Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / İşdən sonra

İsa Qəmbər: «Diktator olmaq göründüyü qədər çətin deyil...»

08.02.2010

Proqramın birinci saatında, efirdə Müsavat Partiyasının başqanı İsa Qəmbər aparıcı Xədicə İsmayılovanın və dinləyicilərinin suallarına cavab verdi. Söhbətə tam olaraq səs yazısında qulaq asmaq, xüsusi əlavədə onun tam mətni ilə tanış olmaq mümkündür

Mövzu: PARLAMENT SEÇKİLƏRİNƏ KİM NECƏ HAZIRLAŞIR?

Studiyada Müsavat Partiyasının başqanı İsa Qəmbər, aparıcı Xədicə İsmayılova

Efirdə olan söhbətdən bir parça:

Xədicə İsmayılova:  Amma bu sualları verərkən, bu iddiaları ortaya qoyarkən, həm də əmin olmaq lazımdır ki, siz olsaydınız başqa cür olardı, siz olsaydınız daha yaxşısını edərdiniz, belə əminlik varmı?

 

İsa Qəmbər: Təbii. Ən yaxşısı o olardı ki 93- cü ildə İlham Əliyevin atası hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməyəydi, Azərbaycanda demokratik hakimiyyət davam edəydi.

 

Əgər Azərbaycanda demokratik hərəkat davam etsəydi Azərbaycan çoxdan Qarabağ məsələsini də həll etmişdi, infrastruktur məsələləri də həllini tapmışdı və Azərbaycan tamamilə normal ölkəyə çevrilmişdi.

 

Xədicə İsmayılova: Amma sizə də irad tuta bilərlər ki sizin AXC ilə birlikdə hakimiyyətdə olduğunuz dövr heç də yolların təmizliyi, çörək növbələrinin olmaması ilə yadda qalmayıb. Yəni problemlər o vaxt da var idi.

 

İsa Qəmbər:  Mən bilmirdim ki, AzadlıqRadiosunun əməkdaşları da Əliyev rejiminin uydurduqları əfsanələrə inanmağa başlayıblar. Bizim bir illik hakimiyyət dövrümüzdə yenicə çökmüş iqtisadiyyata sahib olan, müharibə aparan bir rejim olaraq bir ildə görülən bütün müsbət işlərin səviyyəsi də, keyfiyyəti də Əliyev rejiminin 17 illik fəaliyyətindən qat-qat yüksəkdə dayanır. Hesab edirəm ki o dövrü yaşamayan gənclər, yenuyetmələr, qərəzli insanlar AXC hakimiyyəti dövrünə bu cür qərəzli qiymət verə bilərlər.

 

Xədicə İsmayılova: Siz yenə bir balaca tənqid eşidən kimi bütün bunları uydurma adlandırırsınız. Bəlkə nə vaxtsa səhvləri etiraf etmək lazımdır?

 

İsa Qəmbər: Səhvlər olur. İş olan yerdə, səhv də olur. Amma bizim bir illik hakimiyyətdən 17 il keçəndən sonra yenə də indiki rejim, indiki hakimiyyət özünün həll edə bilmədiyi problemləri bizim boynumuza atmağa çalışanda və bəzən kimlərsə buna rəvac verəndə, təbii ki, bu bir balaca qəribə görünür.

 

Xədicə İsmayılova: Mən bilmirəm, kim kimə rəvac verir, amma hər halda mənim kifayət qədər yaşım var ki o vaxt durduğum çörək növbələrini xatırlayam.

 

İsa Qəmbər: Yaxşı iş görməyiblər sizin kimi xanımı çörək növbəsinə göndərməkdə, amma mənə elə gəlir ki siz şişirdirsiniz.

 

Xədicə İsmayılova: Sizə elə gəlir ki, biz şişirdirik?

 

İsa Qəmbər: Amma yenə də seçin, Elçibəy hakimiyyəti və İlham Əliyev, Heydər Əliyev hakimiyyəti. Hansı sizə xoş gəlirsə onu seçə bilərsiniz. Bu sizin ixtiyarınızdadır.

 

Xədicə İsmayılova:  Amma söhbət şəxsən mənim seçimimdən getmir.

 

İsa Qəmbər:  Həm də sizin seçimininizdən gedir. Bizim hakimiyyətə kölgə atmaqla siz indiki hakimiyyətin işinə rəvac vermiş olursunuz.

 

Xədicə İsmayılova: Niyə siz hökmən müqayisədə yaxşı olduğunuzu sübut etmək istəyirsiniz. Sadəcə yaxşı olmaq olmazmı?

 

İsa Qəmbər: Müqayisəni siz başladınız. Mən Əliyev dövrünü tənqiddən başladım siz isə müqayisəyə gətirdiniz. Odur ki müqayisəni mən başlamadım.

