Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:12

Bloqlar / Elxan Nəsibli

Koelyo və Azərbaycan nağılı

Elxan Nəsibli
x
Elxan Nəsibli
Şriftin ölçüsünü dəyiş - +
Bir kişi səhər durur ki, “gecə yuxu görmüşəm, gedirəm yuxumu axtarmağa”.

Yolda bir çoban ona deyir ki, “gəl, yuxunu sat mənə”.

Yuxuya bir sürü qoyun verən çoban həmin yuxunun dalınca özü gedir və sonda yuxunu tapır.

Bu, Azərbaycan nağılıdır...

Braziliya yazıçısı Paulo Koelyodan soruşmağa imkan olsaydı, soruşardıq ki, o özünün ən məşhur kitabını - 150 ölkədə 67 milyon tirajla çıxan “Kimyagər” romanını yazanda bizim bu nağılı bilirdimi?

Çünki ideya eynidir, fərq bircə sonluqdadır.

Paulo Koelyo
Kitabı danışmaq istəmirəm, ləzzəti qaçar, ancaq “Kimyagər”də yuxusunu Misirdə tapan ispan çobana bir yerli misirli deyir ki, “...yuxuya da inanarlar? Mən də yuxuda görmüşdüm ki, İspaniyada...”

Həmin ispan o saat başa düşür ki, axtardığı hardadır.

Ancaq bunu başa düşmək üçün yuxunun dalınca İspaniyadan Misirə getmək lazım idi.

-Bu, Koelyonun fəlsəfəsidir.

Ürəyinə damdısa, dalınca get....

Yolda eşidib, təsadüfi saydığın sözləri sənə insanların dili ilə kainat deyir....

Yolda təsadüfi görünən hadisələr sənin üçün yol işarələridir... Onları yoluna kainat düzüb...

Ürəyinə qulaq as, addım at, bütün kainat sənə kömək edəcək...
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anonymous Haradan: Baki
25.02.2010 21:18
Melum oldugu kimi xalqimizin adet enenelerine islam dinin tesiri boyukdur..ve buna gore de islamin bizim nagillarimiza da tesiri danilmaz faktir..P.Koelin eserini ozuyanda da islamin boyuk tesiri hiss olunur..ona gore de menalarin yaxinligi ele de teeccub dogurmur

Kimdən: Nemesida Haradan: Baki
11.02.2010 20:17
1001 gecə nağıllarında da var bu süjet.

Kimdən: Bakidan
11.02.2010 14:31
Elxan muellim 2001 il Tumen sheherinde olanda bir tanish qiz mene bele bir sual vermishdi:
"P.Koelyo'nun 'Kimyager' eserini oxumusan? dedim: xeyr, oxumamisham hec oxumagda fikrim yoxdur..ama qiz dedi: orda bele bir yazi var- eger arzunun dalinca gedirsense sene butun kainat yardim edecekdir.."
indi Sizin yazinizi oxuyandan sonra men sanki anladim ki o Tumendeki qiz duz deyirmish(ve ya P.Koelyo duz deyirmish), mene butun kainat destek oldu..dogrudan'da arzularimin dalinca getdim bu iller erzinde, hansisa kicik gelebelerim oldu..istedyimi heyati yasadim, istediyim insani tapdim, ailem var...2008 ilde yadimdadi Moskvada Biblio-Globus kitab magazinine getmisdim, 2ci mertebeye qalxmag isteyende dediler orda indi kitab satishi muveggeti dayanib, cunki P.Koelyo gelib, camaata imza paylayir, oz-ozume dedim- buda vaxt tapib gelmeye, kitab almag ucun gerek indi bashga vaxt gelim bu dukana...o erefede menim yoldashimda onun 1-2kitabini oxuyurdu, bir balaca qisqancliq hissi kecirdim sozun duzu. cixdim 2ci mertebeye, uzagdan imza paylayan yaziciya baxdim, oz ozume yene dedim: vay, sherefsiz brazilyali, vaxt tapdin sende gelmeye..
ama indi yenede passiv ve melonxolik hala dishmushem..Bakida potensialim sifr hedde dushub... megaleniz meni evvelki halimi yadima salmagi komek eledi, cox sagolun..
Cavab

Kimdən: Muellif
11.02.2010 15:07
Bakidan yazan hormetli oxucumuza demek isterdim ki, ola biler bu defe de Koelyo onun qarshisina tesadufi cixmayib. Koelyo mutleq deyerdi ki, bu, musbet remzdir,
Ancaq ne demekdir, hansi addimi atmaq? - bunu yalniz insanin ozu mueyyen ede biler,

Kimdən: Elçin Haradan: Bakı
11.02.2010 04:05
Bele bir ifade varee....:Qoyunsansa qurddan incimeye deymez!!!O kishi yazib ve heqiqi menada YARADIB.150 ölkədə 67 milyon tirajla çıxan “Kimyagər” i yaradib,amma biz...yox,chunki inanin mene Elxan muellim,siz demeseydiniz bu nagili 90% Azerbaycanli bilmeyecekdi,chunki bizim laqeydliyimiz buna getirib chixarib.Yene de teshekkurler

Kimdən: İlqar Rəsul Haradan: Bakı
10.02.2010 19:35
Mən ürəyimə qulaq asdım və hiss eledim ki, bu yazını oxuyandan sonra o şox gözəl bir ritmlə döyünməyə başlayıb.
Elxan, necə deyərlər şlyapamı çıxarıram bu yazının qarşısında.