Cümə, Fevral 10, 2012 Bakı vaxtı 22:09

Verilişlər / 14-24

Avropadan nə gəlir: paltar, yoxsa dəyər?

Ləman Qaidova, Pərvanə Məmmədova və İlkin Hüseynli

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
«Avropadan gələn özü ilə nə gətirir? Paltar, axırıncı model kamera və s. İdeoloji dəyər gətirmirlər. İstisnalar var, təbii ki…».

Bu, «14-24»-ün qonağı bloqqer İlkinin fikridir. O hesab edir ki, Avropa ölkələrinə insan haqları, demokratiya və s. mövzularla əlaqədar təlimlərə göndərilən gənclər əksər hallarda düzgün seçilmir:

BARDA ALMAN QIZLARI İLƏ…

«Adamlar tanıyıram ki, onlar Almaniyaya treninqə gediblər, gəlib dostları ilə bölüşdükləri təcrübə nə olub? Gedən kimi, Münhendə barda alman qızları ilə tanış olublar. Bu insanda nə dəyişir? Hansı dəyər qazandı? Hansı intellektual qazancı oldu onun?».

Avropa Şurasının Təlimçilər Şəbəkəsinin üzvü Pərvanə Məmmədova isə deyir ki, Avropa Şurası Gənclər Direktoratının fərqli mövzularla ildə ən azı 36 təlim kursları olur. O deyir ki, təlimçilərin seçimləri çox vaxt düzgün olur, amma şəxsi məqsədinə görə təlimə qatılanlar da istisna deyil:

«Bir vaxt var idi ki, Azərbaycan gənclərinin Avropa Şurası təlimlərində çox pis reputasiyası vardı. Mən iştirakçılar tanıyıram, ancaq ölkələrə gəzməyə gedirdilər. Aaa, bu təlim İspaniyadadır. Əşi, İspaniyada olmuşam, bu dəfə ora verməyim. Və yaxud, Gürcüstandadır. Əşi, Gürcüstana nə qədər getmək olar. Amma mən inanıram ki, onlara da hansısa formada töhfələri olub bu təlimlərin. Mən tanıdığım çox gənc var ki, yeniliklər gətirirlər, öz icmalarında yeni işlər həyata keçiriblər».

HƏR KƏS FƏRQLİ, HƏR KƏS BƏRABƏR

Gənclər üçün xaricdə təşkil olunan təlimlərin iştirakçısı Ləman Qaidova isə deyir ki, bu təlimlərə qatılmağı heç də ona asan başa gəlməyib. O düşünür ki, QHT sektorunda çalışmasa da, Avropada qatıldığı treninqlərin nəticəsini hələ də görür:

«Avropa Şurasının təlimlərinin böyük əksəriyyəti «All different, all equal» (Hər kəs fərqli, hər kəs bərabər) şüarı altındadır. Müxtəliflik əsasdır. Kiməsə məcbur edə bilməzsən ki, sən bu olacaqsan, yaxud olmayacaqsan. Avropada olan təlimlərin əksəriyyəti də bunu öyrədir. Siz Avropada çox nifrət etdiyiniz bir millətlə oturub çox maraqlı mövzuda danışa bilərsiniz. Çox sevdiyiniz bir xalqın nümayəndəsilə nifaq yaradacaq mövzuda danışa bilərsiniz».

MÜZAKİRƏ İLƏ BÜTÜNLÜKLƏ TANIŞ OLMAQ ÜÇÜN DİNLƏ DÜYMƏSİNİ VURUN....
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Orxan Haradan: Baki
10.02.2010 19:01
Avropadan Bize Her Shey Gelir.. Amma Her Sey Ozumuzden Ozumuze gelse yaxshi olar...!

Kimdən: Vetendaş Haradan: Dünyadan
05.02.2010 00:20
Medeniyyet gelir avropadan.

Kimdən: Olar
30.01.2010 21:38
sozlerim olmaz bashligi ile yazanadir. İslam dinini sen gormemisen ona gore o haqda danishma. Yani o shey senlik deyil. Onu mustesna insanlar yashayir, ve sen o insanlara deli deyersen. Amma Allah onlari en agilli insan adlandirir.
Cavab

Kimdən: Olmaz
31.01.2010 04:36
Allah kimdir?

