Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Dünya

Putin yazıçılara 1 milyonluq mükafat payladı

24.12.2009
Rusiyanın baş naziri Vladimir Putin 2009-cu il üçün mədəniyyət sahəsində dövlət mükafatlarının verilməsi haqda sərəncam imzlayıb.

Makafata layiq görülən 40 nəfər arasında yazıçılar Valentin Rasputin və Aleksandr Kabakov da var.

Valentin Rasputin yazıçı olmaqla yanaşı həm də ictimai fəaldır. Onun əsərlərinin əsas mövzusu milli adət-ənənələrin və mənəviyyatın qorunmasının vacibliyidir. Bu mövzular onun ən populyar əsərlərində qaldırılır: "Proşaniye s Materoy" və "Pojar".

İctimai fəal kimi Rasputin Baykal gölünün çirkləndirilməsinə, Sibir çaylarının məcrasının dəyişdirilməsinə qarşı kampaniyalarda iştirak edib. Aleksandr Kabakov publisist və yazıçıdır. Ən populyar əsərləri "Nevozvraşenets", "Posledniy geroy", "Vsyo popravimo"dur.

Rusiya hökumətinin mədəniyyət sahəsində mükafatı 2005-ci ildə təsis edilib və mükafatı alanlara diplom, nişandan başqa 1 milyon rubl da verilir. Yəni təxminən 35 min dollar.

Həmçinin oxu!

RUSİYANIN ƏN NÜFUZLU İNTELLEKTUALI KİMDİR?
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Sara
25.12.2009 19:05
Mükafatı qeyri-siyasi yazarlara verir,aydındı.Bizim günümüzdədilər elə.

Kimdən: CAVID Şəhər: TERTER
25.12.2009 04:21
Rus padshahlari ne qeder avtoritar tefekkur sahibleri olsalar da 200 ilden coxdur ki,esl edebiyat yaradanlarin kimliyini yaxshi bilirler ve deyerlendirirler,hetta onlari sevmeseler bele.Bes biz kimi mukafatlandirardig?H.Mirelemovu,R.Huseynovu,N.Ceferovu millet vekili teyin etmekle mukafatlandiriblar,xidmetlerine gore ve bu xidmetin edebiyata zerre qeder dexli yoxdu.Tesevvur edin ki,11-ci sinif Edebiyat dersliyinde(muellifN.Ceferov) Mirelemov haqqinda 4 cumle yazilib,Ramiz Rovshen,Cingiz Huseynov,Rustem Ibrahimbeyov ,Seyran Sexavet yada dusmur ve ya umumi siralamada adlari cekilib.Dogrudur ki,bizim ne Pelevinimiz var,ne Rasputinimiz.Ama,Azerbaycanda Rasputinin "Dengi dlya Marii" eserinin gehremani Mariya kimi xeyli insanlar var.Eger Mariyani maqaza borcuna gore hebs gozleyirdise ,Terterde erinin 15 shirvan borcunu qaytara bilmediklerinden ozunu asib olduren Ceyran adli talehsiz qadin vardi.Bu neft ve milyonlar olkesinde Ceyran ucun 15 shirvan tapilmamishdi.Eshidendeki,heyat yoldashi esebi "ozumu oldureceyem"deyir,erini xilas etmek ucun ozunun canina qesd edir.Rasputinin "Jivi i pomni" eserinin de qehremanina benzedimi CEYRAN? Gizlenen erinin yerini onu izleyen cekistlere bildirmemek ucun ozunu caya atib bogulur Rasputinin qehremani.Bu heyat materiallarini deyil,neyi qeleme aldi bizim mukafat sahibleri?Qelem de ne qelem.Meddahliq,yaltaqliq incileri...(Oxuyanlarin nezerine:sherhde "amma"baglayicisini bir "m"-le,"edebiyyat"sozunu de bir "y"ile yazmaqi qrammatik sehv kimi bilmeyin)