Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 09:34

Verilişlər / İşdən sonra

«Baş verənlərin arxasında prezident dayanır»

E. Fətullayevi 8.5 il müddətinə azadlıqdan məhrum ediblər

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Söz Azadlığını Müdafiə Komitəsi həbsdəki jurnalist Eynulla Fətullayevin üzərində narkotik tapılmasını jurnalistə qarşı növbəti təxribat kimi qiymətləndirir.

Komitə ictimai fəallarla birgə bəyanat yayıb. Komitənin sədri Arzu Abdulla bildirib ki, dekabrın 31-də yenidən fövqəladə toplantı keçirəcəklər və növbəti bəyanat hazırlayacaqlar:

«Eynulla Fətullayevin üzərindən narkotik tapılması çox primitiv bir ssenaridir. Ölkədə baş verənlərlə bağlı prezidentə çoxsaylı müraciətlər göndərilib. Bu müraciətlərin heç birinə reaksiya verilmirsə, belə çıxır ki, bütün baş verənlərin başında ölkə prezidenti dayanır».

Dekabrın 29-da həbsdəki jurnalist Eynulla Fətullayevin ayaqqabısından və paltarının astarından 0.2 qram geroin tapılıb.

Fətullayevi terrorizmə çağırış, vergidən yayınma ittihamları ilə 8.5 il müddətinə azadlıqdan məhrum ediblər. O, Azərbaycan məhkəmələrindən Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edib. Yaxın həftələrdə iş üzrə dinləmələrin keçirilməsi gözlənilirdi. AİHM Fətullayevin şikayətini təmin edəcəyi halda o, azadlığa buraxılmalı idi.

Emin Fətullayev
Eynulla Fətullayevin atası Emin Fətullayev də narkotik işinin oğlunun azadlığa buraxılmaması üçün ortaya çıxdığını deyib:

«Koloniyanın rəisi həbsxanada olmadığı bir vaxtda Baş İdarədən gəlib axtarış aparıblar. Mən rəisin özü ilə də danışdım. O, mənə bildirdi ki, bura narkotik maddənin daxil olması mümkün deyil. Azərbaycan Rusiya modelini tətbiq edir. Necə ki, Xodorkovski barəsində iki aydan bir yeni iş açırlar ki, Avropa Məhkəməsinin qərarı tətbiq olunmasın. Eynullanın başına da eyni iş gətiriblər».

«EYNULLA SINMAYIB»


Politoloq Zərdüşt Əlizadə deyir ki, Eynulla Fətullayevin hədəf alınmasının bir səbəbi də onun həbsxanada sınmamasıdır.

«Məncə hökumət özünə qoruma instinktini itirib. Kimsə ölkədə terror üçün zəmin yaradılmasında maraqlıdır. Ona görə də bu cür addımlarla gərginliyi artırırlar».

Bunu Zərdüşt Əlizadə AzadlıqRadiosunun «İşdən sonra» proqramında deyib.

Politoloq Rasim Musabəyov da söz azadlığına qarşı yönəlmiş addımların sabitlik üçün təhlükəli olduğu fikri ilə razılaşır. «İşdən sonra» proqramında məsələni şərh edən politoloq Eynulla Fətullayevə qarşı yönəlmiş ittihamların böyük şübhə doğurduğunu deyir:

Zərdüşt Əlizadə
«Eynulla Fətullayevə dərs demişəm. O, nəinki narkotik, hətta içkiyə belə yaxın duran adam deyil. Tələbə ikən hətta namaz da qılırdı. Bu cür ittihamlar ədliyyə sistemini gözdən salır».

Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Şahvələd Çobanoğlu da hesab edir ki, bu hadisə jurnalisti həbsdə saxlamaq üçün qurulmuş əməliyyatdır:

«Bu, birinci əməliyyat deyil. Hələ Eynulla həbsdə olarkən onu terrora çağırış maddəsi ilə təqsirləndirdilər və cəzasını artırdılar. Bu addımla Eynullanın timsalında Azərbaycan mətbuatına, öz fikrini azad ifadə etmək istəyən cəmiyyətə meydan oxuyurlar».

