Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:41

İqtisadiyyat

Azərbaycan Rusiyaya satacağı qazın həcmini 2 dəfə artırıb

Rövnəq Abdullayev
x
Rövnəq Abdullayev
Şriftin ölçüsünü dəyiş - +
Gələn il yanvarın 1-dən Azərbaycanın Rusiyaya satdığı qazın həcmi ildə 1 mlrd. kubmetr təşkil edəcək.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Azərbaycanla Rusiya arasında imzalanmış qaz satışı üzrə sazişə əsasən, ildə satılacaq qazın həcmi minimum 500 mln. kubmetrdir.

R.Abdullayev Azərbaycanın bu həcmi iki dəfə artırmağa qərar verdiyini deyib:

«Azərbaycanın buna imkanı var». / APA /
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Sehle Haradan: Baki
28.12.2009 19:36
Teze binalarda qaz cekilmir ki satsinlar rusiyeye.

Kimdən: AS
27.12.2009 02:32
Hələ tənqid eləməyə tələsməyin.

Birincisi, Rusiyaya satılan qaz ARDNŞ-ın özünün bu gün istehsal etdiyi qazdır. NABUKKO-ya veriləsi qaz isə hələ 2013-cü ildə Şahdəniz-2 adlanan yerdən konsorsium çıxacaq qazdır. Əsas, iri həcmli qaz budur. Amma bu istiqamətdə heç bir işartı yoxdur. Çunki, türklərlə tranzit sahəsində razılıq əldə edilməyib. Belə vəziyyətdə xarici şirkətlər (Statoil) sərmayə qoymaq istəmir.

İkincisi, ruslar qiymət çox əla qiymət verirlər. (Türkiyə 120 USD m3, Rusiya 390 USD m3) ARDNŞ-ın da artıq qazı var. Niyə də yox. Üstəlik, başqa heç bir müştərinin qazının kəsilməsi hesabına deyil.

Neftdən gəlirin azaldığı dövrdə bu Azərbaycan üçün yüngüllük gətirir.

Bundan əlavə bizə siyasi üstünlük də gətirir. Əvvəl qərb bizdən alırdı, deyirdi ki, "daha nə istəyirsən? Sənin malına hamıdan çox mən verirəm. Qarabağa üçün məndən heç bir şey gözləmə. Yazıq, biçarə, can-ciyərimiz ermənilərə biz söz deyə bilmərik." İndi biz də deyirik ki, "sizin kimi və sizdən artıq ödəyən də var. Özü də qapımızın ağzında alırlar. Görün başqa nə edə bilərsiz? (məs, Ermənistana maliyyə yardmı eləməyin, türkləri sıxıb sərhədi açdırmayın və s.)".

P.S. Amerikalı Morningstar dünən tələsik bəyanat verib, Azərbaycanı enerji sahəsində müttəfiq adlandırdı. İşə bax, "enerji sahəsində müttəfiq". Bəs Qarabağın bu "müttəfiqlikdə" yeri hardadır?

Cavab

Kimdən: izzet
27.12.2009 11:42
Bay AS..
Herhangi bir isletmeci her zaman musteri portfoyunu genis tutmak ister.Bu o kisiye guc verir.Yeri gelir bir musterisi almazsa diger musteri alır.
İkincisi Rusya AZerilerin mevcut gazini alıyor yani ortada yerin altindakileri cikaracak proje yok..Nabuko ise mevcutu degil henuz cikartilmamis olanlari alıyor,teklif bir proje organizasyon işidir,bu cok ciddi bir farktir.
Üçüncüsü Rusya yarin oburgun almiyorum fiyat cok yuksek derse ne yapacaksiniz?(anlasma 5 senelik)..O vakit Rusyaya ve Rusyanın sartlarina mecbur kalırsınız..o zaman nabuko ve nabuko dolsyısıyla olusmus yurtdısı alım anlasmaları da olmayacak.
Son konu Karabag konusu,karabag konusunda Rusyanın ne gibi destegi olmustur Azerilere?Bundan sonra olacak mıdır?Bence asla ve asla olmayacak..
Dolayısıyla Azeriler Rusyaya satmislardır,herseyi hem gazi hem de Karabagi..
Cavab

