Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 09:31

Verilişlər / Kontekst

«Hər şey nəzarət altındadır»

Tehranda hökumət əleyhinə etirazlar, 27 dekabr 2009
Şriftin ölçüsünü dəyiş - +
«Tehranda və digər fars şəhərlərindəki olaylara görə indi burada demək olar ki, fövqəladə vəziyyətdir. Bunlar xüsusilə Azərbaycandan, Kürdistandan nəsə ehtiyatlanırlar. Ona görə də hər şey nəzarət altındadır. Təhdidlər güclənib, tutulanları döymək, işgəncə vermək vüsət alıb».

Bu Təbrizdən Siyamək Bəxtavərin dedikləridir. Onun sözlərinə görə, son vaxtlar Tehranda baş verən hadisələrin təsiri Təbrizdə də hiss olunmaqdadır. Ölkənin bir sıra bölgələri xüsusi nəzarətə götürülüb. Fövqəladə vəziyyət hiss olunmaqdadır.

Siyamək Bəxtavər İranda milli hüquqlar uğrunda hərəkatın fəallarından biri, bu günlərdə vəfat etmiş Çingiz Bəxtavərin oğludur. İranın təhlükəsizlik qüvvələri onun atasının dəfn və yas mərasimlərinə də ciddi nəzarət edib. Həbslər olub. Siyamək hesab edir ki, indiki vəziyyət davam etsə, atasının vəfatının 40-cı günü də eyni mənzərə müşahidə olunacaq.

«İNQILAB MƏHKƏMƏLƏRİNDƏ ONLARIN DOSYELƏRİ AÇIQ SAXLANILIR»

Urmiyədən jurnalist İsmayıl Cavadi də Tehran hadisələrindən sonra İranın azərbaycanlılar yaşayan şəhərlərində ağır vəziyyət olduğunu, ciddi sıxıntılar yarandığını deyir:

«Azərbaycan fəalları dönə-dönə əmniyyət qüvvələri tərəfindən sorğuya alınırlar və inqilab məhkəmələrində də onların dosyeləri açıq saxlanılır. Heç bir jurnalistimuz, fəalımız nə yaza, nə də hansısa məsələyə diqqət yetərə bilir. Ərdəbildən aldığımız məlumatlar da bunu göstərir. Sulduzda, Urmiyədə də vəziyyət ağırdır».

Xüsusilə İranın paytaxtında son günlər yenidən başlanan kütləvi etiraz aksiyaları, qarşıdurmaların fonunda azərbaycanlıların yaşadıqları şəhərlərə nəzarətin gücləndirilməsini,
Vəfa Quluzadə
hətta Təbrizdə şəraitin fövqəladə vəziyyət halına gətirilməsini siyasi şərhçilər təsadüfi saymırlar.

Politoloq Vəfa Quluzadə deyir ki, İran iqtidarı orada Azərbaycan türklərindən və kürdlərdən narahatdır. Çünki İranda artıq rejim çalxalanır. İlk dəfə ölkədə bu seçkilərdən sonra güclü etiraz aksiyaları olub və artıq belə aksiyalar dəfələrlə təkrarlanıb. Bu, ciddi məsələdir:

«Yəni əgər bu aksiyalar Cənubi Azərbaycanda da baş versə, güclü hərəkət yaransa, bu rejimi yıxa da bilər. Ona görə də sözsüz ki, İran rejimi ehtiyatlanır və fövqəladə vəziyyət yaratmaqla əvvəlcədən tədbir görür. Fövqəladə vəziyyət isə o deməkdir ki, ölkədə vəziyyət qeyri-stabildir və o hər an hərc-mərcliyə keçərək rejimə təhlükə yarada bilər. Bu da İran rəhbərliyini çox narahat edir».

«İRANDA PARTLAYIŞ BAŞ VERƏCƏK»

Politoloq hesab edir ki, baş verənlər İran üçün pis nəticəyə gətirib çıxara bilər. Çünki bu 1 adamın, 5 agentin, yaxud 10-15 Qərbpərəstin işi deyil. Burada İran xalqının, geniş kütlələrin narazılığından söhbət gedir. Vəfa Quluzadəyə görə, əgər bu rejimin ölkəni dini diktaturadan heç olmasa bir qədər dünyəviliyə doğru çevirməyə gücü çatmasa, İranda partlayış baş verəcək. Partlayış isə ölkənin parçalanması ilə də nəticələnə birlər. Politoloqa görə, bunu Tehranda da anlayanlar olmamış deyil. Ağıllı təkliflər o olacaq ki, həm islahatlar aparılsın, həm də parçalanmanın qarşısı alınsın.

İranın parçalanmaq ehtimalının həmişə böyük olduğunu düşünən bəzi siyasi şərhçilər isə bildirirlər ki, indiki halda daha çox ölkənin demokratiya sahəsində müəyyən qədər irəliləyişə nail olmaq şansı yaranıb. Çünki artıq rejimin etiraz aksiyalarını zorla yatırtmaq cəhdləri getdikcə daha çox uğursuzluğa düçar olur.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, artıq İranı iqtisadi və siyasi tənəzzülə uğratmış mövcud iqtidar yaxşı anlayır ki, bu etirazların arxasında kifayət qədər ciddi fiqurlar dayanır. Və onlar rejimə qarşı hələ ki, siyasi vasitələrdən istifadə edirlər. Amma istənilən an etnik amillərin də işə salınma təhlükəsi var.
Ərəstun Oruclu
O ki qaldı İranda guya milli azlıq adlandırılanların yaşadıqları yerlərdə sərt rejimin tətbiq edilməsinə, Ə.Orucluya görə bunun iki səbəbi ola bilər:

«BUNUN İKİ SƏBƏBİ OLA BİLƏR»

«Hakimiyyətdə təmsil olunan ifrat radikallar yaxşı başa düşürlər ki, hələlik onlara qarşı ümumi siyasi amildən istifadə olunur. Amma hansısa mərhələdə onlara qarşı etnik amildən də istifadə oluna bilər. Məhz bu səbəbdən də etnik azlıqların kompakt yaşadıqları ərazilərdə daha sərt rejim tətbiq edirlər. Və eyni zamanda onlar elə özləri də bu millətlərarası münaqişəni qızışdırıb diqqəti vahid cəbhədə aparılan siyasi mübarizədən yayındıra bilərlər».

