Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:12

Verilişlər / Oxu zalı

Da Vinçi Kodu və Azərbaycan

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Dünyada bir bestseller var- “Da Vinçi Kodu”.

Bu kitab indiyədək 44 ölkədə 80 milyon tirajla çıxıb.

Avstraliyada 15 min nəfərlik sorğuda bu kitab indiyədək yazılan 101 ən yaxşı kitab siyahısında dördüncü yeri tutdu.

Müəllif Den Braun bu yaxınlarda bunun ardını çap etdirdi : “İtirilmiş rəmz”.

Bu kitablar simvollar və kodlar haqdadır.

Özü də simvolla kod fərqlidir. Simvol nəyinsə işarəsidirsə, kod özündə böyük bir informasiyanı daşıya bilər.

Simvola, koda inanmayanlar üçün deyim ki, belə baxanda, məsələn, H2O da simvoldur- suyun simvolu.

Və yaxud bizim sivilizasiya məhv olsa, 500 il sonra bir arxeoloq üstündə E=mc2 yazılan bir lövhə tapsa, desə ki, bu, dağıdıcı qüvvənin kodudur, çoxusu ona güləcək.

Ancaq bu, doğrudan da belədir.

Daha dərində olan misallar da çəkə bilərəm.

“Adidas”ın və ya “Mersedes” in emblemləri

fərqlənsələr də, rəmz baxımdan eynidirlər- kişiliyin rəmzidirlər. (Ona görə də Bakıda bütün kişilərin Mersedes almaq istəməsinin daha dərin səbəbləri var).

Den Braun
Den Braun öz kitablarında hamıya tanış olan rəmzlərin yeni, çox maraqlı izahlarını, açıqlamalarını verir.

Bu kitabların populyarlığını nəzərə alanda fikirləşirəm ki, o yaza bilirsə, biz niyə bu mövzuya toxunmayaq.

Özü də göstərməyə bizim daha müəmmalı rəmzimiz var.

AZƏRBAYCANIN RƏMZİ...

O rəmz uzaqda deyil - Azərbaycanın bayrağındakı aypara və səkkizguşəli ulduzdur.

Bu rəmzdə maraqlı olan nədir? Əgər ayparanın əsasında ayın bütün dairəsini bərpa etsək, ulduz ayın üstə çıxmış olur.

Bu da ola bilməz. Çünki yerdən baxanda heç vaxt ulduz ayın üstə çıxa bilməz.

Ancaq kim deyir ki, o səkkizgüşəli olan məhz ulduzdur?

Ancaq ulduz deyilsə, nədir?

Ağla gələ bilən işıqdır....

QƏDİM SİMVOL YOXSA KOD?...

...Bu yaxınlıarda bir çox alimlərin iştirak etdiyi bir maraqlı sənədli filmə baxırdım.

Orda deyilirdi ki, ayın səthində naməlum mənşəli işıqlar müşahidə olunur.

Teleskopla çəkilən şəkillərdə görsədilirdi ki, hətta kiçik bir işıq ayın səthindən qalxıb, ayın çevrəsinin yarısı boyda məsafə qət edib, yenidən aya enir.

Ən maraqlısı sonra gəlirdi. Deyilirdi ki, gözlə görünməyən bu fenomeni Yerdə necə bilə bilərdilər? Və sübut kimi müxtəlif qədimi mənbələrdə eyni bir şəkli göstərdilər.

...Şəkildə aypara idi və onun səthinə yaxın olan, azacıq ayın üstə çıxan səkkizgüşəli ulduz-işıq....

İndi məni bir sual maraqlandırır: bu, simvoldur ya kod?


Həmçinin oxu

Koelyo və Azərbaycan nağılı 
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Meheremov Haradan: Sumqayit
23.02.2010 15:11
heqiqeten cox maraqlidir.hetta Qiz qalasina yuxaridan baxanda 8 reqemi alinir bu da qedim serqde sonsuzduq anlamini verir. Azerbaycan heqiqeten mocuzeler olkesidi.ay paranin qabaqcadan fikirlesdirilerek yerlesdirildiyine inaniram.

Kimdən: Fuad Haradan: Baku
21.02.2010 21:51
Maraqli fikirlerdir...Pullarimizin ustunde de maraqli simvollar var...5 manatliqda Orxon Yenisey abidesindeki yazilar...2 dene 20 manatliqi birleshdirende ise masonlarin simvolu alinir deyesen :)))maraqlidi...

Kimdən: Sara Haradan: Ingiltere
18.02.2010 15:05
Professor Firudin Celilov omrunun 35 ilini Azerbaycanin Islamdan qabaqki tarixine hesr edib 9 cildlik bir kitab yazib, amma teessufle onu cap etdirmek hele mumkun olmayib. Bu kitablar chap olunsa bir rezonans doghuracaq. Burada azerbaycan xalqinin qedim tarixi faktlara esasen ele gozel tehlil olunub ki, insan oz tarixine ne qeder bigane oldughuna heyret edir. F Celilov vaxtashiri Chikaqodan yayilan GunAz TV-de chixish edir, imkaniniz olsa baxin. O Ay-Ulduz meselesini de tehlil etdi bir defe.

Kimdən: İlqar Rəsul Haradan: Baki
12.02.2010 21:28
Mən anladım. Bunu haminın başa düşməməsi təbii haldır. bilməz.
Elxan əladı. Uğurlar.

Kimdən: Milletci Haradan: Baki
12.02.2010 19:12
belke turklerin goylerle elaqesi olub?
Amerika hindilerinde goy adamlari haqda efsaneler var- Kon Tiki ve s - bu qehremanlarin hamisinin adinin menasi goyden enen , goy adami ve s-dir

Kimdən: Elman Huseynov
12.02.2010 17:02
gun kimi aydindir, 1918-ci ilde yeni dovlete simvolu goturenler bilirdiler ki bunlar qedim simvollardir. Yeni simvol duzeltmek belemi cetin idi
Niye mehz kohne simvollari goturubler?

Kimdən: Ali
12.02.2010 16:49
Hele Karfagende aypara ve ulduz ilahe Tanitin remzi idi
Shumerlere gedib cixsaniz eyni remzleri gorersiniz

Kimdən: Fikrət Haradan: Bakı
12.02.2010 16:38
Rəmzlərimizə məna axtarmaq əvəzinə, onların mənasını izah etmək lazımdır. Siz elə bilirsiniz onları elə-belə qəbul ediblər?

Kimdən: Fexri
12.02.2010 16:37
Men remzlere inanmirdim ancaq deyesen nese var

Kimdən: Alim Haradan: Bonn
12.02.2010 16:35
Maraqli versiyadir Ay- Ishiq- O ishig kimindir- Azerbaycan-Arada ne bagliliq var- Muganna duz deye biler
Səhifə (2)
    Növbəti