Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Siyasət

Ən çox jurnalist tutduran rejim

Jurnalistlərin etiraz aksiyası, 14 iyun 2007

Jurnalistlərin etiraz aksiyası, 14 iyun 2007

16.02.2010
Jurnalistləri həbs etdirməyi senzuranın bir forması kimi istifadə edən İlham Əliyev hökuməti regionun ən çox jurnalist tutduran iqtidarıdır. Bu azmış kimi, rəsmilər yerli və beynəlxalq qurumların çağırışlarına baxmayaraq, həbsdə olan yaşlı bir jurnalisti vaxtında müalicə etməyərək, onun ölümünə də göz yumublar.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda 2009-cu ildə söz azadlığının durumuyla bağlı hesabatı belə başlayır.

Hesabatda daha sonra qeyd olunur ki, 30 il Azərbaycana rəhbərlik edən atasından hakimiyyəti təhvil alan İlham Əliyevin prezident olduğu ölkədə siyasi fəallar və müstəqil fikirli adamların səsi onsuz da yaxşı batırılırdı. 2009-cu ilin martında, ömürlük prezident olmaq üçün Konstitusiyanı dəyişəndən sonra bu təzyiqlər daha da artıb.

MÜSTƏQİL TV VƏ RADİOLAR ARTIQ YOXDUR, OLANLAR DA EŞİDİLMİR


Hələ referenduma kimi Azadlıq, Amerikanın səsi və BBC radiolarının, xüsusən də FM tezliyində yetərincə populyar olan AzadlıqRadiosunun yayımının dayandırılması ölkədə müstəqil informasiyaya çatımı məhdudlaşdırıb.

Eynulla Fətullayev və Qənimət Zahid kimi redaktorlar həbsdə qaldı
Ölkədəki bütün televiziyalar hökumətin nəzarəti altındadır, yeganə ümummilli yayımı olan müstəqil telekanal ANS olsa da, 2006-cı ildə bir müddətliyinə lisenziyası alınandan sonra onlar da artıq tənqidi fikirlərə yer vermir.

QƏZETLƏR VƏ JURNALİSTLƏR SUSDURULUB

Hesabata görə, qəzetlərin dövriyyəsi çox aşağıdır və ictimai fikrə təsir imkanları zəifdir. Amma məmurların böhtan və təhqir kimi ittihamlarla jurnalistləri cinayət məsuliyyətinə cəlb etməsi və maddi cərimələr üzündən Azərbaycanda ancaq barmaqla sayılacaq qədər düşündüyünü yaza bilən jurnalist qalıb. Xüsusən də prezident Əliyev və ailəsi haqda.

TƏNQİDİ FİKİR ÖLÜMƏ SƏBƏB OLUR

Jurnalistləri Müdafiə Komitəsinin fikrincə, 2009-cu ilin avqustunda hakimiyyətin tənqidi fikirlərə qarşı dözümsüzlüyü ən amansız həddə çatıb. «Talışi Sədo» qəzetinin redaktoru, 10 il həbs cəzası alan Novruzəli Məmmədov cəzasının 2 ilini çəkəndən sonra ağırlaşan xəstəlikdən vəfat etməsi buna nümunədir. Jurnalistin yaxınları və hüquq-müdafiəçiləri onun xəstəliyinin ağır rəftar üzündən ağırlaşdığını bildirsələr də, rəsmilər vaxtında redaktoru həbsdən azad etmək və ya müalicəsinə icazə verməklə bağlı çağırışlara məhəl qoymadılar. Və 68 yaşlı jurnalist həbsxanada dünyasını dəyişdi.

HƏBSXANALARDA JURNALİST ƏSKİK OLMUR

İl ərzində «Azadlıq» qəzetinin jurnalisti Sakit Zahidov, «Təzadlar» qəzetindən Asif Mərzili və «İdeal» qəzetindən Əli Həsənov azadlığa buraxılsa da, Beynəlxalq Mətbuat Azadlığı mükafatının sahibi Eynulla Fətullayev və Qənimət Zahid kimi redaktorlar həbsdə qaldı.
Noyabr ayında Emin Milliylə Adnan Hacızadə 2 il və 2 il yarım həbs cəzası alıblar
Onlara qarşı il ərzində müxtəlif yeni iddialar irəli sürülməklə həbs müddətlərini uzatmağa və vaxtından əvvəl azadlığa çıxmalarının qarşısını almağa cəhdlər davam edir. Bundan başqa, il ərzində bir sıra başqa jurnalistlər də müxtəlif iddialarla fərqli müddətlərə həbs olundu.

