Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:05

İqtisadiyyat

İndidən gələn ilin vergisini istəyirlər

2008-ci ilin yekunlarına və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası
Şriftin ölçüsünü dəyiş - +
Vergilər Nazirliyinin müxtəlif departamentlərindən fiziki şəxslərə zəng vurub yanvar ayında ödənilməli olan vergini qabaqcadan istəyirlər.

BAŞA ÇATMAMIŞ KVARTALIN VERGİSİ


Bu barədə AzadlıqRadiosuna müraciət edən Gülnar Əliyevanın dediyinə görə, Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialından ona müraciət edib hələ başa çatmamış kvartalın vergisini ödəməsini istəyiblər. Gülnar Əliyeva deyir ki, ona müraciət edən vergi əməkdaşı deyib ki, iki gün ərzində 85 manat vergini ödəyib qəbzi departamentə təqdim etməlidir.

«Deyirəm ki, axı hələ verginin vaxtı deyil. Birdə ki mən hələ dekabr ayını işləyib başa vurmadan necə vergini ödəyə bilərəm? Deyir xanım mən sizi indiyə qədər zəng edib narahat etməmişəm, amma indi ilin sonudur, bizə də lazımdır».

«SİZ ÖDƏYİN VƏ QALIQ NÖVBƏTİ HESABAT DÖVRÜNDƏ NƏZƏRƏ ALINAR»

Gülnar Əliyeva deyir ki, o hazırkı işində indiyə qədər iki dəfə vergi və hesabat verib. Hər dəfə də 55 manat vergi ödəyib, amma indi ondan 85 manat istənilməsi də onun üçün təəccüblü gəlib.

«Deyirəm axı mən 85 manat yox, indiyə qədər 55 manat ödəmişəm, mənə müraciət edən vergi əməkdaşı deyir ki, yox sizin adınızın qarşısına 85 manat yazılıb və təcili ödəməlisiniz. Mən deyirəm ki, axı mənim vergim 85 manat olmur, deyir siz ödəyin və qalıq növbəti hesabat dövründə nəzərə alınar».

Gülnar Əliyevaya müraciət edən Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialın həmin əməkdaşına müraciət edib məsələyə aydınlıq gətirməsini istədik. O isə verginin əvvəlcə ödənilməsində hər hansı problemin olmadığını bildirdi. Adının çəkilməsini istəməyən əməkdaşın bizə dediyinə görə, əslində hesabat yanvarın 1-dən 20-dək təqdim etməlidir, amma vergi ödəyicisi vergini hər ay ödəməlidir.
Məhəmməd Talıblı deyir ki, bütün bu məsələlər büdcə kəsirinin doldurulmasıyla bağlıdır
Qaldı ki, 55 manat əvəzinə vətəndaşdan 85 manat vergi istənilməsinə vergi əməkdaşı deyir ki, heç kimi hesablanmış vergidən əlavə vergi ödəməyə məcbur edə bilməz.

QANUNA ZİDD MƏSƏLƏ

Vergi mütəxəssisi Ədalət Abbasovsa deyir ki, hesabat dövrü başa çatmadan verginin əvvəlcədən istənilməsi qanuna zidd məsələdir. Vergi əməkdaşlarının kiməsə nə qədər vergi ödəmək barədə hər hansı bir göstəriş verməsinə gəlincə, ekspert bunun da qanunazidd bir məsələ olduğunu bildirir: «Elə məsələni heç kimə deməməlidirlər. Vergi ödəyicisinin hesabatında nə qədər vergi və ya nə qədər borc yaranırsa o da ödənməlidir».

Vergilər Nazirliyi isə yayılan məlumatları anlaşılmazlıq hesab edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov deyir ki, bir tərəfdən vergi ödəyiciləri öz vergi öhdəliklərini tam başa düşmədiyindən düzgün məlumatlar vermir, bundan başqa kütləvi informasiya vasitələri məsələnin tam təfərrüatlarına varmadan bu məsələləri şərh edirlər.

Amma Fariz Səmədov bu məsələnin çox sadə bir izahı olduğunu deyir. Nazirlik rəsmisinə görə, birincisi, hər sadələşdirilmiş vergi ödəyicisi olduğunu deyən sadələşdirilmiş vergi ödəyicisi deyil, ikincisi, ola bilər ki, hansısa vergi ödəyicisinin sadələşdirilmiş vergi üzrə borcu olmasın, amma onun başqa vergi üzrə borcu olması mümkündür.

YANVAR AYINA NƏ BORC OLA BİLƏR?