«QARABAĞ MÜNAQİŞƏSİNƏ MƏNFİ TƏSİR GÖSTƏRƏCƏK»

Hüquq müdafiəçisi Leyla Yunus bildirir ki, bu hadisə Qarabağ münaqişəsinin həllinə də çox pis təsir göstərəcək:

«Bildiriləcək ki, Azərbaycanda demokratiya yoxdur, söz azadlığı pozulur, bu ölkədə yaşamaq mümkün deyil. Biz xarici ölkələrin təcrübəsindən yararlanaraq bu rejimlə dinc mübarizə aparmalıyıq».

Mehman Əliyev
«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, bu xəbər onun üçün gözlənilməz olmayıb:

«Təəssüflər olsun ki, Avropa strukturları, beynəlxalq təşkilatlar boş-boş bəyanatlardan başqa heç bir ciddi iş görməyib. Verilən bəyanatlar heç nəyə təsir göstərmir, əksinə, ölkədə getdikcə media sahəsində vəziyyət daha da pisləşir».

Parlamentin İnsan Haqları komissiyasının sədri Rəbiyyət Aslanova isə Eynulla Fətullayevə qarşı ittihamlara həsr olunmuş «İşdən sonra» proqramında iştirakdan imtina edib:

«Mən bu adam haqqında danışmaq istəmirəm».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (5)
    Növbəti 
Kimdən: Elnur Haradan: Bakı
20.01.2010 19:43
Eynullanı şəxsən tanıyıram. Onun kimi siyasi hazırlığı olan bir gəncin bu iqtidara yaltaqlanmaması və əksinə cəsarətlə jurnalistika ilə məşğul olması, mütiləşmiş azərbaycan cəmiyyətində kölə düşüncəsi olmayan azsaylı insanların arzu etdiyi bir nümunədir. İndi kim deyə bilər ki, 37-ci il indikindən fərqlənir. Kim deyə bilər bu gün Müşviq edam edilməzdi.
Bəli ya baş verənlərin arxasında prezident dayanır.

Kimdən: Mayise Aslan Haradan: Bakı
09.01.2010 17:27
Azerbaycanda ne baş verirse memurların özbaşınalıgından gaynaglanır.Prezidentin keyfden ne vaxtı galır ki,ölkenin derdleri ile maraglansın.meger bilmirsiniz ki,Azebaycanı boz kardinal idare edir?! bunu 3 yaşlı nevem de bilir. Adnan, Emin, Eynulla ve minlerle dürüst insanlar bu igtidarın üzünden zillet cekir.Sevinc xanım,özüne zülm edib,evladsız galma,getir dünyaya...Ona da Azerbaycandakı biabırcılıgları başa salsan, gelmez buralara. gelse de türk iş adamı kimi iş gurar
Men bu derebeylikde 5 otaglı menzilimin kupcası elimde ola- ola kirayede yaşayıram15 ildir.konstitusiyada menzil hüguglarım pozulur. prezidente mail atmagdan, mektub yazmagdan yorulmuşam. Mehriban xanıma yazılan müracietler de tekrar gacgınkoma gönderilir. gacgınlar bizden yaxşı yaşayır ve gazanırlar.vay bizim halımıza. günahımız bakılı olmagımızdır. Allah bu igtidarın belaSINI VERECEK. BİR AZ SEBR LAZIMDIR...

Kimdən: izzet
09.01.2010 16:48
Bu gazeteci halkın gozunde bir kahraman olacaktır.
Buradaki muhalif yazarlara birsey sormak istiyorum..Eger su anki iktidardan memnun degilseniz bunu degistirmenin daha iyisi ile ikame etmenin yolunu neden aramıyorsunuz?Neden muhalif partilere teskilatlara destek vermiyorsunuz?Veya neden fikirleriniz dogrultusunda neden numayis gosteri yapmiyorsunuz?Hak bazen verilmez alınır...

