Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:30

Rubrikalar / Təbriz Ekspress

Təbrizdə daha dörd fəal həbs olunub

«Mərasimdən əvvəl də dəfələrlə zəng edib soruşublar ki, tədbirdə nə etməyi planlaşdırırıq»
Şriftin ölçüsünü dəyiş - +
ETTELAAT əməkdaşları Aydın Teğipur, Mədinə Qasemi, Nevid Meşqat və Məhəmməd Məhəmmədlunu oktyabrın 23-də əvvəlcə polisə, daha sonra isə ETTELAAT idarəsinə aparıblar.

Saxlanmazdan bir neçə saat əvvəl onlar İranda azərbaycanlıların hüquq müdafiəçisi Qulamrza Əmaninin ölümünün ildönümü mərasimində iştirak ediblər.

Mərasim Qulamrza Əmani və onunla birlikdə avtomobil qəzasında həlak olan iki qardaşının məzarı üstündə keçirilib.

Bu barədə AzadlıqRadiosuna Qulamrza Əmaninin həyat yoldaşı Günəş Əmani məlumat verib. O deyib ki, onlarla fəal mərasimdə üzərində Azərbaycan dilində yazılmış «Azərbaycan, başın sağ olsun!» və s. plakatlar tutublar. Mərasimin sonunda isə Azərbaycan himnini və «Ayrılıq» mahnısını oxuyublar.

Günəş Əmani deyir ki, mərasimi kənardan ETTELAAT nümayəndələri də izləyiblər:

«Mərasimdən əvvəl də dəfələrlə zəng edib soruşublar ki, tədbirdə nə etməyi planlaşdırırıq».

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur da AzadlıqRadiosu deyib ki, milli fəalların hansı ittiham üzrə tutulması barədə məlumat əldə edə bilməyiblər. Amma ehtimal ki, səbəb yas mərasimində iştirakdır.

Qulamrza Əmani ötən il oktyabrın 23-ü axşam saatlarında iki qardaşı ilə birlikdə avtomobil qəzasında həlak olub.

Cəmiyyətdə bu qəzanın dövlət adamları tərəfindən təşkil olunması barədə ehtimallar var. Məhz bu fikri səsləndirdiyinə görə İranda insan haqlarının müdafiəçisi kimi tanınan Şahnaz Qulamiyə 6 aylıq həbs cəzası verilib.

Qulamrza Əmani 2003-cü ildə Bəz qalasına yürüşün əsas təşkilatçılarından biri olub. Son 10 ildə milli hüquqları müdafiə etdiyinə görə dəfələrlə həbsə atılıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Chegivara Haradan: Ofisden
19.11.2009 13:17
Azerbaycan milleti 4ox aciz milletdir.
Bir terefden Turklerin gulu olan ermeniler bizi sindirib.
Obiri terefden ise geride-galmish farslar.
Icherden ise igtidar bizi ezir.
Gorun biz ne gundeyik

Kimdən: behruz Haradan: iceri seher
26.10.2009 21:50
bir yerdə ki, haqq sözü qaldıranın dilini kəsirlər , nə deyəsən belə ölkə haqqında?!

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANin Quzeyi Bakı
24.10.2009 21:40
İran adlanan ölkeni idare edenler görun neden qorxurlar? ALLAH zindana salınan soydaşlarımızın qapısını açsın.