Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:50

Bloqlar / Elxan Nəsibli

Ekstrasens Zirəddin… Füzuli…Sabir…Nurçular…

Şriftin ölçüsünü dəyiş - +
Bu yaxınlarda Rusiyadakı məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayevin bir fikrini gördüm.

O, pozitiv düşüncəyə çağıraraq deyir ki, məsələn, Füzuli həmişə şikayət edirdi, ona görə həyatı ağır oldu.

Mənə maraqlı gələni odur ki, bu fikir bir böyük problemə toxunur. Ola bilər, bizim nəticə dediyimiz çox vaxt əslində səbəbdir. Səbəb isə nəticə.

Azərbaycanda jurnalist və ya oxucu yazılarının bir sitatgahı var - o da Sabirdir.

Bir məmur zəhmətkeşə yuxarıdan aşağı baxanda, deyirlər, rəhmətlik Sabir gözəl deyib, «fəhlə, sən də özünü insanmı sanırsan» və s. və i.a.

Bəlkə tərsinədir?

İbtidai məktəbdən 7-8 yaşlı uşağın bərkiməmiş şüurunun altına da, içinə də həkk edirik ki, «adamı adam edən paradır», sonra da o uşaq böyüyüb, nəyi varsa pula satanda, deyirik ki, Sabir gözəl deyib: ....

...Sumqayıtda 80 nurçunun həbsinə polisdən bir ağlabatan izah eşidən oldumu?

Mənim izahım var: ... «Harda müsəlman görürəm , qorxuram».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: musa Haradan: nemruddan
30.01.2010 16:43
Qazi beyin şerhi mükemmeldir.25 milyard dollar pula hökm eden bir qrup özünü ne dinden saya biler,ne de imandan.Türkiyede en çox böhtan onların TV ve kanallarında seslenir.Mürşidlerinin ABŞ-da yaşamaq icazesi almasi üçün ona zamin duran 40 neferin düz 20-si Merkezi Keşfiyyat İdaresinin emekdaşı idi.Onların mürşidi düz adamdırsa, Amerikada mesken salıb ordan Türkiyeni qarışdırmağa çalışır? Nur kitablarının ise 'Kelile ve Dimne'den heç bir ferqi yoxdur.Meqalenin yazarına ürekden teşekkür edirem.Sabir müselmanlardan yox,'müselmanlıq' adı altında 25 milyard dollara pula hökm eden,ecnebi keşfiyyatların nökerlerinden qorxurdu.Sabirin ne qeder inanan bir insan olduğunu görmeyen korlar 'Hophopname'ni yene ve yeniden oxusunlar

Kimdən: Qazi Haradan: Veten
29.01.2010 02:12
Samir qardasim!Men esla her hansi bir dini cereyanin fikrine qarsi deyilem!Men ona qarsiyam ki, her hansi bir dini cereyan perdesi altinda oz siyasi meqsedleri ucun istifade edeler ve bu meqsede catmaq ucun lazim olarsa gunahsiz muselman qardasin qanini tokeler!Bir az eger etrafimiza baxsaq gorerik ki,insanlari din perdesi altinda nece oz istedikleri kimi yoneldirler,Bu dini cereyanlarin banileri olan sexsler hec de indiki basda oturanlar kimi dunyani idare eden her hansi bir gizli teskilata islemeyibler!Onlar sadece muqeddes kitabimizi, Qurani Kerimi oxuyub mutalie edib ve oz felsefi fikirlerini kitab halina salib, insanlara tohve veribler!Bu barede cox danismaq olar...Indiki zamanda o qeder dini cereyanlarin kolgesi altinda oz menfur niyyetlerini yerine yetirmek isteyen insanlar var ki, saymaqla bitmez!Men bu cur hiylelerden qorunmaq ucun yegane xilas yolunu Milletimin savadlanmasi ve tehsilinin artmasinda gorurem, basqa yolu yoxdur!Tehsili olmayan ve oz huquqlarini bilmeyen insani yeri gelende istedikleri kimi istifade ede bilerler!

Kimdən: samir Haradan: baki
28.01.2010 23:32
insan bilmedeyi bir seyin dusmeni olmamalidir,hele o NUR kitablarini oxuyaq sonra bir fikir deyek

Kimdən: Qazi Haradan: Veten
28.01.2010 05:05
Men indi bir seyi yavas-yavas basa dusmeye baslamisam.Bu nurcular oz dini baxislarinda ilk baxisdan adama normal gorunur, amma bir seyi yaddan cixartmayin!Sohbet bir dini cereyanin suretle siyasilesmesinden gedir!Bariz numune indiki Turkiyenin dusduyu veziyyetdir!Men bir seyi bilirem ki, butun dini cereyanlarin arxasinda hasisa bir siyasi meqsedler durur!Ona gore oz din qardaslarima tovsiyye edirem ki,isteyilerse oz etiqadlarinda yanilmasinlar?Onda goturun elinize Allahin gonderdiyi muqeddes kitab olan Qurani ve ona uygun ibadetinizle mesgul olun!Menim zennimce muselman olan sexsleri dini etiqadina gore ayirmaq ve her hansi meqsedler ucun istifade elemek Allah yaninda boyuk gunahlardan biridir!

Kimdən: Lütfəli Haradan: Bakı
27.01.2010 23:53
Əgər Sabirdən bu qədər tez-tez sitatlar gətiririksə,deməli,hələ də o zamankı şüurumuzdan çox da irəli gedə bilməmişik.Allah Sabirə rəhmət eləsin!

Kimdən: novxanili Haradan: baki
27.01.2010 19:14
niye qorxursuz? musalman olduqunuz uchun yoxsa muselmanlardan qorxduqunuz uchun?

Kimdən: men Haradan: burdan
27.01.2010 19:06
əslində dərd dərd gətirər deyirlər, amma bu da boş fərziyələrdir...
Zirəddinə qalanda, onun söylədiklərinə heç vax inanmamışam, inanmaq da niyyətim yoxdu...
nurçulara qalanda isə... onları onların özündən başqa kimsə çətin başa düşə... kiməsə də özlərini çətin izah edələr...
ümumi müsəlmanlarınn adından danışmaq isə məncə düzgün olmaz