Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:55

İqtisadiyyat

Azərbaycan hələ də 1989-cu il səviyyəsinə çatmayıb

Goranboyda «Lalə-Tekstil» MMC-nin müəssisəsi, 20 noyabr 2009
Şriftin ölçüsünü dəyiş - +
Dünyanın aparıcı təhlil və məsləhət şirkətlərindən olan Economist İntelligence Unit (EİU) təşkilatının Azərbaycan üzrə yeni hesabatı çıxıb.
Dünyanın 40 ölkəsində ofisləri və 750-dən çox təhlilçisi olan EİU 60 ildir ki, ölkələr üzrə təhlillər verir.

Economist İntelligence Unit təşkilatının 2010-2011-ci illər üçün Azərbaycanla bağlı əsas proqnozları:

1. Azərbaycanın enerji resursları üstə Qərblə Rusiya arasında rəqabət intensivləşəcək.

2. Yaxın 3 ildə Azərbaycan iqtisadiyyatı 9 faizlik illik artım sürətini saxlayacaq.

3. 2010-2011-ci illərdə enerji qiymətləri qalxmaqla istehlak qiymətlərini qaldıracaq.

4. Manat sabit qalacaq.

İQTİSADİ SİYASƏTLƏ BAĞLI PROQNOZLAR

1. Kommersiya banklarının xaricdən kapital tapmaqda, yerli kampaniyaların isə kreditlərə çıxmaqda çətinlikləri davam edəcək

2. Biznes mühiti çətin olaraq qalacaq -

səbəblər:

a) korrupsiya b) formal və qeyri-formal monopoliyalar

3. Qlobal iqtisadi vəziyyətin əvvəlki illərlə müqayisədə pisləşməsi hökumətə imkan verməyəcək ki, qeyri-neft sektorunu inkişaf etdirsin

4. 2010-cu ildə neftin orta qiyməti 75 dollar proqnozlaşdırılır, bu qiymət Azərbaycan büdcəsinin kəsirinin böyüməsinə imkan verməyəcək

İNFlYASİYA


2008-ci ildə inflyasiya 21 faizə çatmışdı. Ancaq bu il inflyasiya 1,7% olmalıdır. Neftin qiyməti düşəndə inflyasiya azalır.

Gələn il inflyasiya 6,4 %-ə qalxacaq.

DOLLAR, MANAT

Azərbaycanın xarici valyuta ehtiyatı sentyabrda 5 milyard 200 milyon dollar oldu. Gələn il bu ehtiyat artacaq.
Yaxın 3 ildə manatın məzənnəsi 1 dollara 79 qəpikdən aşağı düşməyəcək.

Manat yalnız o vaxt düşə bilər ki, dünyada neftin qiyməti çox kəskin düşsün.

EKSPRESS ŞƏRH

Azərbaycanın iqtisadi göstəriciləri belə yaxşıdırsa, onda həyat səviyyəsi bu göstəricilərdən niyə bu qədər geri qalır?

İqtisadçı Bloqqerlər Mərkəzinin sədri Natiq Cəfərli:

Səbəblər çoxdur. İqtisadi göstəricilərin olduğundan yaxşı görsənməsi problemi var. Məsələn, beynəlxalq aləmin, elə Azərbaycanın özündəki iqtisadçıların özünün də, istinad elədikləri statistika Azərbaycanın Statistika Komitəsinin rəsmi məlumatlarıdır. Başqa statistika yoxdur.

Və yaxud metodologiya problemi var. Məsələn, Azərbaycanda rəsmi orta maaş niyə yüksəkdir? Çünki orta maaş bütün işləyənlərin maaşlarını toplayıb, onların sayına bölməklə alınmır. Sektorlar üzrə orta maaşları toplayıb-bölürlər. Az adam işləyən bank sektoru hesabına ölkə üzrə orta maaş gəlib təxminən 350 manata yaxın çıxır.


HƏYATIN KEYFİYYƏTİ İNDEKSİ (HKİ)

Həyatın keyfiyyəti indeksinə (HKİ) görə Azərbaycan 160 ölkə arasında 89-cu yerdədir: 10 ballıq sistemdə 5,47 bal alır.

Son illər yüksək iqtisadi inkişaf sürətinə baxmayaraq Azərbaycan həyatın keyfiyyəti indeksində hələ də 1989-cu il səviyyəsinə çatmayıb.

EİU yazır ki, Azərbaycan 1989-cu ildən bəri avtoritar dövlət olaraq qalır, siyasi azadlıqlar da dəyişməyib.

  1989 199520002006 2009
 HKİ5.535.13 5.275.385.47
Dünyada yeri   729591 9789

AZƏRBAYCANLILARIN CƏMİ 25% FAİZİ HƏYATINDAN RAZIDIR

2006-cı ildə Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının apardığı «Keçid Dövründə Həyat» adlı sorğuda azərbaycanlıların cəmi 25 faizi həyatından razılığını bildirib.

