Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Rubrikalar / Təbriz Ekspress

Ana dili dərdi

21.02.2010
«Bir istəyimiz var – o da türk dilidir ki, bu dildə yazaq, oxuyaq. Əsgər özü də bir tələbədir. Qazıya da dedim ki, Azərbaycan deməklə, ana dili istəməklə sizə zülm edirik? Ana dilinə görə Əsgərin zülmü çoxalıb. Əsgərin bir dərdi var – ana dili dərdi».

Həmayil Əzizinin oğlu Əsgər Əkbərzadə İranda siyasi fəaliyyətinə görə həbs olunan onlarla azərbaycanlıdan biridir. Azərbaycan türkcəsində təhsil hüququ uğrunda hərəkatın fəalı kimi tanınan Əkbərzadəyə 2008-ci ildə İslam İnqılabı Məhkəməsi 5 il həbs cəzası verib. O, Azərbaycan Milli Hərəkatı adlı qrupun təşkilində iştirakda, «Pantürkist» bəyanatlar, elanlar yaymaqda, «qanunsuz» yığıncaqlara qatılmaqda günahlandırılır. Azərbaycanlı fəal həm də dövlətçiliyə qarşı anti-təbliğat aparmaqda və İranda etnik qarşıdurma yaratmağa cəhddə ittiham olunur. Məhbusun anası isə deyir ki, oğlunun həbsinin yalnız bir səbəbi var - ana dilində təhsil istəyi.

Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı deyir ki, indi İranda əsas tələbi ana dili olan azərbaycanlılardan ibarət hərəkatın həbsdə olan üzvü təkcə Əsgər Əkbərzadə deyil:

- Hazırda İranda azərbaycanlı fəalların birinci tələbi ana dilidir. Elə məhz bu tələblərinə görə insanlar həbs olunur, işğəncələrə məruz qalırlar. Bu cür fəalların dəqiq sayını belə demək mümkün deyil. Amma aralarında hətta mollalar da var, başqa sözlə, ana dilini tələb edən dindarlar da var.

FƏALLAR BU İL DƏ HÖKUMƏTDƏN ANA DİLİNİ TƏLƏB ETDİLƏR


İranda ən böyük etnik qrup olan Azərbaycan türklərinə ana dilində təhsil almaq ölkə konstitusiyasına görə icazə verilsə də, bunu edən fəallar təqib olunur, həbs edilirlər. Buna baxmayaraq, sayca 20-35 milyon olduğu ehtimal olunan Azərbaycan türkləri zaman-zaman hüquqlarının bərpası tələbi ilə aksiyalar, mitinqlər və digər tədbirlər keçirirlər. Elə əksər həbslər də bu tədbirlər zamanı həyata keçirilir. Amma fəallar öz tutduqları yoldan geri çəkilmir.

Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının başqa bir əməkdaşı Yaşar Həkkəkpur deyir ki, fəallar bu il də Beynəlxalq Ana Dili Gününü qeyd etməkdən çəkinmədilər.

Cümə günü – fevralın 19-da Təbrizin «Traktorsazi» futbol komandasının Kərəc şəhərində keçirdiyi oyunda hər dəfə olduğu kimi, azarkeşlər ana dilində təhsil tələbi ilə bağlı şüarlar səsləndiriblər. Fevralın 21-də isə fəallar müxtəlif şəhərlərdə milli şüarlar yazılmış bəyanatlar, qələmlər paylayıblar. Amma Yaşar Həkkəkpurun dediyinə görə, bu da asan başa gəlməyib:

– Polis və əsgərlər şəhəri nəzarətə alıblar. Yüzlərlə əsgərin əlində silahlar da olub ki, lazım gəlsə istifadə etsinlər. Bizə gələn məlumata görə, Təbrizdə bəzi fəalları tutublar, amma hələ onların kimliyini dəqiqləşdirə bilməmişik.

«ANA DİLİNİ TƏLƏB EDƏN ETNİK QRUPLARIN FƏALLIĞI İLDƏN-İLƏ ARTIR»

Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı isə deyir ki, təzyiq və işgəncələrə baxmayaraq, İranda ana dilindən istifadə edən etnik qrupların fəallığı ildən-ilə artır. Gizli yolla da olsa Azərbaycan dili tədris olunur, insanlar gizli yolla kitablar paylayırlar.