Kimdən: Zaur Haradan: sankt-peterburg
07.01.2010 22:48
...Umumiyyetle gotursek cemiyyetin bu ve ya diger problemlerinin uzun mutdet hellinin tapilmamasinda movcut hakimiyyetin maragli olmasi hamiya melumdur. Ve eyni zamanda Azerbaycanda hakimiyyet deyanda vahid bir gurum nezerde tutulmamalidir.Azerbaycanda hakimiyyet deyanda bir grup harinlamish dovlet adamlari nezerde tutulmalidir. Eynulla Fetullayevin azadliga buraxilmamasinda prezidentin rolu var. En azi meseleye soyug yanashilmasi onun bu meselenin bir adamdan asili olmamasindan xeber verir.Bashga terefden men Leyla xanimin bu mesele barede fikiri ile razilashmazdim.cunki,Garabag meselesinin hellinin lengimesi olke daxilinde insan haglarinin pozulmasindan asili deyil.Garabag meselesinin musbet helli yollari Azerbaycan devletinin elinde deyil.

Kimdən: İBRAHİM Haradan: Əslən Göyçədən
06.01.2010 15:10
Sözün düzü mən, bizim Parlamentdə İnsan haqları Komissiyasının olduğunu unutmuşdum.
Cavab

Kimdən: Santak
14.01.2010 22:13
Unudun, onsuz da onun xeyri olmur, simvolikdir.

Kimdən: Tahir Haradan: Baki
04.01.2010 23:07
İnanmaq istəməzdim ki. «Baş verənlərin arxasında prezident dayanır». çünki bu onun nəyinə lazımdır? Məgər o. istəyər ki. jurnalistlərlə bağlı məsələ daha da geniş vüsət alsın və onun demokrat imicinə zərər vursun? Bizəelə gəlir ki. hakimiyyətin hansı bir qüvvəsisə prezidenti zərbə altında qoyur.
Baş vermiş insident onu göstərir ki. Azərbaycanda hakimiyyət boşluğu yaranıb və iqtidar dairələri bundan istifadə edib hakimiyyət davasına çıxıblar. Birdə bu hakimiyyət boşluğu həyatımızın bütün sahələrini əhatə edib. Dövlət çinovniklərinin özbaşınalığı. Qanunsuzluq. Prezidentin və onun komandasının ölkədəki situasiyaya nəzarət edə bilməməsi. və s. xalqı boğaza yığmışdır.
Eynulla ilə bağlı bu qalmaqal yuxarıda göstərdiklərimizə dəlalət verir. Bizə elə gəlir ki. hansısa iqtidarın içindən olan və hakimiyyətə gəlmək istəyindən indiyə qədər əl çəkməyən qüvvə Eynulla bağlı bu provokasiyanı edib. Qarabağ probleminin həlli ərəfəsində / fərqi yoxdur hansı yolla / Azərbaycan prezidentinin imicini aşağı edirən başqa qüvvə ermənstan xüsusi orqanları ilə əməkdaşlıq edən iqtidar daxili qüvvələr ola bilər.
Yaxın tariximizi yada salsaq görərik ki. Daşaltı və başqa əməliyyatların baş tutmaması elə dövlət çinovniklərinin satqınlığı nəticəsində ola bilərdi.
E.Fətullayevin yenidən şərlənməsi yeni ildə siyasi vəziyyətin gərginləşəcəyini göstərir. Yeni il ərəfəsində seçim qarşısında qalan iqtidarın Rusiya ilə daha da yaxınlaşması 1992-ci il mart çevrilişindən sonra Azərbaycanda öz dayaqlarını möhkəmləndirmiş NATO-nun təmsilçisi Türkiyə iqtidarının da ürəyincə deyil. Bu seçim bir barədə düzgün olsa da. /yəni Qarabağın açarı pusun əlindədir və məsələnin həlli Rusiya ilə bağlıdır / Türkiyə - Ermənistan sərhədinin açılması heç də məsələnin asanlıqla həll olunacağından xəbər vermir.
Sərhədlərin aşılması erməni-türk barışması deməkdir ki. bu da rusların Ermənistandan çıxarılması ilə nəticələnə bilər. Qafqazda rusların qalması üçün yeganə çıxış yolu – bizim regionda müharibəni bərpa etməkdir. Müharibə ssenarisi bu plan üzrə gedə bilər: Azərbaycan tərəfi ermənilərin atəşgahı pozmasından hiddətlənir və torpaqlarımızı ermənilərdən azad edir. Qarabağda erməniləri qorumaq üçün rus qoşunları Qarabağa girir. Elə Osetiyada olduğu kimi.
Eynulla Fətullayevin tutulma faktının bu proseslərlə əlaqəli olması maraqlıdır. Baş verənlərin arxasında doğurdan da prezident durursa. deməli Rusiya faktoru əsas götürülüb.
Sonuncu tezis həqiqətə daha yaxındır və Avropa məhkəməsindən gözlənilən qərarına qarşı düşünülmüş addımdır.
Cavab

