Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:42

Bloqlar / D.Dilim-Dilimov

Yarım milyonluq YAP-ın artım tempi aşağı düşür

YAP-ın seçki kampaniyası, 17 sentyabr 2008
Şriftin ölçüsünü dəyiş - +
Siyasi sabitlik və iqtisadi inkişafla öyünən Yeni Azərbaycan partiyasının daha bir fəxr yeri üzvlərinin sayıdır. Bu günlərdə YAP 5 rəqəminin yanına düzülən sıfırları təntənə ilə qeyd etdi.

Yarım milyon – zarafat deyil. YAP zarafat sevmir.

Sevsəydi, YAPa üzv qəbulu haqda bir əhvalat danışardım. (Oxumaq istəyən bura daxil olsun)

Rəsmi məlumatlara əsasən, Yeni Azərbaycan Partiyasına üzvlük tempi azalır. Ötən il bu partiya öz sıralarına 29777 adam qəbul edib. Orta hesabla ayda 2581.4 adam eləyir.

Lakin bu ilin yanvar ayında cəmi 1538 adam cibində YAP-ın partbiletini daşımaq şərəfini qazanıb. Dəqiq demək olmur, qlobal maliyyə böhranın təsiridir, ya iqlim dəyişikliyinin, amma artım tempi 1043.4 nəfər aşağı düşüb.

YAP üzvlüyünü bu partiyanın Nizamnaməsi müəyyən edir. Həmin sənəddə partiyanın məqsədləri arasında belə bir maddə var:

- irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi,

Əcəba, bəs CİNSİ? Axı, adətən, adamları arvad-kişiyə bölmədən, cinsindən asılı olmayaraq müdafiə edirlər?

Və bir də, bəs SİYASİ ƏQİDƏSİ?

Bağışlayın ki, vaxtınızı alıram, amma məncə, Azərbaycanda hələ də adamlar var ki, Heydər Əliyevi yox, məsələn, Karl Marksı, yaxud Ayatollah Xomeynini, ya elə Qolda Meyeri özünə ulu öndər sayırlar?

Bir qonşum var, tez-tez deyir ki, mənim tanrım da, peyğəmbərim də, ulu öndərim də Əliağa Vahiddir...Bəs belələrini kimin umiduna qoyaq? Musavatın? Bədbəxt olarlar ki...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: fikret Haradan: baki
25.02.2010 15:27
Mavu koynek nece de yarashir yurdumun er oglanlarina...

Kimdən: sadik Haradan: baki
22.02.2010 11:19
Qushu gozunden vurursan,qardashim.

Kimdən: Qadir Haradan: Baki
11.02.2010 21:50
Kaş ki, Azərbaycan da azad (sözün bütün mənalarında) ölkələrdən olaydı. Sizin kimi SÖZ ZƏRGƏRLƏRİ istədiklərini yaza biləydi. Elə bir vaxtlar oxudugumuz ÇEŞMƏdə oldugu kimi!!!

Kimdən: Şahin
09.02.2010 13:30
Dilinizə qüvvət! Çox dərin məqalədir! Təşəkkürlər!