Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

İlham Əliyev özünü kral hesab etmir

İlham Əliyev

İlham Əliyev

06.02.2010
Azərbaycan prezidenti İlham Əliyev «Euronews» telekanalına müsahibə verib.

Müsahibənin qısa bir hissəsini təqdim edirik:

- Sizin ölkədə müsəlman dünyasında ilk demokratik respublika qurulub. Sonradan zorla SSRİ-nin tərkibinə qatılıb. Bəziləri deyirlər ki, Siz ölkənizi post-Sovet diktaturası kimi idarə edirsiniz. Onlara nə cavab verərdiniz?

- Bu cür ifadələr bizim üçün təhqiredicidir. Bəzən biz olduqca əsassız, qərəzli tənqidi hücumların hədəfi oluruq, ya beynəlxalq KİV-lərdə, ya da özlərini beynəlxalq hüquq müdafiəçiləri adlandıran qruplarda. Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etmək səyləri tam qəbuledilməzdir. Biz anlayırıq ki, Azərbaycanın əhəmiyyəti artdıqca, dünyanın hər yerindən Azərbaycana təsir etmək cədləri də çoxalacaq.

- Belə fikir var ki, Azərbaycanda müxalifət real siyasi şansdan məhrumdur və Siz rəqiblərinizin çoxunu sözdən məhrum edirsiniz.

- Burada son söz xalqındır... Azərbaycanda müxalifət zəifdirsə, bu, bizim günahımız deyil. Mən sizə Azərbaycanda müxalifətin niyə indi bu cür faciəvi vəziyyətdə olmasının səbəbini də deyə bilərəm: çünki, Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Böhranlı 2009-cu ildə bizim iqtisadiyyatımız 9.3 faiz, sənayemiz 8.6 faiz artıb, inflyasiya cəmi 1.5 faiz olub və valyuta ehtiyatlarımız 20.4 milyard dollara çatıb. Bu vəziyyətdə müxalifət nə verə bilər? Yalnız tənqid? Neyləyək, onlar onsuz da həmişə bununla məşğuldurlar və biz etiraz etmirik.

- Amma 2009-cu ilin martında konstitusiya referendumunda prezident müddətlərinin sayına qoyulan məhdudiyyət ləğv edildi. Siz həmişəlik hakimiyyətdə qalmaq istəyirsiniz?

- Bilirsiniz, bu, hansısa şəxsi səbəblərdən edilməyib. Belə praktika bir çox ölkələrdə var.

- Demokratik ölkələrdə yoxdur...

- Baxır harada... Məsələn, sözdə dövlət başçısı kraldırsa, baş nazir isə lap 5 dəfə seçilə bilirsə, bu, bizim vəziyyətdən kəskin fərqlənmir. Avropa ölkələrinə baxın, görəcəksiz ki...

- Siz təsadüfən özünüzü kral hesab etmirsiniz?

- Yox, yox... Mən özümü icraedici hakimiyyətinin başçısı sayıram, sizin ölkələrdə bu, Baş nazirdir, o, dəfələrlə seçilə bilər. Onda xalq niyə bu hüquqdan məhrum olmalıdır? Onların seçimi, seçim imkanı varsa...

- Həqiqətən də, varsa!

- ... Onda onlar istədikləri adamı seçə bilərlər. Azərbaycanda isə demokratik proses çox fəal keçir. Bir də ki, biz sizin ölkələrin daxili işlərinə qarışmırıq axı. Hərçənd, xoşumuza gəlməyən, etiraz edə və ya gülünc saya biləcəyimiz çoxlu şey var... Biz ki bunlar haqqında danışmırıq...

- Məsələn?

- Məhz biz heç nə demirik... və özümüzü olduqca nəzakətli aparırıq. Ölkənin daxili problemlərini, onun ənənələrini, onun tarixini, siyasi sistemi, onun xalqın liderlərinə münasibətini ölkənin xalqına həvalə etmək lazımdır, xalq həll etməlidir.

- Hə, amma Azərbaycan Avropa Şurasının üzvüdür...

- Kimsə demokratiya meyarlarından sui-istifadə edib öz məqsədlərinə çatmaq istəyirsə, biz buna yol verməyəcəyik!
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (10)
Kimdən: patriot Şəhər: bakidan
25.02.2010 01:56
bohrani nece aradan qaldirmaq olar ?

Kimdən: Eldar Şəhər: Rusiya
23.02.2010 03:58
Eh, nəyi qoyub nəyi axtarırsan. Avropa institutları müxalifətin qulağına nağıllar danışmaqla qoymur birləşməyə. Demokratiyanı satıblar neft və qaza. Məhz bütün bunları görən və yaxşı bilən, H. Əliyev tərəfindən yetərincə təlimat və dərs alan İ. Əliyev istədiyi addımı rahat atır, qərb və ABŞ- da istədikləri gəlirləri götürürlər. Arada bir demokratiya carçıları kimi sesleri cixir ki, biz varıq.