Kimdən: Ismailov Haradan: Avropa
06.01.2010 01:38
Maraglidir Eynulla muellimin o geder pulu yox idi ki,Polisin(Yunanca dövletin)"Gara" rushvetini verib vaxtinda canini gurtarsin?Men bu dövlete Turist kimi bele gelerken gabagcadan rushvetimi(4 defedir)verirem ki sher atmasinlar.Prezident rushvet almirsa demeli polisi de almir.Polis almirsa demeli Prezident de almir.Bu ölkeden gayidanlar Turizm shirketlerinden fikirlerini radio-telev-dan Avropa xalgina sadece olarag chatdirirlar.Bir xaricde yashayan Az-li kimi ordan gayitmish turislerden uzag gachirig ki utandirmasinlar,tehgir etmesinler.
Eynulla muellime garshi edilmish probler xaricdeki Az-lilardan tez-tez eshidilir.

Kimdən: Sevinc Özbora Haradan: İstanbul/Turkiye
04.01.2010 16:10
Ele bu cür şeyler ucbatından karyeramın da üstünden xett çekdim Azerbaycandayken. Orada yaşamaq mümkün olmadığını burada rastladığım her kese söyleyirem. Milletimize çox acıyıram. Hetta dünyaya uşaq getirmeye bele onun Azerbaycanlı olması ve bir gün orda yaşamaq istemesinden ehtiyat ederek imtina edirem. Bu gedişle Qarabağ meselesi de heç vaxt hell olunmayacaq. Yazıq menim milletim! Dünyanın sonu bir an önce gelse de zavallılar qurtulsa bu cür yaşayışdan!
Cavab

Kimdən: dj Haradan: bilmirem
04.01.2010 22:21
hormetli Sevinc Özbora size teshekkurler.Inanirsiz belkede Azerbaycan xalqinin 89 % i artig vetendashligdan imtina etmek isteyir,Amma ne etmeli?Mumkun deyil.Oz huguglarinida gorumag iqtidarinda deyiller cunki zorla milleti cahilleshdirirler savadsizlashdirirlar.Millet Zombiye donub artig.Cox teessuf ediremki Azerbaycanda yashayiram
Cavab

