Yolu yol polisi idarəsindən düşən sürücülər bəlkə də həmin idarələri bank filialına bənzətməkdə haqlıdırlar. Çünki yol polisi təkcə hərəkət qaydalarında hansısa pozuntuya görə cərimə alan idarə deyil. Azərbaycanda maşını olan hər kəs bilir ki, bu polis avtomobillərdən texniki baxışa, sürücülük sənədlərinin hazırlanıb verilməsinə və başqa sahələrdə xidmətlərinə görə də haqq alır.
Amma bu haqların əsl məbləğləri yəqin ki, çox adama təəccüblü gələcək. Məsələn,
sürücülük vəsiqəsi. Yəqin çox az adam bilir ki, reallıqda 1000 manatdan çox xərc tələb edən bu vəsiqəni almaq üçün dövlət büdcəsinə əslində
cəmi 40 manata qədər pul verməliyik, yəni imtahanların qəbuluna görə dövlət rüsumuna 20 manat, sürücülük vəsiqəsi blankına isə 16 mant.
Mövzuya marağı nəzərə alıb, yol polisi-sürücü münasibətlərində “pul söhbəti”nə dair hüquqi sənədlər haqqında məlumat topladıq.
Beləliklə, yol polisinin qanunsuz tələblərindən qaçmaq üçün lazım ola biləcək məlumatlar. qayda pozuntularına görə cərimələrin miqdarı
HÜQUQİ SƏNƏDLƏR Yol Patrul Xidməti haqqında
təlimatAvtomobillərin texniki baxışdan keçirilməsi
qaydaları SUALLAR VƏ CAVABLAR
Yol polisinin internet saytında vətəndaşların göndərdikləri suallar da konkret vəziyyətlərin izahı baxımından maraqlıdır. Həmin sualları və onlara verilmiş rəsmi cavabları qruplar halında təqdim edirik.
(Yol polisinə online üsulla siz də suallarınızı
göndərə bilərsiniz).