Bu, Gürcüstandan sonra MDB-də ən aşağı göstərici idi.

AZƏRBAYCAN ŞƏRQİ AVROPA İLƏ MÜQAYİSƏDƏ NƏ QƏDƏR VARLIDIR?

Adambaşına düşən daxili məhsula görə, Azərbaycan MDB məkanında çoxundan irəlidədir, ancaq Şərqi Avropa ilə müqayisədə hələ çox geridir.

Azərbaycan Sloveniydan 5 dəfə kasıbdır, Çexiyadan 4 dəfə.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ayka Haradan: fransadan
21.12.2009 18:10
burdan baxanda azerbaycan daha abrbad gorunur.cunki burdaki ganunlari av agnunlarin neac ijaldiyin gorursan ,va koks oturursan.burda ganun hami ucundur.agar biri yol nagliyyati ganununu pozubsa kimin oglu va gardaji olmasindan asili olmayarag cazasini alir.inanin ki bizim arazinin meri ham da deputatdir,surucusu yoxdu,majini ozu surur.gabuluna gedanda ozu durub qapi acir adama,bazan hatta velosipednan gazir kucada.man bunlarin sadeliyina heyranam.bax na vaxt bizim mamuralr da bu cur olacag,(yani butun sahelerde).o vaxt azerbaycanda inkijafdan soz geda biler.bu cur imkan ermanistanin alinda olsaydi,indi dunyada sozukecan dovlatlerdan olardi.heyif,azerbaycanin bu gadar resurslarindan ki,millata,neca deyarlar,atin yeyib sumuyun atirlar.bu gadar sade.

Kimdən: mustafa Haradan: türkiye
09.12.2009 17:06
azerbaycan tekstilde ve üretimde çok geride kalmış. buna devlet yetkilileri ve azeri iş adamlarının organize etmesi lazım. azerbaycan kendi elindeki imkanları iyi değerlendirse kısa sürede ismini dünyaya duyurur, mesele elinde gazı ve buna benzer şeyleri iyi değerlendirirse daha rahat yaşayabilirsiniz. ama azerbaycan dünyada daha adını bile durumamış, elindeki azeri gazıda olmasa hiç kimse azerbaycan varmı yokmu bilmez. azerbaycan 10-15 yıldan önce kendini dünyaya zor duyurur diye düşünüyorum. bilisimbilgisayar1@hotmail.com

Kimdən: Azerbaycan Vetendasi Haradan: Azerbaycan
06.12.2009 02:25
MDB olkelerini kecmisikse onda hedef serqi avropa olkeleri olmalidir. Amma bunun ucun cox islemek lazimdir cunki, bir cox sebebler saqlam inksaafin qarsisini alir. Esas sebeb munbit torpaqlarimizin isqal altinda olmasidir. Qonsu dovletle muharibe seraiti ve buna gore diktatura rejimi yaradib. Buna gorede iqtisadiyyat tam inksaaf ede bilmir. Diger sebeb kimi ise korrupsiya ve monopolyadir bunlar yaranmis veziyetden asilidir. Cunki korupsioner memurlar ozleri monopoliya yaradib sektorlari oz aralarinda bolubler. Amma toplanmis kapitalin ele olkeye sermaye sekilinde qoyulmasi elede pis sey deyil. Bu yeni is yerlerinin acilmasina cox komek olur. Amma saglam reqabet neticesinde bazar iqtisdiyatini inksaf etdirmek lazimdir, Bunun ucun ise ilk novbede torpaqlarimizi isgaldan azad etmeliyik ve demokratik serbest azad iqtisadyyati inksaf eden olke seviyesine kecmeliyik.

Kimdən: Rieltor Haradan: Baki
03.12.2009 19:23
Azərbaycan hələ də 1989-cu il səviyyəsinə çatmayıbsa , onda neye gore 1989-cu ilde sheherde avtomobil tixaji anjag Azadlig prospektinde idi , indi ise ici Baki garishig butun Absheron tixajdan ezziyyet cekir ? Eger millet mejburiyyet garshisinda shexsi ucaglari satib evezinde avtomobillerle kecibse onda duz buyurur Economist İntelligence Unit . Butun bu prognozlar Ictimayyetde getiyyetsizliy yaradmag ucun nezerde tutulub .
Cavab

Kimdən: Anar Haradan: baki
04.12.2009 11:45
Ona gore ki olkeye daxul olan pul kutlesi xeyli artib ve evveller chox baha gelen mashin almaq imkani artib. Amma mashin sayi iqtisadi gosterici deyil. Pul artimi ile paralel esas istehlak mehsullari ve enerji dashiyicilarinin qiymeti de qalxib ki kasibchiliq nisbeti eyni qalib. Meselen evvel 50$ maash alan adam ishiqa ayda 2-3 dollar verirdise indi 350$ maash alan ekseriyyet 20-30$ verir.Ustegel erzaqin qiymeti ve s. Gorunduyu kimi ele hohne hamam kohne tas...