Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 09:44

Bloqlar / Elxan Nəsibli

«Azərbaycan ordusunda dəyişiklik yoxdur»

Şriftin ölçüsünü dəyiş - +
Oxumadığım yazıçılar arasında, deyilənə görə, ən yaxşısı Dostoyevskidir.

Oxuduqlarım arasında ən xoşuma gələni isə Erix Maria Remarkın «Qərb cəbhəsində dəyişiklik yoxdur» romanıdır.

Ancaq deyəsən, onu da oxumağa dəyməzdi - gündəlik mətbuatdan Azərbaycan ordusunda baş verənləri oxumaq kifayət idi.

2010-cu ilin Azərbaycan ordusunda əsgərlərin başına gələnlər elə bil eynilə 1915-ci ilin alman ordusundan götürülüb.

Bir-iki cüzi fərq var: 100 il əvvəl alman zabiti mobil telefona konturu əsgərə aldırmırdı.

Bu iki ordu arasında belə oxşarlıqda qorxudan nədir?

Öz əsgərini ələ salan alman ordusu yüz il əvvəl neylədi? - Müharibəni uduzdu.

Almaniya hakimiyyəti hansı nəticə çıxartdı? – «Qərb cəbhəsində dəyişiklik yoxdur» romanı Hitlerin ən nifrət etdiyi kitab idi. 30-cu illərin sonunda Almaniya hakimiyyəti Remarkı tuta bilmədi, hirsindən Remarkın bacısını asdı...

Sonra nə oldu? Almaniya yenə müharibəni uduzdu...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: sabit Haradan: bakidan
03.02.2010 14:45
Duz yazmisiniz amma bir sey de var ki, məşhur İtalyan siyasətçisinin bir sozu var hər bir xalq özunə layiq olan rəbər seçir. Ona gorde biz heç nə alinmayacaq. Ölkədə korrupsiya baş alib gedir. Qanunlar işlemir. Yalançı vədlər inkişaf adam bezib bu ölkədə yaşamaqdan.
Cavab

Kimdən: Yurdsever
05.02.2010 21:45
men bu fikirle razi deyilem. Almanlar Hitler kimi rehbere layiq deyildiler. Ikincisi de bu hakimiyyet zorla xalqa sirinib, sechilmeyib.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
02.02.2010 11:11
Yazıya söz yoxdur.
Bir amması var: bu başıpozuq, heç bir dəyər yarada bilməyən, əksəriyyəti laqyed insanlardan ibarət olan, rüşvətin baş alıb getdiyi Azərbaycan cəmiyyətini həmişə dəyərlər yaradan və bu dəyərlərə hörmət edən alman cəmiyyəti ilə müqayisə etmək nə dərəcədə doğrudur? Bu, illüziyalara qapılmaq, "yuxuda darı görmək" deyilmi?

Kimdən: Elxan Nəsibli Haradan: Praga
01.02.2010 17:40
Hamıya təşəkkürlər,
Fidan xanım, Şimali Avropa ölkələrinin bir-iki təcrübəsini nəzərə alanda, bu problemin bir həll var- əsgərə öz övladı kimi kim baxa bilər?
Müdafiə naziri mülki şəxs və qadın olmalıdır, deyəsən.
Aqshin bəy, bloq yazıları Kontekstde getmir. Ancaq yəqin ki, belə yaxşıdır.
Hacı bəy, ordudan yazanda məncə yazı güllə kimi olmalıdır- balaca və sərrast. Eger siz deyən kimi alınıbsa, sevindim.

Cavab

Kimdən: Emin Haradan: Dushenbe
03.02.2010 10:56
Elxan muellim mudafie naziri hazirda milli meclide oturan qadinlardan biri olsa o zaman hazirki mudafie nazirine shukr etmek lazim olacaq mence???

Kimdən: Haci Hacili Haradan: Isvecre
01.02.2010 16:16
Cox effektli alinib: qisa ve serrast!

Kimdən: Aqshin Haradan: Bakidan
01.02.2010 16:01
Elxan bey, axi siz danishandan sonra eyni movzulu kontekst reportaji gelir. Kontekst olacaq?

Kimdən: Fidan Haradan: Baki
01.02.2010 15:35
yaman yazmisiz... lap tukum urpeshdi... goresen hakimiyyetdekiler sizin yazilarinizi oxuyur? Oxuyub NETICE CHIXARIR?