Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Amerika üçün müsəlmanla yəhudinin fərqi…

23.01.2010
Amerikalı müsəlmanlar seçkilərə ən az maraq göstərən dini icmadır

Amerikada müsəlmanlara yaxşı münasibət bəsləməyənlər yəhudilərə də eyni gözlə baxır.

Bu barədə «Gallup» sorğu mərkəzinin son araşdırmasında deyilir.

Mərkəz Amerikada müsəlmanların həyat özəlliklərini başqa dini icmalarla müqayisə edib.

MÜSƏLMAN VƏ YƏHUDİLƏRİN OXŞARLIĞI

Məlum olub ki, müsəlmanların siyasi baxışları elə yəhudilər kimidir, amerikalı müsəlmanlar özlərini daha çox liberallara-demokratlara aid edirlər.

Katoliklər, protestantlar və başqalarıyla müqayisədə ABŞ-dakı müsəlmanlar da yəhudilər kimi, ibadət yerlərinə getməyi, ayinlərə əməl etməyi elə də sevmirlər.

Amerikadakı müsəlman qadınlarının savadlılıq dərəcəsi yəhudi qadınlarından sonra ikinci yerdədir.

TƏK FƏRQ-LAQEYDLİK

Müsəlman və yəhudilər arasında tək açıq fərq seçkilərdə iştirakla bağlıdır. Amerikalı müsəlmanlar seçkilərə ən az maraq göstərən dini icmadır.

MÜSƏLMAN AMERİKALININ BAŞQA AMERİKALILARDAN FƏRQİ

Faktiki olaraq, ABŞ-dakı müsəlmanlar adi - statistik amerikalılardan çox az fərqlənir. Eyni dərəcədə təhsil alır, eyni dərəcədə qadın-kişi bərabərliyinə önəm verir və s.

BAŞQA AMERİKALININ GÖZÜNDƏ MÜSƏLMANLAR...

Ancaq müsəlmanlar Birləşmiş Ştatlarda yəhudilərdən daha çox ayrı-seçkiliklə üzləşirlər.

Amerikalıların 53 faizi xristianlıq, yəhudilik, buddizmlə müqayisədə İslama daha soyuq yanaşır. 11 Sentyabr olayları üzündən İslamı ən zorakı din sayır.

Maraqlısı odur ki, bu münasibət daha çox qabaqcadan hasil olmuş yanlış fikrə əsaslanır.

Sorğuda iştirak edənlərin əksəriyyəti İslam haqqında heç nə bilmir, sadəcə, düşünür ki, İslam qadın və kişi bərabərliyinə qarşıdır, başqa dinlərə dözümlülüyü qəbul etmir və s. Baxmayaraq ki, «Gallup»ın başqa bir sorğusunda müsəlmanların gender bərabərliyinə əksər Qərb ölkələrindən daha çox önəm verdiyi ortaya çıxmışdı.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Hasan
25.01.2010 21:37
Men mushahide etmisham forumlarda chox dindarlar Urekleri rahat olmag uchun ozu ozune teselli verir.Gerchek islami oyrenmek istemirler gorxurlar

Kimdən: Şahin
25.01.2010 10:43
Maraqlı heç nə yoxdur. Belə mənasız sorğular keçirib onsuz da heç nədən xəbəri olmayan bir amerikalının beyninə "hamının müsəlmanlardan zəhləsi gedir" ideyasını yürütməkdənsə, İslamın dünyaya ilk respublika, ilk demokratiya, ilk seçki, və ən önəmlisi ilk konstitusiya gətirdiyini insanlara sadə dillə başa salmaq lazımdır. Ərəblərdə gender ayrı-seçkiliyinə son qoyulduqdan hələ 500-600 il sonra belə Avropada qadınları təzə-təzə odda yandırmağa başlayırdılar, o ki qalmışdı qadının söz deməyə haqqı çata...
Cavab

Kimdən: Adil
25.01.2010 13:28
Ereblerde gender ayri-seckiliyine nece son goyuldugunu nedense erebler gormur:) ideal islama sozum yox, amma bu gun dunyada yasayan muselmanlarin islama dexli oldugunu da demek olmaz. here ozune serf eden cur islam yaradib ona inanir. vehhabisi de, nurcusu da, shiesi de- hamisi ele xristianlar, yehudiler kimi bir seydirler.
Cavab

Kimdən: Turkel Şəhər: Baki
25.01.2010 12:46
En azindan bu sorqu gosterir ki, amerikali "xristianlarin" choxu Islamin ne olduqunu bilmir, yeri gelmishken, bizim "muselmanlar" da bu barede onlardan chox ferqlenmir.

Kimdən: Analitik Şəhər: Bakı
25.01.2010 02:37
Maraqlı situasiyadır, görəsən Avropada necədi bu müqayisə...