Kimdən: Lufthansa Şəhər: Baku
22.02.2010 14:52
Dokumental letife :

Korifey instrummental ifaçımızın dediklərindən :

"Bilirsiniz mən bu millətə nə vaxt "Allah rəhmət eləsin" dedim ? "Helliyoza" mahnısı çıxanda...bir məclisdə seygah ifa etdiyim yerdə bir məmur ifanı saxlayıb gözlərini yumub əlini göyə qaldırıb barmaqlarını titrədərək...helliyoozaaa helliyozaa...oxuyaraq mənə işarə etdi...düzü özümə və tituluma nifrət etdim...ama mənə də ***** deyərlər ifanı saxlayıb kamança və nizəsi ilə bu sifarişçiyə ədəbsiz işarə göstərib məclisi tərk etdim...sonra bu məmurun vəzifəsini biləndə millət haqqında düşünməyə başladım..."

Kimdən: 007 Şəhər: baki
22.02.2010 04:10
ay camaat bu avropalilarin dediklerine fikir vermeyin,onlar ancaq oz meqsedlerini gudurler,azerbaycan xalqi ancaq ozu oz maraqlarini qoruya biler

Kimdən: zohrabdan Şəhər: sumqayitdan
20.02.2010 15:01
Kimne deyir desin menim fikrim budu ki bu prezident xalqinin sahibi kimi ozunu gormek isteyirse.1-Ci novbede bu dovleti ozu idare etmelidi.bu xalqin belini qiran karrubsiyadi (yeni birbasha NAZIRLERIN HAMISINI DEYISHMEK LAZIMDI)biRDEKI MENINI BAQISHLAYIN ,bele birsoz var baliq bashindan iylener.O SOZUDE OZ UZERINDEN GOTURMELI.......
Cavab

Kimdən: Gerib vetendash Şəhər: Istanbul
22.02.2010 10:13
Tez ol qezebimden çixacak canim!
Xilaskar oğul ver Azerbaycanim!!

Kimdən: mamadov Şəhər: baki
17.02.2010 07:01
Axi bu nega bizim prezidentdir ki,xalg onu sechmiyib ay zalim!Bizim hayatimizi ogurlayirlar indi bu adamlar axi ay zalim!Na vaxta kimi bizim millat bela zaif olacag.Sizin xabariviz var ki dunya neft mafiyasi azarbaychan xalgini verib bu hakimiyyatin alina va deyib ki asas odur ki neft galsin,xalginla naedirsiz edin!Sanin va bizim dovlatimizi ogurlayib bizim galachayimizi dagidirlar!

Kimdən: EuroNyuz
16.02.2010 13:17
- Kimsə demokratiya meyarlarından sui-istifadə edib öz məqsədlərinə çatmaq istəyirsə, biz buna yol verməyəcəyik!

Bu cümləni diplomatik dildən tərcumə etsək belə alınır
"Qoca Avropa, əgər Azərbaycanda azad, demokratik seçkilərin keçiriləcəyinə ümid edirsizsə yanılırsız, biz buna yol verməyəcəyik".

Kimdən: Teymur
16.02.2010 12:18
Prezidentin KRAL olub olmamasindan sohbet getmir.Asas problem budur ki, etrafindakilarin KRALLIKI goz karsisinda olub az kala FARAON ovladlarinin (KISI DEYILENE LAYIK OLMAYAN ) emellerinide etsinler.
Hansi bir memurun ailesi ve usaklari veten deyib serhed bolgesinde yasaya bilir.Hepisi vezifelerde ve korkudan avropda gizlenirler.Ziya Memmedovun usaklari at oynadir Prezident susur, Orduda facie bas verir susur, neticede KRALLIK ister-istemez ozunu tesdik edir.
Nece deyirler:HUNERSIZ MILLETIN YURDU GUNESSIZ BIR KARANLIKDIR.Meselenin mahiyyeti budur.

Kimdən: Vetendaş Şəhər: Dünyadan
16.02.2010 08:42
Gırx ildir her şey saxtalaşdırılır axırı ne oldu saxta prezident bize xalgın adamı lazımdı.

Kimdən: Niyaz Şəhər: Baki
16.02.2010 02:59
Seni Allah güldürsün ay Murad!
Men de ele nece vaxtdi onu fikirleshirem. Nece ildi bu prezidentimiz her il deyir ki, ne bilim bu il 400 min, 600 min, 500 min teze ish yerleri acilib. Men hesablayiram, bu hesabla bu hakimiyyetin dövründe bir nece milyon teze ish yerleri acilib, hele ne gederi de evvelki prezidentlerimizin vaxtindan variydi. Bele hesabla her bir azerbaycan vetandashina iki ish yeri düshür, amma men hele birini tapa bilmemishem. Bimirem bu ish yerleri hara yoxa cixirlar. Bizim bextimiz eledi, elimizi neye atirig yoxa cixir.
    Növbəti 
Səhifə (10)