Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:53

Dünya

Özünü peyğəmbər elan edən şəxs məhkəməyə çıxarılıdı

Qoel Ratzon
Şriftin ölçüsünü dəyiş - +
İsraildə onlarla qadını fövqəltəbii qüvvələrlə əlaqəsi olduğuna inandıraraq hərəmxanasına qatan, onlardan doğulan uşaqları da bir-biriylə cinsi əlaqəyə məcbur edən 60 yaşlı Təl-Əviv sakini məhkəməyə çıxarılıb.

Goel Qatzon azı 21 qadını peyğəmbər olmasına inandırıb, uzun illər boyu onları zorlayıb, kobud rəftar edib və ağır şəraitdə qalmağa məcbur edib. Üstəlik, onlardan doğulan 49 uşağa da zülm edib. Onları bir-biriylə cinsi əlaqəqəyə girməyə məcbur edib.

İsrail televiziyasında göstərilən sənədli filmdə iddia olunur ki, polisin uzun müddətdir ki, Ratzondan şübhələnməsinə baxmayaraq, əllərində şikayət olmadığından onu həbs etməyiblər.

Ratzon ancaq bu il yanvarın 14-də, qadınlardan birinin kobud rəftarla bağlı şikayətindən sonra həbs edilmişdi. Qadınlar və onlardan doğulan uşaqlar Qatzonu ilahi kimi qəbul edib, onun yazdığı qaydalarla yaşayırmış. Onların bədənlərində özünü peyğəmbər elan edən şəxsin əks olunduğu döymələr aşkarlanıb.

Qadınlar gənc yaşlarında az qala hər gün Qatzon tərəfindən zorlandıqlarını və onun dedikərinə inanaraq bütün tanışlarından, doğmalarından ayrıldıqlarını iddia edirlər.

Fevralın 14-də məhkəməyə çıxarılan Goel Qatzon isə bütün ittihamları rədd eləyib, özünün günahsız olduğunu və iddiaların media, polis və onu gözü götürməyənlər tərəfindən quraşdırıldığını deyir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: fantamaz Haradan: avropa
18.02.2010 01:19
MEHEMMED PEYQEMBER (s.e) vaxtile men Allahin elcisiyem deyirdi onu dasa basiblar.Amma bu delini peygember kimi qebul edibler,oxusaydilar bilerdiler ki son peygember ozunden sonra hec bir peygember olmayacagini deyib,eceb olub onlar ucun

Kimdən: Doctor
16.02.2010 19:04
Özünü müqəddəs adlandıranların hamısının yeri dəlixanadır

Kimdən: Ilqar Haradan: Baki
15.02.2010 20:23
Şeyx Nəsrullah indi olkesini deyisibç ya ele burdan ilham aliblarmiş? Ay muselmani avam sayib-soyenler...hardasiniz? Bu ki, muselman deyillll.