Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Azərbaycan müxalifəti güclüdür, yoxsa zəif?

Müsavat Partiyasının etiraz aksiyası, 18 mart 2007

Müsavat Partiyasının etiraz aksiyası, 18 mart 2007

08.02.2010
Ölkə prezidenti İlham Əliyev hesab edir ki, müxalifət zəifdir. O, Euronews TV-yə müsahibəsində Azərbaycanda müxalifətin zəif olmasının səbəblərini xalqın getdikcə yaxşı yaşamasıyla əlaqələndirib:

«ONLAR ONSUZ DA HƏMİŞƏ BUNUNLA MƏŞĞULDURLAR»

«Azərbaycanda müxalifət zəifdirsə, bu, bizim günahımız deyil. Mən sizə Azərbaycanda müxalifətin niyə indi bu cür faciəvi vəziyyətdə olmasının səbəbini də deyə bilərəm. Çünki Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır. Böhranlı 2009-cu ildə bizim iqtisadiyyatımız 9.3 faiz, sənayemiz 8.6 faiz artıb, inflyasiya cəmi 1.5 faiz olub və valyuta ehtiyatlarımız 20.4 milyard dollara çatıb. Bu vəziyyətdə müxalifət nə verə bilər? Yalnız tənqid? Neyləyək, onlar onsuz da həmişə bununla məşğuldurlar və biz etiraz etmirik».

«İLHAM ƏLİYEV ÖZÜ YAXŞI BİLİR»

Amma prezidentin müxalifəti «zəif» adlandırması bu cəbhədə narazılıq yaradıb. Müxalif düşərgədə deyirlər ki, onlar iqtisadi inkişafa görə yox, ölkədəki antidemokratik vəziyyətə görə zəifdirlər.

Əli Kərimli
AXCP sədri Əli Kərimli öz bloqunda İlham Əliyevə açıq məktub ünvanlayıb. O müxalifətin zəifliyinin səbəbləri ilə bağlı səslənən fikirləri tam absurd sayır:

«Absurd fikirdir. Məgər ölkədə iqtisadi vəziyyət yaxşı olanda müxalifət olmur ki? Dünyanın bir nömrəli iqtisadi gücü ABŞ deyil? Orda bir il bundan qabaq hökuməti dəyişdilər. Necə olur ki, Azərbaycandan 10-15 dəfə yaxşı yaşayan ölkələrdə güclü müxalifət olur, amma Azərbaycanda olmur. Əlbəttə, bu, heç bir tənqidə davam gətirməyən tezisdir».

Əli Kərimli deyir ki, İlham Əliyev özü yaxşı bilir, hakimiyyət nələrin hesabına müxalifəti indiki vəziyyətə gətirib çıxarıb:

«Mitinqləri qadağan eləməklə, mitinqə çıxanların üzərinə daxili qoşunları, çevik polis alayını göndərməklə, rayonlarda seçicilərlə görüşlərin qarşısını almaqla, televiziyaları müxalifətin üzünə bağlamaqla, mətbuatı əzib məhv etməklə, siyasi fəalları, gənc fəalları şərləmə üsulları ilə repressiyaya məruz qoymaqla, partiyaları qərargahlarından məhrum etməklə, hətta müxalifət partiyasının liderinə pasport verməməklə müxalifətin fəaliyyət imkanlarını məhdudlaşdırıblar. Elə bu səbəbdən də müxalifət sərbəst fəaliyyət göstərə bilmir. Bunu bütün dünya bilir. Əslində, jurnalistin verdiyi sualdan da aydın oldu ki, bütün dünya Azərbaycandakı post-sovet diktatura rejiminin olduğundan xəbərdardır. Bütün dünya müxalifətin fəaliyyət göstərmək, danışmaq imkanının zorla
Sərdar Cəlaloğlu
əlindən alındığından xəbərdardır».

