu rəsədxana ilə əməkdaşlıq edirik. Həm namazın vaxtı ilə bağlı, həm də orucluqla bağlı. Biz bu təqvimi əsas götürürük, başqa - mənbəyi məlum olmayan təqvimləri etibarlı saymırıq. Qazilər Şurasının mövqeyi belədir.

HƏR MƏZHƏBİN ÖZ TƏQVİMİ VAR

Azərbaycanda sələfi məzhəbinə mənsub dindarların orucluq təqvimi Qafqaz Müsəlmanları İdarəsinin təqvimindən bir qədər fərqlənir. Fəaliyyəti məhkəmə qərarı ilə dayandırılan «Əbu-Bəkr» məscidinin imamı Qamət Süleyman deyir ki, avqustun 24-ü saat 20:30-da axşam namazı girir. Bu, QMİ-nin təqvimindən 5 dəqiqə fərqlənir. Elə imsak mərasimi ilə də bağlı onlarla idarə arasında bir neçə dəqiqə fərq var. Qamət Süleyman deyir ki, axşam namazında məqsəd günün batmasıdır və onlar da məhz bu amili nəzərə alır.

«Əbu-Bəkr» məscidinin imamı etiraf edir ki, bütün bunlar məzhəblərarası fərqdən irəli gəlir:

- Çünki bəzi məzhəblərdə günəşin batması ilə, günəşin çıxmasının fərqli əlamətləri götürülür. Fərq bundandır.

Ancaq əksər müsəlman ölkələrində belə mübahisələrə rast gəlinmir. Türkiyədə Diyanət İşləri Bakanlığı vahid təqvim müəyyənləşdirərək bütün mübahisələrə son qoyub. İlahiyyətçi Elşad Miri deyir ki, Azərbaycanda dindar kəsimlərin böyük bir hissəsi Qafqaz Müsəlmanları İdarəsini qəbul etmədiyindən belə müxtəliflik və çaşqınlıq yaranır.

Elşad Miri deyir ki, əslində, bu təqvimlər arasında prinsipial fərq yoxdur. Əsas məsələ hansı olursa-olsun, bir təqvimi götürüb axıra qədər getməkdir:

- Ramazanın şərtlərinə olduğu kimi əməl edilməlidir. Bir də başqalarının qayğısına qalıb, ibadəti Allah üçün etməyi bacarmaq lazımdır.

Din ekspertləri düşünürlər ki, yalnız maarifçiliyin gücləndirilməsi və dövlətin vahid konsepsiyası nəticəsində bu məsələdə çaşqınlığı aradan qaldırmaq olar. Onların fikrincə, təəssüf ki, indilikdə dini sferada çaşqınlıqlara son qoymaq əvəzinə azadlıqların boğulması siyasəti aparılır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər

Kimdən: elman Haradan: berde
30.08.2009 19:53
azerbaycanda ne duzduku buda duz olsun

Kimdən: Fəxri Haradan: Bakı
26.08.2009 16:17
Oruc tutmaq da başqa ibadətlər kimi kollektiv deyil, fərdi borclar kateqoriyasına aiddir. Allah insana ağıl və savadını artırmaq üçün imkan veribsə, bu mübahisələrə nə ehtiyac var? Deməli, oruca nə vaxt başlayacağının, iftarını nə vaxt açacağının məsuliyyətini hər kəs özü boynuna götürməlidir.
Qafqaz Müsəlmanları İdarəsi rəsmi təqvim çap edərək məsuliyyəti öz üzərinə götürüb. Əgər bu dini qurumun tövsiyyəsini qəbul etməyən varsa, qoy gedib öz cədvəli ilə ibadətini yerinə yetirsin. Əsas odur ki, ibadətin səmimi olsun...
Elə beləcə mahiyyətə yox, formaya aid lazımsız mübahisələr İslam dünyasını bu cür param-parça edib...

Kimdən: yusif Haradan: baki
26.08.2009 13:45
ay millet siz sorusun bizim basdakilardan xristiyan teqvimlerinini, yeni ili v.s
ne isinize ramazan ne vaxt baslayir ne vaxt bitir.
saat ferqini tam yarliyin coxrafi yerinize gore ve ferqini turkiye iftar ve sahur vaxtindan cixin alin yerli iftarlari.
ne vaxt ki bizde de muselman oldugu anlasilan biri basa geler ve mollamiz olar onda sorusarsiniz.
Allah orucunuzu ve ibadetlerinizi qebul elesin.

Kimdən: Hemid Haradan: gence
25.08.2009 17:57
Harda bir nur görsək ona qarşı oluruq!!!Adi allahın gecə və gündüzünün vaxtını da hesablaya bilməyən bir toplumdan(millət deməyə dilim gəlmir!!) nə gözləmək olar?!

Kimdən: bezmemish Haradan: Baki
25.08.2009 16:08
Cənab Elşad Miri, necə yəni əsas məsələ odur ki, bir təqvimi götürüb axıra kimi onunla getsinlər?!

Əzizlərim, vaxtları özünüz təyin edə bilirsinizsə, heç (sübh namazının vaxtı 2-ci fəcr zamanı başlayır, şam namazının vaxtı isə Günəş batandan sonra günçıxan tərəfdən gələn işartı başımızın üstündən günbatan tərəfə küçdikdə).

Ancaq müxtəlif təqvimlərə rast gəlirsinizsə, qəlbinizin rahatlığı üçün imsak vaxtı olaraq sübh namazı vaxtlarından ən tezini qəbul edin, sübh namazının ən gec vaxtı kimi namazı qılın.
İftar vaxtı isə ən gec vaxtı namaz və iftar üçün qəbul edin! Belə etsəniz, heç kəsin iradına tuş gəlməzsiniz.

Əsas problem Ayın görünməsi zamanı olacaq.
Burada iki mühüm cəhət var.
Ya Hz. Məhəmməd(s) kimi, Ayı öz üfüqünüzdə görünməsi şərti ilə bayram edəcəksiniz, ya da ki, Argentinalıların Ayı görməsilə (Argentinalıların Ayı görməsi ilə bayram edənlərin məqsədləri mənə hələ də çatmır: onların hərəkətindən belə çıxır ki, Peyğəmbərimiz o vaxtı bayramı düzgün qeyd eləmirdi?!)
Onu da qeyd edim ki, bir azdan bir versiya da çıxaracaqlar: orbitə çıxarılan kosmik raketimizdən Ayın hilalı görünür ey müsəlmanlar, bayram edin!

Kimdən: ceyhun
25.08.2009 09:48
bizde ne duzdurki tegvimler de duz olsun?:) ya da hansi esasla QMI reisine inanmaq lazimdir?milli menasiz kanallardan birinin verdiyi subh vaxti 5:44dur:), qalanini ozunuz dusunun

Kimdən: rashad Haradan: baki
24.08.2009 18:53
tqevimi hec televiziyada da izleye bilmirem...evveller hec olmasa televizordan oyrenirdik indi hec o da yoxdu...