Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:32

Rubrikalar / Təbriz Ekspress

İranda azərbaycanlı jurnalist həbs olunub

Şriftin ölçüsünü dəyiş - +
Umud Şükrü
İranda azərbaycanlı jurnalist və tərcüməçi Umud Şükrü həbs olunub. O, son vaxtlar Türkiyənin İzmir şəhərində təhsil alırdı. Ailəsini görmək üçün Ərdəbilə gələn jurnalisti sentyabrın 16-da İranın xüsusi xidmət orqanı (ETTELAAT) tutub.

Bu barədə məlumatı AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur verib:

«O, İranda azərbaycanlılara qarşı haqsızlıqlar, ayrı-seçkilik edilməsinə dair məqalələr yazırdı. Onu 2006-cı ilə qədər «Sayan» dərgisinə yazdığı yazılarına görə həbs ediblər».

Y.Həkkəkpur deyir ki, «jurnalistə qarşı ittiham irəli sürülməyib və rəsmi şəkildə ailəsinə heç bir məlumat verilməyib. Sentyabrın 19-da onun məhkəməsi olacağı deyilir, amma dəqiq yenə də heç nə bilinmir».

U.Şükrü 2001-2006-cı illərdə Ərdəbildə nəşr olunan «Sayan» jurnalının baş redaktoru olub. Mədəniyyəti təbliğ edən, 3 dildə - ingilis, fars və Azərbaycan dillərində nəşr olunan jurnal sonradan İran hakimiyyəti tərəfindən bağlanıb. Jurnal 50-yə yaxın müxtəlif mükafatlar alıb.

Bu arada İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi bəyanat yayaraq U.Şükrünün həbsini pisləyib. Mərkəz bildirir ki, «Şükrünün başına bir hadisə gəlsə, İran hakimiyyəti cavabdeh olacaq».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: seymur Haradan: baki
22.09.2009 17:48
oncelile Umud beyin ailesine sebr dileyirem. o oz heyatini GUNEY AZERBAYCAN ugrunda feda etmeye hazirdir. UMUD gardashimiz hebsde sabahindan umudsuz halda gunlerini sayir. ama o elecede biz milletimizin sabahindan chox umudluyuk. Her shey Qarabaqi azad Tebrizli,Bakili butov Azerbaycan uchun!!!

Kimdən: Anonim Haradan: anonim
21.09.2009 13:31
Menim fikrimce eger jurnalist aciq fikir yazirsa, ona hormet elemek lazimdi, amma bunu da unutmaq olmaz ki, iran-ermeni birliyi var. Ne olsun ki,Iran da musalmandi hemishe bizi darda qoyublar...

Kimdən: ELCI BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi BAKI
19.09.2009 23:26
Umud bey Şükrü qezan mübarek olsun.Qardaş sen qalibsen.ELÇİBEYin sözü ile davam eletdirmek isteyirem,BİZ QALİBİZ!İran adlanan ölke ermenilere qucaq açan,her bir şerait yaratdığı halda. Ölkede yaşanan ayrı seçkilikden yazan,
AZERBAYCANın medeniyyetini tebliğ edenlerden de qorxurlar.