Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:24

Verilişlər / 14-24

Gənclərə xaricdə iş imkanı

Hansı ixtisasda oxumağından asılı olmayaraq AİESEC – Beynəlxalq Tələbə Təşkilatı tələbələrə istənilən ölkədə iş təcrübəsi əldə etmək imkanı verir
x
Hansı ixtisasda oxumağından asılı olmayaraq AİESEC – Beynəlxalq Tələbə Təşkilatı tələbələrə istənilən ölkədə iş təcrübəsi əldə etmək imkanı verir

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Hansı ixtisasda oxumağından asılı olmayaraq AİESEC – Beynəlxalq Tələbə Təşkilatı tələbələrə istənilən ölkədə iş təcrübəsi əldə etmək imkanı verir.
Bunu «14-24»-ə AİESEC Azərbaycandakı nümayəndələrindən Nadir Saraclı deyir:

«Azərbaycan gəncləri üçün AİESEC çox gözəl bir şansdır ki, beynəlxalq iş təcrübəsi qazansın, bir tələbə kimi xarici ölkədə xarici şirkətdə işləsin. Tələbə mübadiləsi, iş təcrübəsindən başqa AİESEC Azərbaycan gənclərinə xarici ölkələrdə müxtəlif tədbirlərdə iştirak etmək imkanı verir».

Bəs maliyyə xərcləri? AİESEC tələbələrin xarici ölkədə qalmaq, yemək xərclərini qarşılayır. Tələbənin öhdəsinə düşən isə sadəcə özünün gediş haqqını ödəməkdir.

Nadir Saraclı deyir ki, müraciət edən tələbələrin ingilis dili səviyyəsi minimum standartlara cavab verməlidir, yəni ünsiyyət üçün kifayət etməlidir:

«Gedəcəyi ölkədən asılı olaraq alman, fransız və s. başqa dilləri bilənlər də müraciət edə bilər. Biz tələbə ilə müsahibə edirik. Müsahibədən keçən tələbəni növbəti görüşə çağırırıq – ingilis dili ilə bağlı test təqdim edirik. Bu mərhələdən də keçəndən sonra biznes-oyunlar keçiririk. Tələbəyə müəyyən bir iş tapşırılır ki, onun öhdəsindən necə gələcək. Bu etapları keçdisə, tələbənin anketini hazırlayırıq, bizim sistemə yerləşdiririk. Tələbənin göstəricilərini sistemimizdən görən şirkət bəyənirsə, əlaqə saxlayır».

AİESEC Beynəlxalq Tələbə Təşkilatı İkinci Dünya Müharibəsindən sonra - 1948-ci ildə 7 Avropa ölkəsi tərəfindən yaradılıb. Fəaliyyət göstərdiyi 61 ildə onun üzvləri 107 ölkəyə çatıb. Azərbaycan 2006-cı ildən bu təşkilata qoşulub.

2007-ci ildən bu günədək 80-ə yaxın Azərbaycan tələbəsi AİESEC vasitəsilə xaricdə təcrübə keçmək imkanı əldə edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Rashad Haradan: from Baku
19.02.2010 13:13
Hi.İ have graduated Oil Akademie 4-years ago.i am technical Engineer and section position scaffolder.İ want work another companie and all position.i want yours reply.Thanks for your kindly attention.

Kimdən: Nadir Saracli Haradan: Baki
10.01.2010 20:53
Hormetli Gerib bey,

Eger sizin her hansi sualiniz varsa buyurub nadir.saracli@aiesec.az unvanina gondere bilersiniz.

Ugurlar.

Kimdən: Gerib Haradan: Cinler diyarindan
05.01.2010 17:30
Hormetli Durna Seferli,

Bele bir qurumla bagli melumat vermeyinizi alqishlayiriq. Amma nedense bu qurumun hansi unvanda qerarlashmasi ve fealiyyet gostermesi ile bagli bir kelme de olsun melumat vermemisiniz.
Qurumun mufessel shertlerinin neden ibaret olmasini oyrenmekden otru ve onunla elaqe saxlamaq imkani yaratmaqdan otru en azindan elaqe nomresini ve unvanini bu yaziniza elave etmeyinizi xahish edirem.
Bir de ki, chox vaxt hasisa bir qurumla bagli verilen melumatdan sonra hemin muessiseye muraciet edende belli olur ki, hemin muessisenin fealiyyeti ile bagli mueyyen qaranliq qalan meqamlar ortaya chixir ki, bu da hemin muessisenin yalniz reklam xarakterki melumat yaymasina delalet edir. Reklam ise aysberqin yalniz gorunen hissesidir, gorunmeyen emmali ve "amma"li hisseleri ise suyun ichindedir.
Cavab

Kimdən: Durna Safarli
07.01.2010 13:40
www.aiesec.org

Kimdən: frankfurtlu Haradan: almaniya
04.01.2010 22:45
salam aleykum bütün müselman genclerimize.
bizim gencler xarice ölkeye coxlari gelenden sorna vetenin, özün ve mentalitätin yadindan tesüflerki cixardirlar.ne veten nedeki mentalität yada düshür,öz vetenlerini xocalida olan genocide tanitmaqdandirsa lazimisz ishlerle avaralanirlar.
Xaish edirem Qarabagda olan hadiseleri bütün xarici ölkelerde yayin,bu ermeni vehsiliyinin altinda cox qacqinlarimiz ve azerbaycanin geleceyi olan usaqlar ezyet cekirler.
Hammimiz birlikde geleceyimiz ücün calishaq.

Tesekkürler.

Kimdən: azira Haradan: paris
02.01.2010 21:55
çox saq olsun o azebaycanliya ki, xaricde azerbaycanin adini ucaldir
men ela ozumda kimnen oturub dururam azerbaycanin istoryasinan danisib
basa saliram menim usaqlarimda ikolda melimlarinan azerbaycanin
istoryasinan danisib bildirilar menim boyuk oqlumun melimi oqluma demisdi
oqlum galib mena dedi men oqluma dedim çox saqol qoy bizim milatin basina galani butun dunya bilsin bizim qanimiz azerbaycanlidir
Esq olsun butun azerbaycan xalqina yeni ILINIZmubarek olsun azizlarim.

Kimdən: Asad Haradan: Shemkir
02.01.2010 13:22
Cox sag olun....Maraqli musahibe idi.

Kimdən: Muhammed Huseyn Haradan: Nakhchivan
01.01.2010 19:13
AIESEC - Azerbaijan-- Responsible Youth, Sustainable Future..

Kimdən: javid Haradan: Baki
31.12.2009 18:57
Bu verilisin yazisi qoyulsa yaxsi olar. Men dinlememisem ona gore dinlemek isteyerdim.cox sagolun