Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 10:36

Rubrikalar / Təbriz Ekspress

İranda rəssamlara «türkcə» qadağası

Ana dilində təhsil tələbi ilə İranın Urmiya universiteti tələbələrinin etiraz aksiyası. May 2006
x
Ana dilində təhsil tələbi ilə İranın Urmiya universiteti tələbələrinin etiraz aksiyası. May 2006
Şriftin ölçüsünü dəyiş - +
«10 gündür təbiəti mühafizə ilə bağlı yaratdığımız «Dağ» qrupunu işini qadağan ediblər. Prokurorluq orqanlarının müraciəti əsasında haqqımızda məhkəmə hökmü çıxarılıb. Hökmdə yazılıb ki, «Dağ» qrupu millətçilik işi ilə məşğuldur».

Bu sözləri İranın Qoşaçay şəhərində yaşayan Behbud Quluzadə deyir. Onun sözlərinə görə, son günlər Qoşaçayda yaşayan insanlara rəsmi qurumların təqibləri başlayıb. İnsanlar heç bir səbəb göstərilmədən hüquq-mühafizə orqanlarına çağırılaraq sorğu-sual edilir.

Uzun illərdir rəngkarlıqla məşğul olan Behbud Quluzadə deyir ki, çəkdiyi rəsmlərə «Baxış» imzası qoyduğuna görə rəsmi qurumlar haqqında daha bir cinayət işi açıb. Ona bildiriblər ki, «Baxış» türk sözü olduğu üçün millətçiliyin qüvvətləndirilməsi anlamına gəlir.

İranda ən böyük etnik qrup olan Azərbaycan türklərinə ana dilində təhsil almaq qadağa edilib. Ölkə konstitusiyasının icazə verməsinə baxmayaraq, İranda Azərbaycan məktəbləri yoxdur, bunu tələb edən fəallar isə təqib olunur, həbs edilirlər. İranda Azərbaycan türklərinin 20-35 milyon olduğu ehtimal edilir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: vəhid Haradan: təbriz
07.02.2010 04:24
necəki bilirsiz bu qadağanlik təhcə rəssamlar için deyil mən özum bir öyrənciəm v indi iranda istər öyrənci olasiz istər başga sənətlərdə əyər ana dilizdə danişmak v ya başga haqlarizi istəsəz onda həbsə tuşub v təhsilizi davam edməkdən məhrum olub v minbir belə bəla başiniza gətirəllər
guney azərbaycan milləti bu zilləti qabul etmədən şovonismin gabağinda dayanacak
YAŞASİN BÖYUK AZƏRBAYCAN

Kimdən: Boz Qurd Haradan: Bakı
01.02.2010 11:06
Əziz soydaşlarım, İran bizim üçün yad bir ölkə deyil. Unutmayaq ki, bugünkü böyük İranın mövcudluğunun əsas səbəbkarı biz türklərik. İrana Şah İsmayili, Nadir Şah Əvşarı, Ağa Məhəmməd Şah Qacarı və sairlərini biz türklər bəxş etmişik. Sadəcə, bugün bizim soydaşlarımız orada öz haqlarına sahib çıxmalıdırlar. Məncə İran əhalisinin təxmini 40%-ni təşkil edən bir millətin dili fars dili ilə bərabər rəsmi dil kimi tanınmalıdır. Biz bunu edə bilərik, çünki biz İranda ən azı 25 milyonuq və biz buna qadirik. Sadəcə biraz təşkilatlanmaq lazımdır. Allah bütün türkləri, o cümlədən bizi qorusun.

Kimdən: Ali Haradan: Tebriz
24.01.2010 19:55
Turk dilinde okul istiyirem.
Iranda menim lap ibtidayi huququmu vermirler,
ne elemeliyem?

Kimdən: adem Haradan: türkiyeden
24.01.2010 00:34
arkadaşlar bilirsinizki her diktatörün bir sonu gelir iran islam cumhuriyetide zorbalıkla tek başına savunmayaparak ayakda kalmaya çalışıyor bence ordaki türkler ya azerbaycana yada türkiyeye geçerek bizleri güçlendirmeliler bilinirki en büyük teknoloji insandır iran fazla yaşamaz ...

Kimdən: inlaw Haradan: Los Angeles
22.01.2010 13:58
Turk dunyasina qarishi vurushan 3-4 millet varsa, en bashllicasi farslardir

Kimdən: Elchin Haradan: ukraina
21.01.2010 19:16
Bizimde bezi iran Azer-lari deyir iran bizim vetendir!!
hansi vetenden danishirlar ki,20-30 mil insan farslasdirilib ozudaki coxlug teskil eliyen bir millet.Digetnizi "SEHER"kalaninda 20 YANVAR gyny geden verlislerde bir defe de olsun bu faciye haginda verlis olmadi,bele neticeye gelirig ki farsin AZ-nlara garsi fitnesidir

Kimdən: Vətəndaş Haradan: Bakı
21.01.2010 14:59
Bu yaxınlarda İranda böyük bir şəhərdə məsul vəzifədə işləmiş biri ilə söhbətimiz oldu. Soruşdum ki, niyə insanların ən ibtidai haqlarını vermirsiniz. Cavab verdi ki, əgər bunu etsək, ölkə dağılar. Başa düşürsünüzmü bu nə deməkdir? Bu o deməkdir ki, ƏN ADİ İNSAN HÜQUQLARI BƏRPA OLUNSA, "İSLAM HÖKUMƏTİ" dağılar. Bəs islam elə insanların haqlarının özlərinə verilməsi deyilmi? Bəs onlar haqlarını halal etməsələr?

Kimdən: Firudin Haradan: Keshlaburg
21.01.2010 14:43
Bu İranın da işinə-gücünə bax e...
Cavab

Kimdən: Zikodan Haradan: Bakı
03.02.2010 13:52
Milli qururu inkişaf etdirmək lazımdır.O olmayandan sonra istəyirsən ömrü boyu danış xeyri yoxdur.Uzağa getməyin indiki Sovet imperiyası yoxdur, kim səni məcbur edir ki, rusların dilində danışasan?Millətdə gərək qeyrət olsun .Heç bir millət,eləcədə etniklər, qeyri millətin dilində bir-biri ilə danışmır,amma bizdə qeyri millətlərin dilində danışmağı özlərinə fəxr sayırlar.Guya ki,bunlar mədənidi. Bu məsələlər həllini tapdıqdan sonra bəlkə onda Cənubi Azərbaycan haqqında düşünə bilək.Onun üçün də vaxt lazımdır.