«MÜXALİFƏTİN ZƏİFLİYİ HƏM DƏ DEMOKRATİYANIN ZƏİFLİYİDİR»

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, İlham Əliyev ölkədə müxalifətin zəif olduğunu deməklə əslində Azərbaycanda demokratiyanın zəifliyini etiraf edib. Onun sözlərinə görə, müxalifətin zəifliyi ölkədə ictimai gücün bərabərsizliyi ilə bağlıdır:

«İndi faktiki olaraq Azərbaycanda totalitarizm hökm sürür və bütün güc hakimiyyətin əlindədir. Elə bu baxımdan da müxalifət gücsüz görünür».

Sərdar Cəlaloğluna görə, bu gün dünyanın ən antidemokratik ölkələrində müxalifət çox zəifdir, ya da heç yoxdur, amma əhalinin yüksək səviyyədə yaşadığı Amerika, Avropada müxalifət demək olar ki, iqtidarla bərabər gücdədir.

Sərdar Cəlaloğlu sual edir ki, hamının yaxşı yaşadığı ölkədə müxalifət niyə zəif olmalıdır?

«Əgər ölkədə doğrudan da əhali yaxşı yaşayırsa, onda niyə müxalifət zəif olmalıdır, elə onda müxalifət də güclü olmalıdır. Mənim başım çıxmır, yaxşı
İlqar Məmmədov
yaşamaqla müxalifətçiliyin nə əlaqəsi var axı?».

HƏYATIN KEYFİYYƏTİ TƏKCƏ NEFT PULLARI HESABINA VARLANMAQ DEYİL

Respublikaçı Alternativ (REAL) vətəndaş birliyinin həmtəsisçisi İlqar Məmmədova görə, həyatın keyfiyyəti təkcə neft pullarının xərclənməsilə ölçülməməlidir. O, həyatın keyfiyyətini təyin edən xeyli amillərin olduğunu deyir:

«O, həyatın keyfiyyətini təyin edən xeyli amillərin olduğunu deyir. Söhbət neft pulları hesabına varlanmaqdan gedirsə, bu heç də Azərbaycanda həyat keyfiyyətlərini təsvir eləmir. Bu baxımdan İlham Əliyevin bir prezident kimi həyat keyfiyyəti haqda təsəvvürləri tam yanlışdır».

İlqar Məmmədova görə, ölkədə müxalifətin zəif olması daha çox repressiv ab-hava ilə bağlıdır, nəinki İlham Əliyevin dediyi iqtisadi inkişafla.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Aynur
15.02.2010 02:00
Hemid, siz bilen azerbaycan xalqi bele vecsiz bir milletdir ki icherisinden bir nefer de olsun olkeni indiki iqtidardan yaxshi idare ede bilecek birisi chixa bilmez?
Sizin deyesen Gurcustandan xeberiniz yosdur. Men shexsen gurculeri shansli bir millet sayiram. Bele getse, (ruslar qoysa) onlar tez de olmasa, avropa olkeleri seviyyesine chatacaqlar.Biz ise hele ki geri qayidiriq, orta esrlere .

Kimdən: Hemid Şəhər: Gence
14.02.2010 21:12
Muxalifet seriştesizdir!!Yəni idarəçilikdən xəbəri belə yoxdur!!Əgər dövləti idarə etmə qabiliyyəti olsaydi hakimiyyəti nə üçün tarelkada indiki iktidara bəxş etdi?Xalq da bunu yaxşı bilir və ona görədə onun arxasınca getməyin mənasız oldugunu bilir!!Səriştəsiz müxalifət iktidara gələndə daima millətin başına çox zülümlər gəlibdir!Bunu Robespyer və Lenin sübut etdilər!!Elə qonşumuzdakı Qamsaxurdiyanı və ya Saakaşvilini götürək! Bu səriştəsizlər Gürcüstanı nə günə saldılar yaxşı bilirik! Düzdür Sem dayi Saakaşvilinin rejimini tam dəstəkləiyindən o hələdə hakimiyyətdədir!Səriştəsiz Yuşenko və Timoşenko da ukraynani korrupsiya girdabına soxdular.Amma Pribaltikalılar gərbdən gələn səriştəli adamları hakimiyyətə gətirdilər və görün necədə inkişaf etdilər!!Əgər bu gün azərbaycanda xalq biləki dövləti indiki iktidardan hec olmasa 1 faiz yaxşı idarə edə bilən müxalifət var sizi inandırıramki indiki iktidar hec 3 ay hakimiyyətdə qala bilməz! Nə varki belə bir müxalifət yoxdur!!

