Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Rubrikalar / Kriminal

Avropa Məhkəməsinə şikayət edən polis həbsdədir

Emin Əhmədbəyovun məhkəməsi

Emin Əhmədbəyovun məhkəməsi

22.02.2010
«Deyəydilər ki, a kişi, səni tutacayıq, ona görə ki, sən vətəndaşlıqdan imtina eləmisən, işin Avropa Məhkəməsindədir. Səndən xahiş edirik, yaz raportunu, çıx işdən. Mən də başa düşərdim, yazardım raportumu çıxardım işdən».

Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinin növbətçi hissəsinin məsul növbətçisinin köməkçisi vəzifəsində işləmiş polis mayoru 42 yaşlı Emin Əhmədbəyovun məhkəməsi keçirilir. O, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və zor tətbiq etməkdə təqsirləndirilir. İttihama görə, Emin Əhmədbəyov ötən il dekabrın 1-də Yasamal rayonu ərazisindəki Mətbuat prospektində onun «Pajero» markalı maşınını saxlayan yol polis müfəttişi Məhərrəm Qurbanovla mübahisə edib və ona xəsarət yetirib.

6-CI SİNİF ŞAGİRDİ DEYİR Kİ....

Fevralın 22-də keçirilən məhkəmə iclasında şahidlər ifadə verib. Onların ifadələrindən belə bəlli olur ki, baş vermiş insidentdə əslində yol polis müfəttişi təqsirli olub. Məsələn, 6-cı sinif şagirdi Həcər Məmmədova məhkəmənin nəzərinə çatdırıb ki, hadisəni evlərinin pəncərəsindən görüb. Yol polisi əvvəlcə sürücünün mobil telefonunu və sənədlərini əlindən alıb, sonra yaxasından tutaraq sürüyüb və təpiklə sürücüyə zərbə vurub. Daha sonra sürücüdən əl çəkərək xidməti maşınına oturub. Bir neçə saniyədən sonra maşından düşüb, öz çiynindəki poqonlarını dartışdıraraq cırıb.

Sonradan ittiham aktında bu hadisə əksini belə tapıb ki, yol polisinin poqonunu Emin Əhmədbəyov cırıb.

«HEYDƏR ƏLİYEVİN QURDUĞU DÖVLƏTİN AXIRI... »

Emin Əhmədbəyov isə məhkəmə iclasında bildirib ki, həbsi sifarişlidir. O, daxili işlər orqanında işləyə-işləyə hüquqlarının tapdanması ilə bağlı prezidentə vətəndaşlıqdan imtina üçün iki dəfə müraciət edib və Avropa Məhkəməsinə şikayət göndərib.
Polis işçisi özünü repressiya qurbanı hesab edir:

«Mən heç vaxt bilməzdim ki, Heydər Əliyevin qurduğu dövlətin axırı repressiya olacaq. Özü də polis işçilərinə qarşı. Elə çıxır ki, Heydər Əliyev 93-cü ildən əziyyət çəkə-çəkə dövlət qurub, onun da axırı repressiyadır».

Polis mayorunu vətəndaşlıqdan imtina etmək və Avropa Məhkəməsinə üz tutmaq dərəcəsinə çatdıran səbəb nə imiş?

Emin Əhmədbəyovun həyat yoldaşı, polis kapitanı Nigar Əhmədbəyova deyir ki, əri 18 ildir ki, daxili işlər orqanında çalışır. Yaxşı işçi kimi fərqləndiyindən bir neçə il əvvəl ona Akademiya təhsili olmadan leytenant rütbəsi verilib ki, bu da daxili işlər orqanında müstəsna hal sayılır.

PREZİDENTƏ İLK MÜRACİƏT

Nigar Əhmədbəyova deyir ki, əri 2003-cü ildə Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasının rəisi olmuş polkovnik-leytenant Namiq Ələsgərovla aralarındakı narazılığa görə daxili işlər naziri Ramil Usubovun əmri ilə daxili işlər orqanından xaric edilib.

3 il işsiz qalandan sonra 2006-cı ildə vətəndaşlıqdan imtina xahişi işə prezidentə müraciət edib:

«Mənim ərim 3 il işsiz qalandan sonra prezidentə müraciət elədi ki, polisdə can qoyub, haqsızlıqla üzləşib, Azərbaycan vətəndaşlığından imtina etdiyini göstərdi. Bu müraciətə baxıldı və Ramil Usubov bizi qəbul elədi».

Onun sözlərinə görə, nazir onu, həyat yoldaşı Emin Əhmədbəyovu və poliklinikanın rəisi Namiq Ələsgərovu qəbul edərək məsələni aydınlaşdırıb.
Bundan sonra nazir poliklinika rəisini daxili işlər orqanından xaric edərək Emin Əhmədbəyovu işə bərpa edib.