 

Xədicə İsmayılova: Sadəcə demək istədim ki, əminsinizmi ki daha fərqli olardınız?

 

İsa Qəmbər: Əminəm, və əslinə qalsa qərəzsiz insanların hamısı da bilirlər ki, Azərbaycanda demokratik proses davam etsəydi Azərbaycanda vəziyyət indikindən qat-qat yaxşı olardı və köklü problemlər də həll  olardı.

 

Xədicə İsmayılova: Kimlər qərəzlidir, kimlər qərəzli deyil - bunu necə müəyyənləşdirirsiniz? Sizə tənqid tuşlayan insanları qərəzli adlandırırsınız, yoxsa başqa meyarlar da var?

 

İsa Qəmbər:  Müxtəlif meyarlar var, ən önəmli meyar siyasi maraqların olmamasıdır. Siyasi maraqları olmayan insanlar təbii ki, bir qayda olaraq məsələyə daha obyektiv yanaşırlar və obyektiv qiymət verirlər.

(Söhbətin tam mətnini burada oxu və ya aşağıdakı səs fayllarında dinlə)






 
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (5)
Kimdən: Anonymous
27.02.2010 09:29
Azerbaycanin oz Saakashvilisi hakimiyyete gelmeyince bu ozbashinaliqlar davam edecek, xalq mehv olmaga dogru gedecekdir. Halva-halva demekle agiz shirin olmur/

Kimdən: ilham Şəhər: baki
24.02.2010 19:52
mən başa düşə bilmirəm eee!!!??? niyə mənim şərhlərimi vermirsiniz?

Kimdən: Nergiz
24.02.2010 17:14
Isa bey, chox xahish edirik Musavatin bashqanligindan getmetin! Bice umudumuz sizsiniz!

Kimdən: Banucicek Şəhər: Baki
23.02.2010 15:28
Isa beyin hakimiyyete geleceyi teqdirde, veziyyet ne qeder pis olacaqsa bele her halda indikinden qat-qat yaxsi olacaq. Yeni Azerbaycanda bundan da pis veziyyetin olacagini tesevvur etmirem.
Isa bey, siz mene her zaman enerji verirsiz. Sizi her zaman ve her seraitde desteklediyimizden emin olun

Kimdən: Alikden Şəhər: qazax
21.02.2010 04:18
Normal myxalifet olmadiqca,diktatura qalacaq

Kimdən: SAHIN Şəhər: AZERBAYCANA
20.02.2010 22:29
ILHAM ELIYEV GETSE HER SEY YAXSI OLAR

Kimdən: SADE VETENDASDAN Şəhər: BAKIYA
20.02.2010 22:25
BUTUN MILLET BILIRKI BU DEYQE YAP IN 90 % I VEZIFESINE GORE ORA UZV OLUB.SEXSEN MENIM QOHUMUM VEZIFEDE DI DEYE BUTUN QOHUM EQRABA ONUN DERDEINDEN YAPA UZV OLUB KI ISDEN CIXARTMASINLAR. BU DANILMAZ FAKTI. INSALLAH HAKIMIYET DEYİSHER BIZDE RAHAT VE FIRAVAN HEYAT TERZI YASAYARIQ

Kimdən: BAKIDAN Şəhər: AZERIDEN
20.02.2010 22:22
HORMETLI ISA BEY.SIZ EN YAXSI SI ELE BASQAN OLARAQ QALIN.O KI QALDI BU DIKTATURA REJIMINE INSALLAH O BITECEK.ALLAH QOYSA MONARXIYA NIN SONU OLACAQ.ILHAM ELIYEVDE ISTEFA VERIB AZERBAYCANDAN QACACAQ!!!COX SAQ OLUN

Kimdən: Rufat Şəhər: baki
13.02.2010 03:25
Orda bir nefer de gencelinin burnu qanamamisdi. olen azerbaycan milli qvardiyasinin eskerleri olmusdu. Dovlete qarsi yonelmis qeyri qanuni qiyami yatirarken sehid olmusdu o qardaslarimiz. Allah onlara rehmet elesin. heyder bakida teslim olub ag bayraq qaldirmalarina baxmayaraq omonculari gulle-baran etmisdi.

Kimdən: Turgut Şəhər: Baki
12.02.2010 00:17
Mene ele gelir ki, eger Isa Qemberin 1 illik hakiiyyeti dovrunde DINde adam ogurlayan qrup olsaydi, prezident igametgahi tikmek uchun minlerle adami evinden kochurseydiler, nazilerin heresi iqtisadiyyatin bir sahesini inhisara alsaydi, jurnalistin agzindan gulle vurub oldurseydiler...indi onu boyuk siyasetci sayardilar. Belede ise, dogrudan da fersiz siyasetcidi - onlarin vaxtinda hetta Bash nazir yataqxanada yashayirdi.
    Növbəti 
Səhifə (5)