Kimdən: Narazi
10.02.2010 01:46
Brezdentimiz demek isteyib ki, xalq ne isteyir - her il pensiya qalxir, budce daxilolmalari artir, park tikilir, mekteb remont olunur vessalam. Yani bir tike coreyinizi yeyin dilivi dinmez yere qoyun!!! Ve heqiqeten de camaat bir tike coreyin esirine cevrilib. CEVİRİBLER...ALLAH BELANİ VERSİN, FİRST MAN

Kimdən: mehi Şəhər: baki
09.02.2010 23:47
Əlbəttə ki basının ustundə bizi kimi ilham əliyevində dubinka olsaydı körərdik neçə danısardı 3 ton gızıl yeyən öz keyfində birbulka oğurlayan 10 il gazamatda əsil demokratiya bax budur.

Kimdən: İlham Məmmədli Şəhər: Sumqayıt
09.02.2010 23:00
Müxalifətin zəif olması üçün "analoqu olmayan" üsullarla mübarizə aparan bir şəxsin belə danışması yumşaq desək eyiblidir.
Bu müxalifət zəifdirsə siz güclü olaraq onları KİV-lərə buraxın.30%lik
demokratik sayilan bir seçki keçirdin.Müxalifətin kütləvi tədbirlər keçirməsinə mane olmayın.Qoyun bu xalq müxalifətin "zəifliyinin"
şahidi olsun .Nədən qorxursunuz? siz axı güclüsünüz.
Bu qədər problemləri olan ölkədə güclü müxalifətin yoxluğuna inanmaq
üçün həddən-ziyadə avam olmaq lazımdır.Bu haqda ,hətta, çox eyibləri olan avropalılara belə danişmaq inandırmaq üçün ən azından uğursuz bir cəhddir.

Kimdən: Naıle Şəhər: Bakı
09.02.2010 22:27
Azerbaycanda muxalifet ona gore zeifdir ki, ehalinin ekseriyyetini siyaset, siyasi- iqtisadiyyat,iqtisadi- siyaset ve sonda iqtisadiyyat maraqlandirmir.Demokratiya bu deyerleri maraqlanan cemiyyetlerde guclu olur.Mene ele gelir ki, cemiyyetimizin siyasi savadi yox seviyyesindedir.

Kimdən: Qubadli Şəhər: Qubadli
09.02.2010 21:27
AzerbayCanimizin cox aedimlere dayanan moderin ve olduqca guclu muxalifet partiyasi ve bashqani vardir - M U S A V A T - Isa Bey!

O mutleq qalib gelecekdir, Allahin yardimi ile !

Sayqilar!

Kimdən: ali Şəhər: moskva
09.02.2010 21:02
yeqin I.Eliyev muxalifeti pul сehetden zeyif sayir

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
09.02.2010 16:31
Neft-qaz quyularinin bir addimliginda tezekle ev qizdiran,cay ve xoreklerini bu istilikde qaynadib -bishiren vetendashlarimiz Ilham Eliyevin bu cixishindan sonra,ellikce YAP-a yazilmaga qerar vermishler.

Kimdən: Musavatcidan Şəhər: Agdamdan
09.02.2010 16:24
Ilham Aliyevin cavabini, 70-ci illerdeki kolxoz sedrlerinin cixixishina benzetmek olar.Bu nece tefekkurdur,hansi esrde yashyiriq.Butun dunya baxdi,"tarixi sual cavaba".Azerbaycan muxalifetini zeyif sayan ve yashyish seviyyesinin"yuksek"olmasi ile baglayan Ilham Aliyevden Qarabag gozlemek,en azi ozun-ozunu aldatmaga benzeyir.Cox teessuf edirem itirilmish bu illere.Yaziqlar olsun.
    Növbəti 
Səhifə (2)