Dinlə

Canlı efir

Növbəti veriliş

Uşaqlar
Özlərini «ikinci yama uşaqları» adlandıran, vaqonların arasında oynayan bizim şəhərin balaca sakinləri
Göndərən: Murik

SİZDƏ DƏ MARAQLI VİDEO, FOTO VƏ YA SƏS YAZISI VARSA, BİZƏ GÖNDƏRİN.

Sorğu

... ... ...
BAŞQA SORĞU: Rüşvət alan məmurdan şikayət etsəniz nə baş verər?

Dünya

Azərbaycanlılar kimə səs verir

Ukraynada prezident seçkisinin 2-ci turu fevralın 7-də keçiriləcək

02.02.2010
Qarşıdakı prezident seçkisindən söz düşəndə, xaricdə çoxları fikirləşir ki, Ukraynanın Qərbə meyl etməsini istəyənlər-ölkənin mərkəzi və qərbində yaşayanlar «Narıncı koalisiya»nın keçmiş üzvü Yuliya Timoşenkonu dəstələyəcək. Kiyevin Moskvayla yaxınlaşmanın tərəfdarı olanlar-rusdilli Şərqi Ukrayna isə Viktor Yanukoviçi.

Amma sən saydığını say, gör azərbaycanlılar nə sayır.

UKRAYNADA RUSLARIN ARASINDA YAŞAYANLAR QƏRBMEYLLİLƏRİ SEÇİR

Ukraynanın şərqində-Xarkovdakı Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov Şərqə yox, Qərbə istiqamətlənən namizədi dəstəkləyir.

Murad Ömərov deyir ki, «Narıncı koalisiya»dan indi ortada ancaq Timoşenko qalıb deyə, onlar da Qərbə inteqrasiyaya səs verəcəklər.

Amma Murad Ömərov onu da vurğulayır ki, ümumilikdə burdakı diaspor cəmiyyətinin siyasətə qarışmasının əleyhinədirlər. Odur ki, heç bir namizədi açıq-aşkar, mütəşəkkil şəkildə dəstəkləmirlər. Çünki rəqib siyasi qüvvə qalib gələcəyi halda azərbaycanlı icmasına problem yaranmasını istəmirlər.

AVROPAYA YAXIN YAŞAYANLAR MOSKVAMEYLLİ NAMİZƏDƏ SƏS VERİR


Ukraynanın Qərbində-Avropaya daha yaxın olan Lvovda yaşayan azərbaycanlıların təşkilatına rəhbərlik edən Məcid Nuxiyev isə tam tərsinə, Rusiyameylli Yanukoviçi dəstəklədiklərini deyir. Səbəb isə Timoşenkonun hakimiyyətdə olduğu müddətdə gördüyü işlərin kifayət etməməsi və Yanukoviç tərəfdarlarıyla daha yaxşı münasibətlərdir.

Amma Nuxiyev Yanukoviçə səs vermələrinə baxmayaraq, Avropaya yaxınlaşma tərəfdarı olduqlarını da deyir:

«İnanmıram ki, Yanukoviç hakimiyyətə gələndən sonra Moskvayla təkrar sıx bağlansın. Uzağı iqtisadi yaxınlaşma olacaq».

TİMOŞENKO ERMƏNİ İMİŞ?

Lvovda yaşayan həmyerliləri kimi, Çernovtsı regional təşkilatından Namiq Əliyev də Yanukoviçi dəstəkləyir:

«Burda hamı bilir ki, Timoşenkonun əsli ermənidir. Odur ki, Yanukoviçdən acıqları gəlsə də, ona səs verəcəklər. Çünki ortada erməni söhbəti var».

Amma Ukraynadakı azərbaycanlıların heç də hamısı bu söhbətlərə inanmır. Hətta Timoşenkonun erməni əsilli olması haqda söz-söhbətin ancaq azərbaycanlılar arasında yayılmasından da danışırlar.

