Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Bloqlar / Elxan Nəsibli

Siyasət cıdırında Troya atları

29.01.2010
Azərbaycan müxalifətinin iki yolu var...

Əli Kərimli hakimiyyəti atçılığın yeni inkişafında suçlayıb. AXCP sədri deyib ki, hakimiyyət Troya cinsindən olan atlar yetişdirir. Atların sayı o qədər çoxdur ki, Troya ilxısından danışmaq olar.

İttihama görə, Troya atları aparatın tövləsində yetişdirilir. Bu işlə sarayın baş mehtəri məşğuldur.

Troya atları prezident və parlament seçkiləri deyilən milli cıdır yarışında istifadə olunur.

Cıdıra baxana bu atları ayırmaq bir az çətindir. Çünki qıraqdan Troya atları başqalarından heç nə ilə fərqlənmir.

Özü də tərs kimi həmişə qabaqda gedirlər. 

NÖYÜT İYİ...


Ancaq ekspertlərin dediyinə görə, Azərbaycanın Troya atlarının bir fərqli cəhəti var – bu atlardan bir az nöyüt iyi gəlir...

Ancaq Troya atları «müxalifət niyə birləşə bilmir?» sualına ikinci cavabdır.

Birinci cavab o idi ki, birləşməyə qoymayan müxalifət liderlərinin ambisiyalarıdır.

Ancaq üçüncü cavab da var.

Niyə bir ölkədə müxalifət birləşə bilir, başqa ölkədə birləşə bilmir?

Bir rus siyasətçisi deyirdi ki, yaxın illərdə Rusiya müxalifəti birləşə bilməyəcək. Çünki pul az, partiya isə çoxdur.

Yaxın mövqelərinə və eyni hədəflərinə görə birləşməsi gözlənən müxalifət partiyaları eyni və məhdud resurslar uğrunda öz aralarında didişməyə məcburdurlar. 

İKİ YOL VAR ...


Bu isə rəqiblər arasında təbii seçmə prosesidir.

Buna görə Azərbaycan müxalifətinin iki yolu var: ya seçki deyib, bir yerə toplaşmaq, sonra da yan-yörənə boylanmaq ki, görəsən aramızda Troya atı kimdir?

Ya da yanındakına Troya atı kimi baxmaqdansa, özünə Qarabağ atı kimi baxmaq.

...Qarabağ atı gec-tez birinci gəlir...

...Ya da SSRİ-nin Britaniya kraliçasına bağışladığı Qarabağ atı kimi ətrafına baxır, baxır, sonra da xiffətdən ölür...
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: mustafa Şəhər: İstanbuldan
03.02.2010 21:01
Yazara bir dunya teşekkür.İstanbulda 2007-ci ilin fevralında Xocalı sergisi açılmışdı.Azerbaycan ressamlarından biri ondan 3 ay qabaq başqa sergiye 'Atlar' adı ile qoyduğu tablonu Xocalı sergisine 'Qarabağ atları' adı ile qoymuşdu. Başqa sergideki 'Güller' tablosu Xocalı sergisinde 'Qarabağ gülleri' olmuşdu.Başqa sergide 'Narlar' adı ile nümayiş etdirilen tablo Xocalı segisinde 'Qarabağ narları' idi. Tabloların ekseriyyetinin Xocalı mövzusu ile elaqesi yox idi.Baş konsul Seyyad Aran sergi kataloguna ele bir 'On soz' yazib ki,sanki herbi manifestdir. Türk ictimaiyyeti baş konsulun o teqdimatindan sonra Xocali barede hansi tezevvuru elde etdi-menim uchun cox maraqlidir

Kimdən: Azer Şəhər: Berde
01.02.2010 06:41
Yaziniz cox yaxsidir.Tesekur edirem

Kimdən: İlqar Rasul Şəhər: Baki
29.01.2010 22:45
Əslində kim nə yazırsa yaxşidi. Amma elə yazilar da var ki, onlar sadəcə yaxshi deyillər. Həm də nəsə başqadılar. Və o başqalıq bir müddət adamı özünə hansısa formada tabe edir.
Mən bu yazını iki dəfə oxudum və.....Nə isə.
Ölürəm belə şeylərə təslim olmaqdan ötrü.
Elxan, məni bir daha vurduğun üçün təşəkkürlər.

Kimdən: Ilham Şəhər: USA
29.01.2010 21:58
Chox yuksek seviyyede hazirlanmish bir yazidir. Muellifi tebrik edirem. Troya ati :)

Kimdən: Etibar Şəhər: Derbend
29.01.2010 20:55
Ela yazidir. Cox beyendim.