Dinlə

Canlı efir

Növbəti veriliş

Yeni təmirdən çıxan Bakı səkisi
Bakıda yeni düzəldilmiş «28 May» küçəsi
Göndərən: Çingiz

SİZDƏ DƏ MARAQLI VİDEO, FOTO VƏ YA SƏS YAZISI VARSA, BİZƏ GÖNDƏRİN.

Top-10

«BİR QIZ QALASI QALIB, ONU DA SÖKSÜNLƏR, BƏLKƏ, HACIBALANIN ÜRƏYİ SOYUYAR...» – oxucularımızın yazdıqları

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət və korrupsiyanın kökündə nə dayanır?

Cəmiyyət

Avropa Şurasında Səməd Seyidovun "dublyonka"sını oğurlayıblar

28.01.2010
Yanvarın 28-də Avropa Şurasının Fransanın Strasburq şəhərindəki binasında hamını təəccübləndirən bir hadisə baş verib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun "dublyonka"sı oğurlanmışdır.

Hadisə sözügedən mötəbər təşkilatda şok effekti doğurmuşdur.

Dəhlizlərdə gəzən xəbərlərdə "dublyonka"nın dəyərinin 3 min ABŞ dolları olduğu deyilirdi.

Məlumatı dəqiqləşdirmək üçün assambleyanın iclasından sonra S.Seyidovun özünə yanaşdıq. Səməd müəllim çox pərişan görünürdü və qolunun üstündə qara gödəkçə vardı.

Azərbaycan nümayəndə heyətinin rəhbəri məlumatı təsdiqləyib və deyib ki, Avropanın mərkəzində, özü də belə nüfuzlu təşkilatda başına belə bir iş gələcəyini ağlına da gətirməzmiş.

Onun dediyinə görə. hadisə binanın zallarının birindəki toplantı zamanı baş verib, onun "dublyonka"sı zaldan "yoxa çıxıb". Səməd müəllimin söylədiyinə görə, toplantıda AŞPA əməkdaşları və deputatlarından başqa heç kim yox imiş.

Binanın daxilində təhlükəsizlik kameraları olmadığı üçün "dublyonka"nın axtarışı çətinləşib, bu məlumatı hazırlayarkən üstündən 3 saat keçməsinə baxmayaraq gödəkçə tapılmamışdı.

S.Seyidov gödəkçənin dəyərinin 3 min dollar yox, 500-600 manat olduğunu deyib və əlavə edib ki, sessiyanı oğlunun qara gödəkçəsi ilə yola verməyə məcburdur.

Hazırda Strasburqda qar yağır.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (7)
Kimdən: Kurk Duqlas
18.02.2010 20:08
Melumati oxudum kurkume bire dushdu;))

Kimdən: məhərrəmov pərviz Şəhər: Bakı
17.02.2010 21:40
mən təklf edirəm ki Səməd müəllimi "seçən" seçicilər yığışıb ziyanı ödəsinlər

Kimdən: tifil azeri Şəhər: geridəgalmiş şərg
10.02.2010 23:42
burda iki variant var

1) muxalifətin növbəti təxribati , avropada hakimiyəti növbəti dəfə rusvay etməg istəyirlər
2) yenədə muxalifət . amma bu dəfə Səməd müəllimi xəstələndirib stroydan cixartmag niyətiylə .Hər iki halda bu "azerilerin" işidi , cünki Kafkani , Şopengauri , Platonu , Evklidi , markiz De Sadi oxuyan yüksəg avropa təfəkkürinə və mədəniyətinə malik ag adamlar bizim iy vermiş kürkimizə göz tikməz .

ay ogul mən hara ?? pirilitar hara ??
Cavab

Kimdən: Rasif Şəhər: Gurbetden
16.02.2010 16:46
) muxalifətin növbəti təxribati , avropada hakimiyəti növbəti dəfə rusvay etməg istəyirlər
2) yenədə muxalifət . amma bu dəfə Səməd müəllimi xəstələndirib stroydan cixartmag niyətiylə .Hər iki halda bu "azerilerin" işidi , cünki Kafkani , Şopengauri , Platonu , Evklidi , markiz De Sadi oxuyan yüksəg avropa təfəkkürinə və mədəniyətinə malik ag adamlar bizim iy vermiş kürkimizə göz tikməz .

ay ogul mən hara ?? pirilitar hara ??
(deyirler gunesde partlayis bas verib.sizce kimin isi olar?)
Cavab

Kimdən: Rasif Şəhər: Gurbetden
16.02.2010 16:08
Səməd Seyidovun "dublyonka"sı oğurlanmışdır ("dublyonka"ele -bele Seydi esas Papagdi)

Kimdən: iten kurkler uzre ekspert
08.02.2010 16:49
Yeqin Semed muellimin meqsedi avropa shurasinda mesele qaldirib 300 dollarliq kurke gore onlardan 3000 qopartmaqdir.


Kimdən: AzMan Şəhər: Baki
06.02.2010 04:43
İllər keçəcək birgün bu dublyonka dünyanın məşhur auksionlarında
satışa çıxarılacaq... O zaman artıq bu dublyonkanın qiyməti bəlkə də
3 milyon olacaq... (O zamanlar Səməd bəy artıq təqaüddə olacaq, oğlu isə onu AŞPA-da "layiqincə" əvəzləyəcək) Səməd Seyidazın oğlu da həmin auksionda olacaq... Oğul Seyidaz 10 May Atalar Günü münasibətilə atasına xoş bir surpriz edəcək... O dublyonkanı 3 milyon verib geri alacaq... O zamanlar biz yenə də burda şərhlər yazacağıq...

Kimdən: Asen Şəhər: Xarkov
05.02.2010 14:20
Bu xeberi eshidib cox sevindim ! Cunki bu Semed Seyidov ASHPA-da cox berkden qishqirirdi ki, Azerbaycanda az qala prezident de her gun ishe velosipedle gedib-gelir, yeni olkemizde her shey e'ladir, ogru, korrupsioner ,rushvetxor filan yoxdur. duzdur o dublyonkanin deyeri sene viz geler, amma bu milletin servetini YAP hakimiyyeti doymaq bilmeden talan edir , senin kimiler ise, onu Avropada mudafie etmekdesiniz.

Kimdən: Sami
05.02.2010 00:23
Gelin atışax, Samed müəlimə bir dublyonka alax...

Kimdən: musa Şəhər: Musaabaddan
04.02.2010 19:08
Şexsen bu hadise meni çox kederlendirib- 'Dublyonkanin ogurlanmasi' adli poema üzerinde işlemeye başlamışam. Yalan deyiremse, heç o poemanı bitire bilmeyim

Kimdən: Sanan Şəhər: lacin
04.02.2010 03:00
yaxsi ki bizde bele xirdo oqurluq <olmur>.bir de meni basha salin gorum,Az.deputati demish-Strasburqun Assmbleya sheherinde 2 dashin arasinda oqlununkunu hardan tapdi,ora ailelikce gedirler?

Kimdən: ELNUR Şəhər: GENCE
02.02.2010 14:59
her sey yazilb.ela.bunlari Semed mellim oxuyub?
    Növbəti 
Səhifə (7)
Şriftin ölçüsünü dəyiş - +