Kimdən: Muselman
30.01.2010 03:37
Ne yapishmisiniz avropanin balagindan? O gocalan, tek dishli qaridan ne yapishmisiniz? Sizin gozlerinize onlarin texnoloji irelleyishi perde salib, onlarin meneviyyetsizliyini, exlaqsizligini gormursunuz! Helem exlaq donuda geydirmeye chalishirsiniz. Fahishelik yoxdur deyir... Bes geceni sehere qeder yad kishilerle evde olan qadin fahishelikden choxmu uzaqdir??
Azerbaijanla muqaise edirsiniz, beyem bizde nese qalibki?? Bizde meneviyyat ele avropaninkine yaxindir onsuzda - burda ne meneviyyat axtarirsiniz? Avropaninkide olmasa ruslarinkidir.
Bashiniz qarishib bu dunyaya, obiri dunyani unutmusunuz? Yoxsa inanmirsiniz ki sizi birdefe Yaradan oldurenden sonra yenede yarada bilecek? Heyatin menasi haqqinda dushunun, ne uchun bu dunyaya qeldiniz diyene dushunun eger tefekkur edenlerdensinizse. Boshunami yaradildiniz?
Dushunmek ve emel etmek Istemirsinizse bilin ki, sizin "avropa eqideniz" Azerbaycanda kok salabilmez ebeden! Allah qorusun bu milleti! Gedin Avropaya ve orda ne edirsiniz edin - Azerbaijan sizinkimilerden temizlense yaxshidir!
Cavab

Kimdən: Santak
31.01.2010 03:11
Ne qeder ki, Avropani beyenmeyeceksiniz, o qeder de esil muselman kimi peyinin, yani geriliyin icinde batmaga mehkum olunacaqsiniz. Avropa deyende goz qabagina cinsiyyet orqanlarini deyil, kitabi, elmi getirmek lazimdir, el cekin bu lenete gelmis cinsiyyet orqanlarindan!

Kimdən: hasan Haradan: baku
25.01.2010 17:01
Münhendə və ya Almaniyanın hər yerində 1-cə nəfər belə yüngül Alman qızı olmur,20-30 EURO-luq Bolqar türkləri isə doludur.Alman qızları keçmişdən ( 50 il geridə qalan Bakıdan və s.)gələnlə dünyasında yaxınlıq etməzlər.Münhendən Avstriyaya 20 dəqiqəlik yoldur,ordan da İtaliyanın Ankona şəhərinə və gəmiyə minib Qresiya,ordan da İstambul,Trabzon,Qruziya-Bakı,3,5 gün maşınla mənzərələrlə,Adriatik dənizi,qara dəniz,mərmərə,Egey və s.dənizlərin sahilləri ilə 100 km-lə yol ləzzət edir.Bakida vəzifədə olanlar,bəzən də alimlər Almaniyada günü 100 euroya çobanlıq edirlər,gündə 8 saat yerinə - 2 saat.Əsl cənnət Avropadadır.

Kimdən: Vətəndaş Haradan: Bakı
25.01.2010 16:45
Nə qədər ki, düşüncəmizdə millətlər iyerarxiyasında avropalılar yuxarı qatlarda yaşayır, heç nə dəyişməyəcək.

Kimdən: Elchin Haradan: Almaniya
25.01.2010 16:23
All different, all equal? Avropada? Onda niye gore Isvechrede minarelere ban qoyublar, amma kilse tikmek olar?
Demokratik deyerleri avropada yox, amerikada axtarmaq lazimdi.
Cavab

Kimdən: Olmaz
30.01.2010 02:31
Olmaz minber, vesselam! Qurtardi getdi! El cekin bu islamdan! El cekin bu gerilikden! Ne gormusunuz axi bu nagillarda?
Cavab

Kimdən: insan
25.01.2010 17:00
ay elchin, ban deyende yegin qadaga sözünü nezerde tutmusan???
avropadaki deyer özünü bilmek, özünü sevmekdir. Bu esas deyerdi. heresi öz dilini, edebiyyatini sevir, taniyir, bashgasina teblig edir. Bizde ise eksine. Birisi rusun agzina, basgasi amerikalinin agzina baxir.