Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 11:06

Bloqlar / Elxan Nəsibli

Əsgər hüquqsuzluğu hardan başlanır...

Hərbi parad
Şriftin ölçüsünü dəyiş - +
«Kim milyonçu olmaq istəyir?» beynəlxalq televiziya oyununda hər sual veriləndə böyründə dörd cavab variantı da təklif olunur.

Təsəvvür edin ki, televiziyadasınız. Sual belədir: Aşağıdakı ifadələrdən hansı Azərbaycan qanununda yer alıb?

a) hüququ olan əsgər
b) hüququ olmayan əsgər
c) hüququndan keçən əsgər
d) hüququnu tələb edən əsgər

Doğru cavab c)-dir: «hüququndan keçən əsgər».

Özü də bu ifadə qanunda elə-belə yazılmayıb.

Qanuna görə, bu sözlər məktəblinin «əlifba kitabının birinci səhifəsində çap olunmalıdır».

Qanuna görə, bu sözlərə «dərin ehtiram» «borcumuzdur».

Qanuna görə, bu sözlər səslənəndə gərək «ayağa qalxasan».

Qanuna görə, bu sözlər «müqəddəs rəmzdir».

O HANSI QANUNDUR ELƏ?

Qanun Azərbaycanın Dövlət Himni haqda qanundur.
«hüququndan keçən əsgər» isə Dövlət Himnində yazılıb.

...Biz də deyirik, ay, komandir pozdu əsgərin hüququnu, ay, elə oldu, ay, belə oldu.

Sən demə, əsgərin heç hüququ yoxmuş, daha doğrusu varmış, ancaq əsgərin özü imtina edib öz hüququndan.

Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Oldumu?..
Ola bilərmi?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Ilham Memmedli Haradan: Sumqayit
04.02.2010 21:32
Bir vaxtlar oxumushdum ki,Israil ordusunda esgere(esir dushduyun teqdirde herbi sirri vermemek senin heyatina tehluke yaradirsa danis bil ki,sen xalqina diri lazimsan)--deylir. Bu hemin ordunun dunyanin en yaxshi ordularindan biri olmasina mane olmur.Indi deyin bele qiymet qoyulan esger herbi sirri verermi?Inanmiram.
Muqayise edin biz neden danishiriq?Ve esgerlerin bashina ne oyunlar
getiririk?

Kimdən: Rövşən Qənbərov Haradan: Praqa
04.02.2010 21:14
Mən vaxtilə bununla bağlı jurnalist araşdırması aparmışdım. Azərbaycan himninin sözlərinin Əhməd Cavada məxsusluqu mübahisəlidir. Bircə mənbə var ortalıqda - 1919-cu ildə çıxan bir şeir toplusu - orda da bu şeirin altında "Cəmo bəy" yazılıb. Buna görə həmin şeirin AXC naziri, Quba yəhudisi olan və azəricə şeir də yazan Cəmo Hacınskiyə məxsus olduğunu deyənlər də var, uşaq şairi olan Cəmo Cəbrayılbəyliyə də (onun qohumları bununla bağlı Milli Məclisə də müraciət etmişdi və Əhməd Cavadın keçmiş prokuror olan oğlu Yılmaz bəyi öz əlaqələrindən istifadə edib "plagiat"ın ifşa olunmasına maneçilik törətməkdə ittiham edirdilər). Bəziləri isə deyir ki, Əhməd Cavad şeiri himn müsabiqəsinə "Cəmo bəy" imzası ilə göndərib - bu isə inisiallardır - yəni Cavad Əhməd Məmmədalı oğlu...