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə deyir ki, bütün bu məsələlər büdcə kəsirinin doldurulmasıyla bağlıdır. İqtisadçıya görə, bu problem çoxdan var və il başa çatmamış ilin sonuna yaxın büdcə kəsirinin olması ehtimalı çox böyükdür. Məhəmməd Talıblı deyir ki, büdcədə ümumi vəziyyət elə bir həddə çatıb ki, büdcə təyinatlı və digər müəssisələrdə əlavə gəlirlər barədə sərəncam vermək hüquqları gələn ildən onların əlindən alınır və bu məsələ mərkəzləşdirilmiş qaydada Maliyyə Nazirliyinə həvalə edilir:

«Ənənəvi olaraq indiyə qədər büdcənin kəsirləri Neft Fondunun transferləri hesabına doldurulurdusa, amma indi sadə vətəndaşların ödədiyi simvolik ödəmələri hesabına büdcəni doldurmaq kursu götürülüb».

Məhəmməd Talıblıya görə, yaranmış vəziyyət onu göstərir ki, 2010-cu ilin dövlət büdcəsi kəsiri bu ilki büdcə kəsirindən daha çox olacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: sahibkar Haradan: baki
15.12.2009 17:46
Gozel teklifim var, bu geder rushvet isteyirler vergi odeyicilerinde, hamisini 'gabagina'' bir regem yaziblar.Sagolsunlar, ele gozel hesablayiblarki, ele bil shirkerin 80 % hissesine sahibdirler. sonra cixirlar ''Reket''liye..Komputerden, oz bashina serencam gonderib, bankadaki hesabdan pullari silirler.xeberdarliq etmeden.sebeblerini izah etmeden..eger Dogrudan da devletimizin vesaite ehtiyaci var, seffaf gurum yaratsinlar. web seyfesinde verilan pullari, yardimlari yazsinlar, bir de onun xerclenme seffafligini gostersinler, biz de evdeki ushagimizin bogazindan kesek, verek, devletimize......indi ele pis serait yaranib ki, guven-etimadsizliq yaranib..hec kim hech kime etimad etmir..vetandas devlete, sahibkar sahibkara.sahibkar banka..bele ehtimad olmadan hech bir inkishaf olmaz.

Kimdən: Şahin
14.12.2009 10:47
Qulp-un qulp vaxtlarındakı şərqi yadıma düşdü: Vergi verən mərd olar, Verməyən namərd olar. Mənasını indi dərk etməyə başlayıram, növbəti atalar sözünü izləyərək: Mərdi qova-qova namərd edərlər. Bu "vergişniklər" həmin qovanlardandılar...

Kimdən: YAZIQodeyici Haradan: Sumqayit
12.12.2009 23:13
men oyrenmek isterdim. illik yigilan vergiden kenar pullar ne vaxta kimi davam edecek. yəni konkret hansi ile kimi. o vaxta kimi gedek basqa olkede basimiza care qilaq

Kimdən: Huquqshunas Haradan: Baki
12.12.2009 12:48
Mene de Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialın emekdashi zeng etdi. Xanim bu heftenin sonuna kimi 360 manat vergi odemelisiniz. Deyirem axi hele 4-cu rub bitmiyib. Deyir eybi yox siz odeyin qoy size borclu olsunlar. :))) bu cox gulmelidir. Deyir ki siz 2-ci rubun hesabatini gonderende yazmisiz ki, men 4-cu rub 360 manat vergi odeyecem. deme men bunlarla mektublashmisham , hec xeberim bele olmayib:)))). Deyirem belke menim bu ay gelirim olmadi. Bosh hesabat verecem. deyir ele shey olmayacaq . siz narahat oilmayin. :)))

Azerbaycanda inkishaf gedir. :))))

Kimdən: Xayal Haradan: Baki
12.12.2009 11:02
Verginin gosterilen meblegden artiq yigilmasi onu gosterir ki, gelen ilden yeqin ki, vergi haqqi artacaq..Qabaqcadan yigilmasina sebeb ise,qarsidan gelen bayram,qis tetilleri ola biler.Hamisina vesait lazimdir.Coxlari qis tetilini Alp daglarinda kecirir.

Kimdən: 7% Haradan: Bakidan
12.12.2009 09:02
Analitik ve vergi odeyici cox deqiq yaziblar. Hele bezilerinden 7% aliblar. Bunu hami bilir. Kime kimden shikayet edesen ki... Ilden ile faizler artir. bele getse, bir nece ilden sonra sahibkarlara ancaq maash verecekler... Bu meselenin bir neche yolu var. Birincisi normal biznes muhitin olmasi ki, bu da alanlara serf etmir, ikincisi sahibkarlarin savadlanmasi ki, bu da hem cetin hem de mueyyen qeder birinci meseleden asilidir (onsuz da savadli sahibkarlar da verir)? uchuncusu bu meseleleri tez-tez ishiqlandirmaq ve konkret meqamlari vurgulamaq (azadliga chox ish dushur), dorduncusu, beshincisi artiq onemlidir, amma chox onemli deyil, cunki her shey evvel dedyiimiz 3 meqamda var...