Kimdən: Sevinc Özbora Haradan: Türkiyə/İstanbul
05.01.2010 16:05
Hörmətlə dj,
sizə isminizlə müraciət edə bilmirəm. Təbii ki, bu sizin şəxsi istəyinizdir, amma, məncə adınızı yazsanız daha yaxşı olar. Yenə də qərar sizindir.
Xalqımıza gəldikdə, inanın ki, söz deməyə çox çətinlik çəkirəm. Axı, niyə biz öz-özümüzə bu qədər düşman kəsilmişik? Ölüm olan bu fani dünyada niyə 5 gün adam kimi yaşamağı bir-birimizə çox görürük axı? Kim özüylə axirətə nə aparır ki? Onsuz da düşmanlarımız çoxdu. Bir də ağılsızcasına özümüz-özümüzü məhv edirik. Savadsızlıqdan danışırsız. Başımızda savad olsa kim onu əlimizdən ala biləcək ki? Baxın, gün içində neçə adam burada öz fikrini yazır, amma neçəsi savadlı yazıya sahibdir? Qəribə burasıdır ki, çoxu da yazdığına diqqət etmir. Axı, nə qədər ki buradan bir-birimizin üzünü görmürük, dilimizlə kim olduğumuzu qismən göstəririk və burdan yola çıxaraq da bir-birimizə münasibətimiz yaranır. Ölkəmizdə rüşvətin, özbaşnalığın həddi-hüdudu yoxdu, amma cəhaləti yaradan hər kəs özüdür. Bu gün gəlib çatdığım zirvəyə asanlıqla gəlməmişəm. Hər kəs mümkün qədər qüvvəsini səfərbər edib ən azından (təhsil demirəm) savadını əldən verməməlidir. Primitiv bir misal: bu səhifəyə girmək üçün nə edirik? internetə qoşuluruq. İnternetdə nə yoxdur? Axtardığımız hansı məlumatı tapa bilmərik? Biz heç olmazsa köklü məsələlərdən bəhs edirik burda. Milyonlarla gənc isə internetdə vaxtını oyun oynamaq, əylənməklə keçirir, savad artırmaq, elmlənməklə deyil. Üstəlik pul bahasına. Az ya da çox, fərq etməz. İnternetə qoşulmaq pulla deyilmi? Nəticə: Biz, bizi gözləməyən, hər saniyə ömrümüzdən çalan ZAMANI sadəcə boşuna, həm də pul verməklə ƏLDƏN VERİRİK. Bu yolla millətimizin bir gün rifaha, gözəl yaşayışa qovuşması nə qədər realdır? Axı, insanın ən böyük silahı onun savadıdır!

Kimdən: Adil Haradan: almaniya
04.01.2010 01:05
bu olkede inkishaf invalid shekildedir , insanlarin shuurunu , dushunjesini ise bu hakim aile televiziya vasitasi ile ( elbette bir tv deyil bashga yollarla da) zombileshdirib , yaltag bir sistemde gurulmush bu olkede haram -halala, gara - aga, eyrilik ise duzgunluye galib gelib , ela ona gore de burada bele hadiseler bash verir .....
Allah Eynulla beye sabr versin ve birde komek olsun , elbette azerbayjan xalgina da

Kimdən: Gонаg Haradan: Yаxinдаn
03.01.2010 20:06
Dede Gorgud filiminde Aruz rolunu ifa edni Hedere benzedirem. Hemin Aruznan Hederin davranışında oxşarlıg çoxdur.

Kimdən: Mr. Genius Haradan: Azerbaijan
02.01.2010 19:39
Xalqın səbrinin bir sonu vardır. Artıq bu xalqın bir nümayəndəsi kimi səbrimin sona çatdığını deyə bilərəm. Hakimiyyət bilməlidir ki, bu ölkədə hələ də minlərlə Eynullalar, Adnanlar, Eminlər vardır. Siz bizim qarşımızda çooox kiçiksiniz...
Cavab

Kimdən: ZuZu Haradan: Baki
15.01.2010 23:42
Bos sozlerdi, bu vaxta qeder xalq, millet bir olub neyleyib ki, indi de neylesin?! Esrlerle basqa xalqlarin esareti altinda, basqa olkelerin kolgesi altinda yasan xalq hemise de bele yasayacaq...
Cavab

Kimdən: dj Haradan: bilmirem
04.01.2010 22:24
Eziz Mr. Genius,cox umid ediremki sizin dedikleriniz hegiget olsun ,gercekleshsin amma ele bosh osh danishirig heleki.heckim hecne etmek istemir.Hamimiz gorxagig
Səhifə (5)
    Növbəti