Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Verilişlər / 14-24

«Universitet təhsili heç bir işə yaramır»

«Universitet təhsilimiz heç bir işə yaramır»

«Universitet təhsilimiz heç bir işə yaramır»

15.02.2010
Gələcəyə Körpü Gənclər İctimai Birliyi Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi çərçivəsində ötən il 35 gənci işlə təmin edib, 11 nəfəri təcrübə proqramına cəlb edib. Amma iş üçün müraciət edənlərin sayı 358 nəfər olub.

Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Səbinə Sadıxova deyir ki, iş axtaran gənclər bu ildə mərkəzə üz tuta bilər, layihələri hələ davam edir. Gənclərin işlə təminatına kömək edən bu layihə Avropa Komissiyası və Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.

Səbinə Sadıxova:

«Bizdə gənclərə təlimlər keçirilir ki, işi necə axtarmaq lazımdır. Təlimdən sonra gənclərin müxtəlif şirkətlərlə əlaqəsini yaradırıq, vasitəçilik edirik».

 İŞ TƏMİNATINA ƏMİN OLDUQLARI SAHƏDƏ OXUYURLAR

BDU-nun hüquq fakültəsini bitirən Ülkər Kazımova 5 ildir öz ixtisasına uyğun iş tapa bilmir:

«Bizdə əllə sayılacaq tələbə vardı ki, hüququ istəyib sənəd vermişdilər. Qalanları o sahədə işləyə biləcəkləri adamları olduğuna görə, gələcəkdə işlə təmin olunacaqlarına əmin olduqlarına görə bura daxil olmuşdular».

Ülkər Kazımova problemi sistemdə görür. Deyir ki, hüquqşünas kimi iş tapa bilməməsinin səbəblərindən biri təcrübəsizlikdir:

«Universitet təhsilimiz heç bir işə yaramır. Ona görə Səbinə xanım danışanda mənə təəccüblü görünür ki, 4-5 il universitetdə oxuyub iş tapa bilmirsənsə, kurs keçib və ya intervüyə hazırlaşıb işi necə tapa bilərsən?»

«SƏNİ NİYƏ SEÇMƏLİYİK?»

Ülkər işə götürənlərin tələblərinin də işə girməyə əngəl olduğunu düşünür:

İşə götürən elə tələblər qoyur ki, təhsil və tələbənin imkanları qətiyyən üst-üstə düşmür. İş elanlarına və saytlara baxsanız, hüquqşünas kimi fəaliyyət göstərmək üçün 3 il təcrübə istəyirlər. Bu da təbiidir. Hansısa şirkətin hüququnu məhkəmədə qoruyursansa, bunu bilməlisən. Çünki məcəllələri əzbərləməklə bu işin altından qalxa bilməzsən. Universitetin verdiyi bilik təcrübədə heç bir işə yaramır».

Səbinə Sadıxova deyir ki, təcrübə problemi olan gəncləri də onların layihəsi nəzərə alır:

«Biz indiyədək 11 nəfəri müxtəlif sektorlarda təcrübə keçməyə göndərmişik. Bank işçisi, ofis işçisi, administrator və s. kimi təcrübə keçiblər gənclər».

Ülkər Kazımova:

«Bəzən təcrübə də bəhanədir işə götürülməmək üçün. Əgər səni ora yaxşı bir adam məsləhət görübsə, sən təcrübəsiz də işə başlaya bilirsən.
Mən müxtəlif dövlət qurumlarında intervülərdə olmuşam. 10 ilin hüquqşünası mənimlə qarşı-qarşıya oturub sırf onun bilik səviyyəsində olanları məndən soruşur. O, 10 il ərzində işləyib bunu qazanıbsa, məndən universiteti bitirən kimi bu sualların cavabını bilməyi tələb edir. Vakantın perspektivinə baxmırlar. Nəyi hədəf götürdüyünə baxmırlar. Xarici təcrübələrə baxsanız, fərqi görərsiz. «Niyə səni seçməliyik?» – bu sualı əsas götürürlər onlar. Mən bu sualla heç yerdə rastlaşmadım».

DÖVLƏT QULLUĞUNA QƏBUL ZAMANI GƏNCLƏR NƏ İLƏ RASTLAŞIR?

Gənclərin söhbətindən ətraflı xəbərdar olmaq üçün verilişi bütünlüklə dinləyin...
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Avropali xanim Şəhər: Avropa
13.03.2010 00:36
BDU-da tehsilin asaqi seviyyede olmasi teeccublu deyil. Beynelxalq elaqeler ve huquq fakultesinnde ders deyen muellimlerin kimliyine ve haradan olmasina diqqet edin: Ermenistandan - Sisian, Amasis ve s.zonalarindan gelmis,universiteti yenice bitirib tecrubesi olmayanlarlar .

Kimdən: Imran Şəhər: ADIU Genclik korpusu
12.03.2010 10:49
Rüşvətxorlug baş alıb gedibç təhsil "0". Açıg bazardı, Ümümi İqtisadiyyat fakultəsində Kamil Qafarov qan eliyir. Açıq aydın bazardi,

Kimdən: hasan Şəhər: Baku
15.02.2010 18:50
BDU-nun hüquq fak-ni bitirmişəm,lazımi iş təcrübəm var,TQDK-nin DQMÜK-nın testindən 95 bal toplasam da ,söhbətdə 1 yerə 4 nəfərlə rastlaşdım,və savadsız biri söhbətdən keçdi,o vaxtdan da iş tapa bilmirəm.Söhbətdə hamısı dedi ki,dəfələrlə testi keçiblər,söhbətdən yox.Pul da ki,yoxdur.Oxumayan tələbə yoldaşlarım hakim,prokuror,polis,notarius və s. işləyirlər.Məni görəndə özləri utanırlar ki, mən işsizəm.Müxalifətçi də deyiləm.

