Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Rubrikalar / Kriminal

«Rusiyaya qarşı döyüşmək təklif olunanda əlüstü razılıq verdim»

Kabardin-Balkarda hərbi əməliyyat, 17 oktyabr 2005

Kabardin-Balkarda hərbi əməliyyat, 17 oktyabr 2005

10.02.2010
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşının məhkəməsi davam edir. Məhkəmə iclasına hakim Azər Orucov sədrlik edir.

Fevralın 10-da prosesdə təqsirləndirilən şəxs qismində Emin Cami ifadə verib. O, azərbaycanlıların Rusiya Silahlı Qüvvələrinə qarşı Şimalı Qafqazda aparılan hərbi əməliyyatlarda hərbi birləşmələr tərkibində döyüşmələrinə haqq qazandırıb:

«Rusiyaya qarşı döyüşmək təklif olunanda əlüstü razılıq verdim».

Prosesdə digər təqsirləndirilən şəxs Zeynal Əkbərov yalnız oğurluq ittihamını qəbul edib:

«O biri ittihamlarla barışmıram, mən heç bir silahlı birləşmədə olmamışam, həmin ittihamlar saxtadır».

Təqsirləndirilən şəxs Mahir Abdullayev də qanunsuz silahlı birləşmələrdə iştirak ittihamını rədd edib. O, məhkəmənin nəzərinə çatdırıb ki, ibtidai istintaq zamanı işgəncələrə məruz qalıb.

Təqsirləndirilən Bəxtiyar Mustafayev isə ifadəsində göstərib ki, Bakıdakı xəstəxanalardan birində həkim işləyib. Heç bir qanunsuz silahlı birləşmədə olmayıb və onu dəstə üzvlərindən biri ilə əlaqəsinə görə həbs ediblər.

Məhkəmə prosesi fevralın 23-də davam etdiriləcək.

Hazırda mühakimə olunan 31 nəfər «Abdulla» ləqəbli Azər Misirxanovun rəhbərliyi ilə yaradılmış qanunsuz silahlı birləşmələr tərkibində Çeçenistanda rus ordusuna qarşı döyüşməkdə, Azərbaycanda neft kəmərini partlatmağa cəhddə, qanunsuz silah-sursat və narkotik maddələr əldə edib saxlamaqda təqsirləndirilirlər.

2009-cu ilin sentyabrında Azər Misirxanovun Əfqanıstanda öldürüldüyü barədə yerli KİV-də məlumat yayılıb.
Bu forum dayandırılıb
     
İsmarışlar
Heç bir ismarış yoxdur. Birinci sən yaz