Ümumilikdə, söhbətləşdiyimiz həmyerlilərimiz deyir ki, 50 milyonluq Ukraynada yaşayan yarım milyona yaxın azərbaycanlının mərkəzləşmiş şəkildə kiməsə səs vermək niyyəti yoxdur, hər kəs öz seçimini özü edəcək.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: mecid Şəhər: lvov
06.02.2010 16:01
Her iki prezitenta namizat, ukraniyaya prizidetliya laig deyil, yena da yanikovish ses vermek lazim biliram!

Kimdən: Vetendaş Şəhər: Dünyadan
03.02.2010 13:39
Tumaşenkoya ses vermek mütleg lazımdı ona görekgi Gürcüstanı tek goymag olmaz bizimde azadlıga yolumuz gürcüstandan keçecek.

Kimdən: efkan Şəhər: azeribaycan
03.02.2010 11:50
Timoshenkoya ermeni deyenler rusiyanin sifarishini yerine yetirir.Yanukovich rusiyanin adamidir. Rusiya ise azerbaycanda 20 yanvar girgini eledi,xocali girgini eledi, garabagi istila eledi. amma yene de bu satginlar,ermeni esilliler rusiyanin nokerleridir.(RUSIYA AZERBAYCAN TURKUNUN DUSHMENIDIR) bunu bilmeyenler bilsin.kim ki rusiya terefinden chixish edirse avtomatik o azeribaycanin dushmenidir.

Kimdən: Azeribalasi
03.02.2010 11:38
Xaxollar bizim kimi deyil ki,baslarina ozlerinden olmayib familyalarini deyismis "xaxollari" getirsinler.
Niye gore bizde hele resmi sekilde bilinen 20 min ərməninin familyasi cevrilib olub azeri?
Kim zamanet verir ki,hemen bu "ərməni azeriler"dolayisi yolla ve ya faktiki vezifede deyiller?
Azadliq ve serhciler,tez-tez islamin eleyhine yazin her sey yoluna dusecek.

Kimdən: Anonymous Şəhər: baki
03.02.2010 02:20
bencede oradaki azerbaycanlilar garb yonumlu siyasetcilere ve rusvethor olmayanlara ustunluk vermelidirler...

Kimdən: Namig Şəhər: Zaporojye(Ukraina)
03.02.2010 02:04
mence ikisi de eyni bezin parcasidir.istenilen tegdirde Ukraynada caxnasma dusecek..bu da bizlere serf elemir.Demokratiyani oz sexsi menfeetleri ugrunda istifade eden olkelerin basinda Ukrayna siyasetcileri gelir!!xeyirlisi olsun..

Kimdən: Seyran Şəhər: Ukrayna
03.02.2010 01:00
Timosenkonun heqiqeten atasi ermeni esilli Vladimir Abramovic Qriqyandir.Atasi Qriqyan ailesini Yulya 3 yasi olarken terk edib ve Yulya anasinin soyadini Teleqina, sonra evlenib Timosenko soyadini goturub. Amma o demek deyil ki Azerbaycan xalqina simpatiyasi yoxdur, hal hazirda Bas Nazirin enerji meseleleri uzre muavini Burzu Eliyev Azerbaycanlidir. (mene ele gelir Aqdam rayonundandir bu B. Eliyev)
Cavab

Kimdən: arzu
03.02.2010 09:02
timoshenkonun atasi latishdir. latishlarda -yan soyadi sonlugu genish yayilmish haldir. ozu de deyib ki ata terefden 7-ci neslime kimi latisham. dezinformasiya verme. hech timoshenkonun sifetinde ermeniye oxshar hech bir shey yoxdur.

Kimdən: mehtiev Şəhər: ukraina
03.02.2010 00:39
Yanukovice ses vermek Gurcustani basqi altina salmaq demekdir.Onunda neticesi Ermenilere Gurcustandan yol acilmasi ile qurtaracaqdir.Bizi ise ancaq PUL maraqlandirir-Ruslar uzumuze tupursebele !!! It el cekdi motal el cekmedi.Ona ses vermek fikrinde deyilem...
     
Şriftin ölçüsünü dəyiş - +