Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / Can Bakı

Bakını necə xilas edək? Sözünüz varsa canlı efirə (12-13:00) qoşulun!

09.02.2010
Fevralın 10-da, saat 12-də AzadlıqRadiosunun «Can Bakı» proqramının canlı efirində bu mövzularda müzakirələr olacaq:

Birinci yarım saatda: Bakını necə xilas edək?

Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsi Bakıda tarix-mədəniyyət abidələrinin qorunması, bərpası və istifadəsi sahələrində son illərdə böhran vəziyyətinə çatmış əlverişsiz şəraitdən çıxmaq istiqamətində birgə hökumət fəaliyyəti əsaslarının təşkili üçün Təkliflər Paketi layihəsini hazırlayıb. Komitənin əlaqələndiricisi Aytəkin İmranova və «İçərişəhər» Qoruq İdarəsinin təmsilçisi qonağımız olacaq.

İkinci yarım saatda: Bakı Kiyevdən hansı seçki dərsi ala bilər?

Ukraynada keçirilən builki prezident seçkilərində müşahidəçi kimi iştirak edən Media Hüquqları Mərkəzi İB-nin rəhbəri Mətanət Müslümqızı və seçkini Bakıdan müşahidə edən «Zerkalo» qəzetinin müxbiri Ceyran Bayramova təəssüratlarını bizimlə bölüşəcək.

SMS-ləri bu nömrəyə göndərin: 050/744-10-17
Saat 12-dən 13-dək 436-77-41 saylı telefonlara zəng vurmaqla və efir@azadliqradiosu.az elektron ünvanına məktub yazmaqla müzakirəmizə qoşula da bilərsiniz.

Fevralın 10-da saat 12-dən 13-ə qədər canlı efirdən «Can Bakı» söyləyək!
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: M Şəhər: Baki
10.02.2010 13:03
1. Olmazmı, birdəfəlik xilasetməyə sərf olunan pulları kəsəsiniz!?
Onsuz da bu ölkə içərisi çürümüş palıd ağacına bənzəyir. Yan yörəsinə nə qədər çör-çöp söykəsəniz də ayaq üstə durmağa taqəti qalmayıb. Sonradan köküüstə pöhrən cıxaması ümidiylə, buraxın yıxılsin!
Bu zaman bəlkə içəridəki parazit qurdlar da çıxıb qonşu ağaclara yerləşərlər.

2. Bakinin özü Amerikaya bele seçki dərsi vermək iqtidarindadir, o ki, qaldı Ukrayna.

Kimdən: Moshu Şəhər: Goyezen
10.02.2010 09:38
Yeqin ki, yeni teklifler paketinde Qiz qalasinin, Qosha qala divarlarinin, Shirvanshahlar sarayinin sokulmesi teklif olunacaq.Axi onlarin hamisi "qeza" veziyyetindedir.
Niye bu insanlar Qiz qalasinin yanindaki tarixi binanin sokulmesine bu qeder etinasiz munasibet gosterdiler??Niye binani sokulmesi erefesinde Aytekin xanimi, Rahib Azerini, UNESCO-nun xosh meramli sefirini ve diger cavabdeh shexsleri gormedik??Niye indiye kimi binanin heqiqetende qezali olmasini gosterecek hech bir sened ve ya achiqlama verilmedi?Insan omru cox qisadir, fikirleshdiyinizdende amma Bakinin omrunu uzatmaq olardi.
Hacibala sindirdi Bakinin ureyini,kusdurdu Bakini bizden.Hami sizin kimi dushunseydi ne var idi ki, Sevda xanim....Teki dushuneydi..
Cavab

Kimdən: azerinden Şəhər: Ele Bakinin ozunden
10.02.2010 18:03
Sagol Moshu,YASHA!Sen Bakinin ve Insanlarinin XOSHBAXTLIGINA qafiye tapa bildin,ya tapa bilmeyeceksen?
Gozumuzu cekek-Moshu???

Kimdən: Musteqil Şəhər: Baki
10.02.2010 05:56
Baki Kievden hansi secki dersi ala biler? Azerbaycan Ukraynadan hansi secki dersi ala biler?

Kimdən: musteqil Şəhər: Baki
10.02.2010 05:52
Bu mövzunu bele daha duzgun olar adlandirmaq."Azerbaycani tarixi abidelerini nece qoruyub saxlamaq olar?"Cunku tarixi abideler yalniz Bakida yok, butun Azerbaycanda var. Men fikirimce Bakiya ne olmush onu xilas edeceyik.Men internetde bir Azerbaycan qadinina rast geldim yazmish, mi" Bakinski naci"Men ona öz iradimida bildirdim ki,Baki milleti yok,Bakililar var.Baki milleti yok Azerbaycan milleti var.Ona görede men burda öz fikirimi bildirmek istedim.

Kimdən: abdulla Şəhər: moskvadan
09.02.2010 22:57
Salam Can Baki!
Can Baki men deyirem,Bakinin oz ruhu var ve biz O ruhu sevirik o bunlarin hamisisni,hem satanlari,hem sonra Bakini alver menteqesine chevirib,grand alanlari chezalandiracaq!
Can deyirem-sokulub,sokulur ve sokulecek,bunlar Aytekin ve digerlerinin pul gazanmasidir.Eger bir ish gorse onda eksini deyerem.
Qiz Qalasinin yanindaki,Neftchiler prospektinde diger binalari sokenede ne etdi bu xanim ve ona kim qulaq asdi ki?Proyetk-grand,olmasa
elino operem xanimin-chetin...