Kimdən: AS
27.12.2009 16:26
Bəs, qərbin nə dəstəyi olub? Rusiya ermənilərə silah verir, qərb isə pul.
Bunu niyə etməsinin səbəbini bir Türkiyəli kimi siz gərək biləsiniz. İsmət İnönünün vaxtından Avropa birliyinə girmək istəyirsiniz, amma 50 ildir xəbər yoxdur...
Bir halda ki, rus və qərb arasında Qarabağ məsələsində heç bir fərq yoxdur, onda ən çox kim verirsə ona satmaq lazımdır.
2-cisi, ruslara satdığımız qazın NABUKKO-ya Allah qoysa satacağımız və Tükiyəyə və Gürcüstana hazırda satdığımız qaza (Şahdəniz-1) heç bir aidiyyatı yoxdur. NABUKKO-nu Türkiyə əngəlləyir. Avropa İttifaqına təzyiq vasitəsi kimi istifadə edir(bax Ərdoğanın 2009 mart ayında bəyanatı). Azərbaycan isə istəyirdi ki, NABUKKO-dan Qarabağa görə istifadə etsin. Amma Ərdoğanın sayəsində bu kart əlimizdən çıxıb. Ərdoğan bizim hesabımıza Avropa ilə oyun oynayır, əvəzində də üstəlik sərhədi açmaq istəyir. Burada məşhur Azərbaycan filmindən "Mənə meymun dediyin bəs deyil, hələ bir salam da verisən" yada düşür...

3-cüsü, "ruslar birdən birə aşağı qiymət desələr nə edəcəyik?" - Heç nə. Türklərə neynirik ki, ruslara da nə edək. Türklərlə iki ildir qiyməti (hazırda 120USD) bazar həddinə (hazırda 390-420USD) qədər qaldıra bilmirik. Türklərin çox qəribə bir energetika naziri vardı - Hilmi Güler. Açıq aşkar deyirdi ki, "yahu, şu azerilerin başka alternatifi yok, her halde gazı yiyecek değiller, bir boru hattı var (BTE), o da bize"... Bununla Azərbaycana izah etdi ki, əgər türklərdən yaxşı qiymət istəyirsənsə onda alternativlərin olması lazım. Və biz də sayın Gülerin məsləhəti ilə alternativler (ruslara və İrana) tapdıq. Yəqin ki, alternativlerin çoxluğu şəraitində ruslar özünü ən pis halda türklər kimi aparar.

Yaxşı olardı ki, Ərdoğan və "strateg" Davutoğlu NABUKKO ilə bağlı və sərhəd ilə bağlı planlarını qumamışdan ƏVVƏL, ondan SONRA YOX, Azərbaycanla düz-əməlli məsləhətləşəydi...

Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
26.12.2009 19:34
Çox güman ki,veziyyet bele qalsa. Qısa bir zamanda Qerbin Azerbaycana qoyduğu milyardlar batacaq.

Kimdən: Men
26.12.2009 17:51
Baxin gorun rusiyaya satacaginiz bashga shey qalmayib ?!

Kimdən: Vetenoqlu Haradan: Baku
26.12.2009 16:15
Hami bilirdi ki,qaz Nabukko kemeri ile Evropaya getmeli idi bu da bize dunyada bir dayaq idi.Amma tesufler olsun ki,yap alvercileri oz xeyini guderek bizi bu dayaqdan da etdiler. Gorek qaz neft qurtarandan sonra ne edecek yapcilar ,ele fikirleshirem sonra da caamatin satdiqi yaq shora sherik cixacaqlar.

Kimdən: Rasim Haradan: buralardan
26.12.2009 15:45
"Malades" bu da qerar verarmish!Bele cixir, nece vaxtdir neftcilerin maashini sen kesirsen?! Bu qeder pulu NEYNEYIRSIZ, "ORA" HAMI lut gedir!