Vahid Qaradağlı və eləcə də həbsdə olan azərbaycanlı fəal Əsgər Əkbərzadənin anası Həmayil Əzizi inanır ki, artıq on illərdir davam edən mübarizənin nəticəsi olaraq bir gün fevralın 21-i Beynəlxalq Ana Dili gününü İranda yaşayan etnik qruplar da azad şəkildə bayram edə biləcəklər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: azeriden Şəhər: rusiyadan
23.02.2010 04:56
ali xameneyi nece turkdur ve muselmandir ki,biz azeri turklerini muselman ola-ola verib ermenilerin ayaginin altina,oz ana dilini satib.

Kimdən: Guneyli Şəhər: Tabriz
23.02.2010 01:26
19 Fevral Traxtor - saypa machinda "Turk dilinde medrese" shuarlari verilir:

Video youtube: http://www.youtube.com/watch?v=wdPJ-Jah4js

Kimdən: Azad
23.02.2010 00:51
Salam.Hormetli redaksiya niye bu meqaleni mehz burda yerleshdirmisiz?Axi bu xeber dunyaya aid deyil.Cenubi Azerbaycan bizim yarali yerimizdi.Bizim milli meselemizdi!Bu xeber cemiyyet bolmesinde olsa daha meqsede uygun olmazmi?

Kimdən: Qızılüzən Şəhər: Bakı
22.02.2010 11:24
İrandakı türklər uzun illər yaşıl donlu mərkəzin yağlı vədlərinə inanıblar. Bu məsələni çoxdan həll eləmək lazım idi. Dünyada sayı 30 milyondan yuxarı olan, qədim mədəniyyətə, dövlətçiliyə malik olub ana dilində azad danışa bilməyən ikinci bir millət yoxdur.

Kimdən: Abdulla Shaiq
22.02.2010 05:17
Heqiqeten basindan asagi baxib bedeninin olmadigini gormek dehsetti ve dozulmezdi. Azerbaycanim bax beledi

Kimdən: Huseyn
22.02.2010 02:24
Teshekkurler Ulker xanim, dushunmeden istifade etdiyimiz dil ugrunda mubarize aparanlari bize xatirlatdiginiz uchun

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
22.02.2010 00:13
Diqqetle izleyirik Cenubi Azerbaycanimizdaki hadiseleri. Yorulmadan mucadile aparan qardash ve bacilarimizin qarshisinda bash eyirik. Butun cenublu qardash ve bacilarimizi ANA DILI gunu munasibeti ile bagli tebrik edirik. Sizlerin apardiginiz haqq ishi mutleq qalib gelecek. Milletin xoshbext geleceyi ucun canlarini feda eden qehremanlar, xalqin yaddashinda her vaxt yashayacaq. Merhum sevimli shairimiz Famil Mehdi sherinde cox gozel demishdir:

Susacaqsa konul tarim,
Simlerini dartim qirim.
Milletim bedbextse, Tanrim,
Sen meni xoshbext eleme.

(Allah Sene rehmet elesin shair)

Kimdən: Anar Şəhər: Odlar Yurdu
21.02.2010 23:29
Azərbaycan Respublikasinda indiki "Azərbaycan" dilini adini dəyisib Turk dili yazmaq lazimdir.Cunki Azərbaycan ərazi adidir,dil adi deyil.
Hörmətlə Anar.
P.S.Dilini qayib edən dövlətini qayib edər.
Cavab

Kimdən: Tuncay Şəhər: Turkiye
15.03.2010 12:31
Çok yaşa Anar kardaşım. Çok doğru dersin. Kuzey Azerbaycan'nın dili Azerbaycanca değil Türkçe'dir. Bu bir Rus oyunudur. Sizi bizden başka göstermek için yaptılar. Şimdi özümüze dönme zamanıdır.

Kimdən: Azad guneyli
21.02.2010 21:16
Iran unikal tefekkurli bir ölkedir. Din geri galmish Tafakur (1400 il geri) + Ergici geri galmish Aria (2500 il geri). Bu fosilerin elinnen ele bu geler ki milionar insani dil ve kultur soygirimia meruz edeler.