BLOQQERLƏRİN HƏBSİ

İyul ayında bloqqerlər Emin Milli və Adnan Hacızadə də xuliqanlıq ittihamıyla həbs edildi. Ancaq istər yerli, istərsə də beynəlxalq institutların nümayəndələri bu ittihamların qurama olduğuna inanır və həbsin bilavasitə bloqqerlərin yerləşdirdiyi «Eşşək» videosuyla bağlı olduğunu düşünür. Noyabr ayında Emin Milliylə Adnan Hacızadə 2 il və 2 il yarım həbs cəzası alıblar.

NAXÇIVANDAN XƏBƏR VERMƏK XÜSUSİLƏ RİSKLİDİR

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin ötən illə bağlı hesabatında Naxçıvan Muxtar Respublikasında söz azadlığının durumuna da toxunulur. Hesabatda qeyd olunur ki, Ermənistan, İran və Türkiyə arasındakı bu yerdən xəbər vermək çox riskli iş olaraq qalır. Ancaq bir-iki müstəqil jurnalist burda baş verənləri işıqlandırır. Amma yerli polis və məmurlar agentlər tərəfindən daim təzyiqlərlə üzləşirlər. Üstəlik, 2009-cu ilin fevralında Naxçıvana səfər edən «Zerkalo» qəzetinin müxbiri İdrak Abbasov kimi gəlmələr də burdan məlumat toplayarkən zorakılığa məruz qalırlar.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Vеtеnдаs Şəhər: Gаrаbаg
17.02.2010 15:44
Gırx ildir zülümdedir milet günah neftdedi neft olmasaydı bu geder muzey hekel park olmdzdı .

Kimdən: Robinzon Şəhər: Ada
17.02.2010 02:05
Hormetli moderator,Norvecin kecmish sefiri Steynar Gili 2003-cu ildeki hereketine gore minnetdarliqla yad etmek beynelxalq skandalmi?Hesabatdaki "beynelxalq icma munasibetleri korlamaq istemir"deyende bir ornek vermek, Sizin de kimlerlese munasibetlerinizi poza bilermi? Norvecin Hesabatini teqdir etmek,onu diger Avropa teshkilatlarina,ele hesabatdaki "beynelxalq icmaya" numune gostermek "Azadlig"in shertlerine zidmi?Men bu suallara cavab istemirem,sadece sherhim derc edilmedi...

Kimdən: izzet
17.02.2010 00:38
Azerbaycan Turkmenistan ve Ozbekistan la birlikte eski sovyet cumhuriyetleri icerisinde kume dusme mucadelesi veriyor..3. lige düstü...Demosrasinin olmadıgı ligde top kosturuyor..Birinci Ozbekistan ikinci Turmenistan ucuncu ise Azerbaycan..

Kimdən: AZERIDEN Şəhər: RUSIYADAN
17.02.2010 00:07
BIZIM JURNALISTLERIMIZ ANDJAG BOSH-BOSH SHEYLER YAZIR.UMIMI BIR MILLI IDEYA YOXDUR.BIRISI NALA VURUB,O BIRISI MIXA.OZLERINI ANDJAG XARIDJI STRUKTURLARA GOSTERIRLER.MILLET OZ HAYINDA,JURNALISTLER OZ HAYINDA.
Cavab

Kimdən: Reshad Şəhər: Agdam
17.02.2010 02:30
Gaqa,qazanda ne bishdiyinden xeberin yoxdu,ele deyirsen ki,bir comce de mene verin.Rusiyadsan ,lap yaxshi,otur oturdugun yerde.Milli ideya,bizim jurnalistler,ayri ishin yoxdu orda?Dunyanin o bashindan vikinqler gelib gorur ki,Naxcivanda millet qirilir,Bakida da onun kimi bir sheydi, deyir yaziqsiniz dana, tamam qirilmayin.Nese,deyen oralar cox soyuqdu...

Kimdən: vetendas Şəhər: Baki
16.02.2010 23:04
Bir zamanlar Haci Ebdul beyan edende Leylek basimizin uzerinde dayanib qu.. edeni udacaq,hammimiz onun bu sozune gulurduk.Indi huneriniz varsa qu... edin.