Kimdən: Pessimist Şəhər: Indi Esgerlikde
15.02.2010 18:40
men xarici sihlker nazirliyne ishe girmek isteyinlere bir meslehet veremek isterdim. Bu da test imtahanidir. Amma buna da "barmag" edibler. Yeni orada calishanlar oz tanishlarina bu test imtahanin cavablarini ya verirler, ya da satirlar. Ve yaxudda ele test komissayasinin özü bunu imtahangabagi "xirid" edir. Sonda ise testle ishe girenler, hetta rushvet ve tapshirigla ishe girenlerden de savadsiz cixirlar.... Dehshet-dehshet....

Kimdən: Ekber Agayev Şəhər: New Hampshire, 14.02.2010
15.02.2010 18:14
Salam,

Elbet ki, Cemil dediklerinde bir xeyli hegiget vardir. Amma Xarci ishler nazirlyinde yeni bir tendensiya bashalyib.Uzun tengidler ve naraziliglardan sonra indi hemin BDU-nun beynlexalg munasibetler fakultesinden olan ushalglari ishe gotuturler. Amma onlarin icinden savadi ve vetnperverlyi ile secilenleri deyil, yaxshsi tanishi ve coxlu pulu olanlari ishe götürürler... Yeni tipik azerbycansayagi kadr siyaseti...

Kimdən: Cemil Şəhər: Strasburg
15.02.2010 16:54
Xanim Dr. Abdullayeva tamami ile haglidir. Azerbaycanda rushvetin ve iyrenc behanelerin istehsal edildiyi yerlerden biri de Xarici ishler nazirlyidir. Orada, biur nazirin özunu cixmag sherti ile, idare reisleri, sefirler, o cumleden nazir muavinlerinion ekseriyyeti diplomatiyaya getiyyen aifiyyati olmayan ixitsaslardan gelibler, aydindir ki, tecrubesiz-filansiz. Amma bu ixtisasi gurtarmish adamalri, konkret olarag BDU-nun beynelxalg munasibetr ve beynelxalg hugunu gurtarhs ushaglari görende obrazli shekilde ifade etsek "göyden bashalrina dash dushur". Chun ki, bu fakulteni gurtarmish ushaglarla onlar üz-üze geldikde ne geder savadsiz , besit, ve ele hemde tecrübesiz olduglari üze cixir.... Odur ki, gabagdan gelmishlik ederek adamalri "Senin tecruben yoxdur" ve sair kimi iyrenc behanlerle oradan uzaglashdirirlar. Sonra da hami bashini sindiri ki, göresen, AZerbaycanin xarici sikyaseti nyie bu gündedir...

Kimdən: Subhan Şəhər: Baki
15.02.2010 16:36
Tecrubede olsa xeyri yoxdur yuz min behene tapib ortana koyacekler,birde yalannan ish yerler toludur deyerler,eses tayfanin adami olasen gerek,dagdan da dushsen,tecruben da olmasa seni frofessor adini verecekler,indiki heqiqet budur bizim analoqu olmayan Azerbaycanimizda.

Kimdən: Dr. Abdullayeva Şəhər: Baki sheheri, 14.02. 2010
15.02.2010 16:29
Salam,

yazilanlar tamailie dovgrudur. men Almanyada doktorluq dissrtasiyai mudafie derek Azerbaycana gayitdim. Öz ixitisasim üzre Xarici ishler Nazirlyine muraciet etdim. Meni cox gel-gete saldilar. Sened verenden dogguz ay sonra ise nazir müaviniinden bir mektub geldi. Icinde ise bele yazmishdilar: Sizin ish tecrubeníz olmadigina göre ishe götürle bilmerik".
Bu mewktubu mene yazn adamin ozunun hec ish tecrubesi yoxdur. Chunki, o, xarici diller insitununda ingilis dili muellimi ishelyib. Men ise BDU-unun tarixini gurtarmish ve ALmaniyanin en nufuzlu unicersitelrinden birinde Siyasi elmler uzre doktorlug dercei almisham. Bundan sora da mene tecrubesiz deyiler.
Guya özlerinin tecrubesi bele cox ishimish....


Kimdən: Orxan Şəhər: Gence
15.02.2010 15:52
Imkan verirsiz ki,ishleyib tecrube toplayaq?Ali tehsil alan kimi basirlar esgerliye,sonra da deyirler tecrube,hamisi behanedir ishe goturmemek uchun.Adini chekmek istemediyim mobil operatorlardan birinin mushteri xidmetlerinde ishlemek uchun en azi 5000 azn rushvet teleb olunur,banklara baxsaniz hamisi 3000 azn-e ishe girenlerdir,chorek veren qabagina yuz behane qoymur,deyir ishlemek isteyirsen gel ishle....bele hokumet uzun getmeyecek.

Kimdən: Musteqil Şəhər: Baki
15.02.2010 15:04
Men bu xanimin dedikleri ile tam raziyam. Dogurdanda beledir.Azerbaycanda tehsil sistemi programi yoktur bunu tertib etmek ucun tecrubeli muxtexesisler yoktur.Bu gun en önemli Azerbaycanin tehsil sistemine diqqet yetirilmelidir.Bunun sebebleri var?