Kimdən: azerinden Şəhər: Ele Bakinin ozunden
09.02.2010 22:49
Menim sualim Icheri Sheher "Qorugu"nadir.Rahib Azeri sizin metbuatla elaqelerde chalishir.Eziz Rahib indi ne edirsen,Baki uchun,qabaq hech olmasa naraziliqni bildirirdin,vezife alandan sonra deyesen o azadligin da elinden alinib.
Eger rahib olmasa diger numayendeye-siz ne edirsiz,butun gunu chay ichmekden bashqa,ishiniz neden ibaretdir,Icheri Sheher yoxdur ee yatmisizza oyanin!Deueceksiz biz ishleyirik-nece?Onda siz sokursuz?
Eger yox sokmursuzse bes nece qoruyursunuz ki,qoruya bilmirsiz,onda adinizi deyishin.Siz qoruq yox-yatan idaresiz,ele bele ...
Isteyirsiz inciyin,amma bu beledir,ozunuzde bilirsiz.
Amma demeyin -axi men ne edim AGABALA!

Kimdən: Müəllim Şəhər: BazaraÇevrilmişÖlkə
09.02.2010 17:04
Bakını (əslində bütün Azərbaycanı!) xilas etməyin bircə yolu var: bu xalqı sevməyən, Azərbaycana yalnız varlanmaq vasitəsi kimi baxan hakimiyyətdən, onun qeyri-peşəkar (Abutalıbov kimi) kadrlarından yaxa qurtarmaq.

Kimdən: Fuad Aziz Şəhər: UAE (Abu Dhabi)
09.02.2010 16:36
Gec deyil??
Cavab

Kimdən: Mirze Şəhər: O dunyadan
10.02.2010 11:39
Mence hec ermeni aviasiyasi Bakini bele berbad gune sala bilmezdi. Baki Beyruta benzeyir. Vaxtile deyirdiler ki, dushmenlerimiz Bakini Beyruta cevirmek isteyir.

Kimdən: azerinden Şəhər: Ele Bakinin ozunden
09.02.2010 16:09
Salam Hormetli Azadliq!
Evvela tarixi binalari hansi idare sokur?
Neyin esasinda bu gerara gelir?
Sokmemek uchun ne olunur,hansi ishler gorurler ki,bu entiq binalar her zaman yashasin?
Sonuncu defe ne zaman bu binalarda esasli restavratsiya ishleri aparilib?
Kimin terefinden,hansi seviyyede,ne geder vesait goyulub restavratsiya zamani?
Bu ishlerin muhensid-meslehetchisi kim olub?
Ve indi,sokerken gerari kim-neyin esasinda verir bu gerari?
Bu qerarin ciddi olmasini bu binalarin varisi olan xalaqi,binanin dogurdanda sokulmeli,restavre olunmasinin mumkun olmadinigoni xalqa izah edilmielidir,bu sahede butun shikayetler ciddi arashdilirmalidir.Xalg ichinden her hansi bir mutexessisin fikri nezere alinmalidir.
Baki camaati arasindan hormetli insanlar sechilmeli,onlar agsaggal kimi komissiya yaradarag,bu saheni nezaret altinda saxlamalidirlar.Bu insanlar-ne taninmish,mustegil olmadirlar.Fikrimce onlar bu binalari tiken rehmetlikllerin neveleri,gohumlarida olmasi daha yaxshi effekt vere biler,chunki her bir insani almag olar,amma bu tebege hem ozune hem de babalarinin tikdirdiyine urek yandirarag yanashagaqlar.
Bakinin mudafiyesi uchun komite yaranmalidir.
Amma incimeyin,men Aytekin xanima bir soz demek isteyirem.Men sizinle bir metbuat konfransinda iidim,iki il bundana gabag.Bir binanin heyatinin tehluke altinda olmasinin xeberini vermek uchun size yaxinlashdim.Siz meni xala xetrin xalmasin dinlediz,sonrada gorum yer galsa yazaram,chox hevessiz dinlediz,sanki sokulur sokulsunde,bunu deyirdiz.Bu menim boyuk teecebume sebeb oldu.Mem Novelle xanima yaxinlasharag "axi siz deyirsiz danishin deyin,gerek susmayaq"-deyirsiz.Men Aytekin xanima yaxinlashiram,deyir ne menasi,bunu yazmagin,hemde o raportda yer yoxdur,-cvab verirsiz.Daha bizi ora niye yigirdiz-Aytekin x?Nezerinize chatdirim ki hemin bina sokuldu.
Men oz fikirlerimi yazdim,amma bilmirem sir konkret ish gorursuz,yoxsa buda bir grand meselesi uchun atilan addimdir.Incimeyin,chunki inciyen yene Baki olur,o uduzur,siz ise qazanirsiz.Indi gorek yene bish danishiglardir yoxsa ne!