Kimdən: fantamaz Haradan: avropa
12.12.2009 01:49
bir tanisim var teqriben yay aylarinda yemi mmc-ni qeydiyyatdan kecirdirdi. vergi idaresinden donenden sonra o qeder teriflemisdi ki orani hetda men de iananmisdim. Ona az qala yeyib icmek teklif edibler ki sen Allah bu mmc-ni ac. Acandan sonra vergi hesabatinin vaxti gelende idarede az qalsin adami assinlar, bunu gorenden sonra hec fealiyyet de gostermedi. o dostuma demisdim ki bunlar saxta is yerlerinin sayini artirmaq ucun senin nazinla oynayirlar ele ki acdin ozaman ver gelsin emeliyyeti baslayir. deyirem nece adamlardir ki bir terefden dovlet budcesi ucun bir terefden de oz cibleri ucun sahibkarlari bogaza yigiblar.

Kimdən: Analitik Haradan: Bakı
12.12.2009 01:11
Bildiyim budur ki, bu şərhləri vergi nazirliyinin işçiləri diqqətlə izləyəcəklər, ona görə də Azərbaycanda vergilər sahəsində vəziyyətlə bağlı bəzi səmimi fikirlərimi onlara çatdırmaq istəyirəm.
1) Bu nazirlik həqiqətən İnternet sahəsində ölkədə lider hökumət qurumudur və bununla onlar 100 minlərlə adamın işini həqiqətən çox yüngülləşdiriblər;
2) Sayt vasitəsilə həqiqətən nazirə xəbər çatdırmaq mümkündür;
3) Son 2-3 ildə bu nazirliyi Heydər Əliyev Fondunun "tabeçiliyinə" veriblər buna görə də nazirliyin əhali və müəssisələrdən qanundankənar yığımları birə-on artıb.
4) Son zamanlar müəssisəsinə vergi yoxlaması gəlmiş bircə presedent belə eşitməmişəm ki, bir müəssisə müfəttişlərin qanundankənar tələbləri ilə rastlaşmamış olsun;
5) Bu, artıq adət halını alıb, müfəttiş gəlir müəssisəyə deyir: "sizinlə necə eləyək, hamı kimi yoxsa xüsusi yanaşma olsun!?" Təbii ki, xüsusi yanaşmanın altından nadir hallarda "salamat" çıxmaq mümkündür... Dediklərimə sübut kimi elə bu saytda getmiş Turan-Service şirkəti ilə vergi orqanlarının məhkəmə çəkişməsi yazısını axtarış verib oxuyun.
6) Vergi qanunvericiliyində çoxlu boşluqlar var, müfəttişlər də bundan məharətlə istifadə edir;
7) 4%-li vergi verənlərin rüb ərzində 22 min manatdan çox dövriyyə eləyə bilməməsi, ölkədə ən böyük vergidənyayınmalara səbəb olur və bunu vergi orqanları çox gözəl bilir...

Kimdən: Vergi ödəyicisi Haradan: Sumqayıt
12.12.2009 00:36
Hörmətli Fazil müəllim biz vergi ödəyiciləri sizin istədiyiniz vergiləri ödəməkdən imtina etmirik, lakin xahiş edirik vergiləri alanda eyni sahədə işləyən vergi ödəyiciləri arasında bərabərliyi gözləyin birindən 6% digərindən 4% almayın. Belə şəraitdə hər kəs rəqabətə tab gətirə bilmir və bu səbəbdən vergi ödəyicilərinin sayı günü gündən azalır. Məsələn bu gömrükdə cox yaxşı təşkil olunub bütün yük gətirənlərə eyni vergi təyin olunur və yükü gətirməzdən əvvəl qanundan əlavə nə qədər vergi ödəyəcəyimizi öyrənə bilirik. Xahiş edirik sizdə nə qədər vergi ödəyəcəyimizi əvvəlcədən deyin bizdə bunu nəzərə alaraq işimizi quraq. Onsuzda sizin təyin etdiyiniz vergidən heç birimiz boyun qaçıra bilmərik çünki satdığımız malların sənədi yoxdur, olsada onu gömrükdə əvvəlcədən elə saxtalaşdırırlar ki, biz sizin təyin etdiyiniz vergidən qaça bilməyək.

Kimdən: Analitik Haradan: Bakı
12.12.2009 00:21
Hər il belə edirlər, yanvar ayının vergisini dekabra aid edirlər, kimi aldadırlar bilmirəm, toplananların yerini dəyişəndə cəm dəyişmir, cənab vergi işçiləri!
Səhifə (2)
    Növbəti