Kimdən: mayis Haradan: İstanbul
04.02.2010 15:44
Elxan, sen çox orijinal adamsan.Yazi terzin eladir. Himndeki soz 'Hüquq'dur.Meseleye lap sade yanaşanda görürürk ki,bir insan esgerliye çağırılanda 'hüquq'unun önemli hissesinden vaz keçmeli olur.Çünki esgerliyin qaydalari beledir-sen kazarmada,nezaret altında ve emrlere tabe olaraq yaşayırsan.Emrleri yerine yetirmek inkar edilmez borcundur.Ona göre de Ahmed Cavad 'Hüququndan keçen esger-here bir qehreman oldu'-deyir.Ahmed Cavad bu misralari polkovnik Mustafa Kemalin 1915-ci ilde Çanakkale müharibesinde tabeçiliyindeki esgerlere 'Men size ölmeyi emr edirem'-sözlerinden tesirlenerek yazıb.Elxan,sen bu yazinla başqa bir mühüm meseleni gündeliye getirmisen:bu da Azerbaycandaki seçkilerde kazama ve hebsxanalarda iqtidar partiyasına verilen 100%-lik seslerdir.Cezalandirilaraq hebsxanaya düşen adam cemiyyetdeki haqq ve hüquqlarının böyük qismini itirir ki,buraya birinci derecede ses verme haqqi daxildir.Hebsxanadaki adam:1)Hem ceza alaraq cemiyyetden kenarda saxlandigina;2)Hem de seçki prosesini normal şekilde izleme imkanina malik olmadigina gore oz vicdaninin sesini istediyi şekilde ifade ede bilmir ve buna göre de severmede iştirak etmir.Bu,tam şekilde olmasa da, kazarmada 'silah altında' yaşayan esgerlere de aiddir.Onların da sesvermede iştirakı normal sayılmır.Azerbaycanda ise ne hikmetdirse,kazarma ve hebsxanadakilar iqtidar partiyasina topdan ses verirler(Türkiyede buna 'motal' ses) deyilir).Ona göre de kazarma ve hebsxanaların 'motal sesleri' ile deputat olanlar bir an evvel mandatdan imtina etmelidirler.Novbeti seçkide ise kazarma ve hebsxanalarda qetiyyen sesverme keçirilmemelidir.Müzakire mühiti yaradan yazılarına davam et lütfen, aziz Elxan.
Cavab

Kimdən: Humay Suleymanli
10.02.2010 01:19
Bəsdir də nağıl danışdınız. Əhməd Cavad filan hadisədən təsirləndi, yox bir. Oz ehtimallarınızı ölmüş adamların adına yazmayın...

Kimdən: Elxan Nəsibli Haradan: Praqa
04.02.2010 14:58
Belə bir versiya da var ki, 1919-cu ildə hüquq sözünün başqa mənaları da olub
Ancaq 100 ildən sonra ikimənalı başa düşülən ifadəni himndə saxlamaq düzgündürmü?

Kimdən: Elxan Nəsibli Haradan: Praqa
04.02.2010 13:53
Mənim iradım siyasi sənədə- qanuna və qanundakı himn mətninədir.
Ancaq müzakirənin gedişində söylənən ehtimallarla tam razıyam, çox güman ki, Əhməd Cavad hüdud yazıb, hüquq eləyiblər (Yenə saxtakarlıq?).
Çünki şeirin ruhu hüdud sözünə daha yaxındır.
Bir də ki şair məsələn, "canından-qanından keçən əsgər" yazardı, mətndəki hüquq sözü yamağa oxşayır
Gəlin, Əhməd Cavad yaradıcılığını yaxından bilənləri bu müzakirəyə dəvət edək

Kimdən: Kochkun Haradan: Baki
04.02.2010 13:32
Nesib beyin yazdigi aglbatandir- Shair cesaretli yazib, siyasetciler hududu huquq edibler

Kimdən: Nesib
04.02.2010 02:35
:)) bildiyim gederiyle, orijinal versiyada hugugundan yox, hududundan kecen esger ifadesi var.

Kimdən: Turgut Haradan: Baki
04.02.2010 02:30
Azerbaycan himninin muellifleri ESGER, HUQUQ ve QEHREMANLIQ sozlerine bizden tamamile ferqli anlam verirdiler. O vaxtlar ne DEDOVSHIA vardi, ne de ULU-ONDEROVSHINA

Kimdən: İlqar Rasul Haradan: Baki
03.02.2010 19:47
Adam bu yazını oxuyanda az qalir düşünsün ki, nə yaxşı ki, o hadisə baş verdi və bu yazı yazildı (amma düşünmür əlbəttə).
Əhsən. Əladı. Lap əvvəlki yazilar kimi.
O ki, qaldı əsgərə, hər şey özümüzünkü olduğu kimi, əsgər də özümüzündür. Necə deyərlər lap fırt eləyib burnumuzdan düşüb. Komandiri nə qədər pis iş görsə də sonunda həmən o "hüququndan keçən əsgər" onu yox özünü cinayətkar edəcək. Necə ki, etdi.

Kimdən: Milletci Haradan: Bashipozuqstan
03.02.2010 19:25
Burali duz deyir, esgere yemek vermiririk, deyirik get canini ver, komandire qulaq as, esker sorusha bilmez menim qarnim niye acdir
Səhifə (2)
    Növbəti