Ərəstun Oruclu deyir ki, azlıq adlandırılmasına baxmayaraq azərbaycanlılar İranda ən çox sayı olan xalqdır. Bu baxımdan İranı əsasən onlar parçalaya bilərlər. Ancaq onların bunda nə dərəcədə maraqlı olacaqlarını zaman göstərəcək. Çünki nəzərə alınsa ki, təkcə müxalifət lideri yox, həm də İranın dini rəhbəri, eləcə də Müdafiə Nazirliyi adlanan qurumun generallarının böyük bir qismi azərbaycanlılardır, onda onların ölkənin parçalanmasına maraq göstərməyəcəklərini düşünmək olar.

Ərəstun Orucluya görə, qonşu ölkədə səlahiyyət sahibi olan azərbaycanlılar ilk növbədə ölkədə demokratik dəyişikliklərin, milli azlıqların hüquqlarının tanınmasının tərəfində olacaqlar. Təbii ki, bunun üçünsə indiki hakimiyyətin iflası labüddür.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Rauf Haradan: Türkiye
28.01.2010 14:40
Eziz Rauf Moskvadan men senın fıkırlerınle hec razı deyılem cunkı bız bır Azerbaycan turkuyuz senın dedıyın turkler ıse Turkıye turkudur yenı soy kok eynıdırr deyısen bırsey yoxdr vaxtında Azerı Turk Qırgız Qazax dıye Stalın ayırmısdır bolgelere meqset turk dunyasını bolmek boyuk Turan ıdeasını mehf etmek bugun herkes Azerbaycanda turkluuyuu danır men qınamıram onları cunku tehsıl sıstemımız ve muxalıfetımız George Soros kımı kapıtalıst emperyalıst bır ınsanın elınde hetta ve hetta medya ve iktisadiyyatda.Oki qaldı Turkıyenın boyuk sırketlerıne sen oz vetendaslarından nıye danısmırsan moskvada ermenılerle tıcaret qurur ıslerını onlarla hell edırler

Kimdən: rauf Haradan: moskva
09.01.2010 23:43
bilirsiz qardashlar,irani qinamaq olmaz,bizim oz rehberlerimiz onlarla biznes qurur sen neyi qoyub neyi danishirsan,biz niye turkuk biz azerbaycanliyiq,turkler ama hec demirler biz azeriyik,turklerin boyuk sirketleri ermenlerle biznes qurur,inanmirsansa get gurcustandan mushahide et,gor onlarin tir yuk mashinlari hansi istiqamete gedirler,,
neyse yazilasi cox sheyler var

Kimdən: behruz Haradan: iceri seher
07.01.2010 02:16
heç inanmağım gəlmir. bizimlə universitetdə oxuyan Güney Azərbaycanlılar var. gör onlara sübut edə bilırsən ki, SƏN AZƏRBAYCANLISAN? deyir yox , mən İranlıyam .

Kimdən: Vətəndaş Haradan: Bakı
06.01.2010 20:17
Hörmətli Dildaş, məni düzgün başa düşmədiniz. Mən məqalədə sadalanan generalları və rəhbərləri nəzərdə tuturam. Əlbəttə, Arazın o tayında qanı qanımdan, canı canımdan milyonlarla soydaşım var. Mən bir gün onlarla görüşmək istəyərkən heç bir sərhəddə durmadan oraya gedə biləcəyimə inanıram

Kimdən: Dildash Haradan: Baki
06.01.2010 18:52
Əziz Vətəndaş təssuf edirəm Siz İran adlana olkədə 35 milliondan chox olan azərbaycanlilarin varligin şübhə altina alırsız.Onlar irsən də turkdulər və faktiki də türkdilər. Bəzi beyni fars olanlar da var belə hal her bir milletin içində olur. Bizim millyonlarca cani, qani və əqidəsi turk olan soydaşlarimiz var Cənub Azərbaycanda. Bunu tezliklə Sizdə görəcəksiz, əgər indi görmürsüzsə.
Cavab

Kimdən: ELCHIN Haradan: UKRAINA
06.01.2010 21:00
Gardash hansi ayatulladan ve generallardan danishirsan???
onlar Azer-ni olsaydilar onlar ermenilerle siyasete iran devletini duzgun yani Azer-cnin azda olsa alehine olan siyaset yrytmezdiler.BELE BIR HALDA HANSI AZER-LARDAN SOXBET GEDE BILER??KECMISH IRAN SEFRI ODA AZER-NIDIR SIZ BILEN???ONUN CIXISHLARIN NEZERE ALSAG.

Kimdən: Vətəndaş Haradan: Bakı
06.01.2010 10:57
Hansı azərbaycanlılardan və ya türklərdən söhbət edirsiniz? Onlar yalnız irsən türk ola bilərlər. Beyinləri çoxdan farslaşıb. Burada manqurtlar azdır məgər?