Emin Əhmədbəyov daxili işlər orqanına bərpa olunandan 3 il təqsirsiz yerə işsiz qaldığını əsas gətirərək Daxili İşlər Nazirliyindən həmin illərdə ona çatacaq maaşları tələb etməyə başlayıb. 2006-cı ildə məhkəmədə ilk iddia tələbini irəli sürüb. Məhkəmə iddiaya 2 ildən sonra baxıb.

QÜSURSUZ XİDMƏTƏ GÖRƏ MEDAL

Emin Əhmədbəyov 2008-ci ilin aprel ayında qüsursuz xidmətinə görə üçüncü dərəcəli medalla təltif olunub. Ancaq bu da polis mayorunu iddiasından döndərə bilməyib. Səbail rayon Məhkəməsi onun iddiasını təmin edib. Lakin yuxarı məhkəmələr Səbail rayon Məhkəməsinin qətnaməsini ləğv ediblər.

Emin Əhmədbəyov Konstitusiya Məhkəməsinə, daha sonra isə Avropa Məhkəməsinə müraciət edib. Həbs olunmamışdan 1 ay əvvəl isə vətəndaşlıqdan imtina etməklə bağlı prezidentə növbəti dəfə rəsmi müraciət edib:

«Hadisədən bir ay əvvəl biz ailəliklə sənədlərimizi prezident aparatına vermişdik, müraciət etmişdik ki, burda yaşamaq istəmirik, burda haqsızlıq baş alıb gedir».

Nigar Əhmədbəyovanın sözlərinə görə, həyat yoldaşının həbsi sifarişlidir:

«Uşağı məktəbə qoyub qayıdanda gördük ki, bizim maşının arxasınca yol polisi maşını gəlir. Emin əlini çiyninə aparıb işarə elədi ki, mən də polis işçisiyəm. Buna baxmayaraq maşını saxlatdılar. Maşından düşüb vəsiqəsini göstərdi, dedi ki, hansı qaydanı pozmuşam, sonra sənədlərini əlindən aldı, qaytarmadı. Yol polisi başladı nalayiq söyüşlər söyməyə».
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Duz Adamdan Şəhər: Bakidan
23.03.2010 21:03
maraqlidir niye menim sherhimi derc etmirsiz? soz azadlixina sizin saytda onem verdiyiniz zennimce birinci yerde olmalidir. bir coxlari eyni shikayet ile size muraciet edir, niye oxucularinizin huquqlarini pozursuz? xaish edirem cavab verib bunun ne ile elaqedar olduxunu bizlere izah edesiz.
Cavab

Kimdən: Moderator
24.03.2010 00:30
Şərhlərin dərc edilməsi bəzən zaman tələb edir, bunu da nəzərə almaq lazımdır...

Kimdən: Duz Adamdan Şəhər: Bakidan
23.03.2010 20:10
ay Emin seni Nazir qebul edib, ishe berpa edib, poliklinikanin bash hekimin ishden qovub, sen ne isteyirsen men basha dushmurem... eger fikrin xarice xal toplayaraq getmeydirse bu bashqa mesele, amma unutmaki hara getsende senin orada yolunu gozleyen yoxdur. acixi sen rus demishkem ( perebarshit ) elemisen, sen israfa yol vermisende demey olar, ozunu mudafie heddini ashmisanda demey olar. sozlerinde indi mende shubhe doxurur niye? cunki gah H.Eliyevi terifleyirsen gahda pisleyirsen, gah deyirsen deyeydiler yaz erizeni cix ishden mende yazib cixardim gahda pul teleb etmeye bashlamisan. Sen yeqin ozunde indi iceride oturub basha dushmusenki cox derine getmisen, Sene en boyuk hediyye o idiki Nazir seni dinleyib bash hekimi ishden azad etmishdir. Men hakim deyilem amma bu olaylarda sen fikrimce zabit kimi deyil, bir ushax kimi belkede nefsi ile bacarmayam bir insan kimi hereket etmisen. Allah sene yenede komek olsun oz xalqimizin ovladisan.

Kimdən: Duz Adamdan Şəhər: baki
23.03.2010 20:09
Evvala onu demek isterdimki, Emin ozu bu ishde cox haqqsiz danishir niye? Cunki hec kim hec neye gore veteninden imtina etmeye haqqi yoxdur. Ne haqqsizliq bash verib? Nazir onu qebul edib, eks terefi ishden azad ederek onu ishe berpa edib, haqqi berqarar edib. Sonradan nese teleb ireli surmey sadece duz deyil, o ishe berpa olanda bunu shert olaraq demeliydi. Yeqinki bu mesele onun terefinden evvelden deyilmeyib sonradan berpa olduqdan sonra tamah onu buna vadar edib. Men oz fikrimi obyektiv olaraq bildirirem ve biliremki, bele meseleler evvelceden razilashdirilir. Qaldi onun tutulmaxina ola bilsinki, onu yol polisi sherliyib bele sheylerde istisna deyil, deyerdim hetta yol polisinin bezi ishcileri bu fennerden meharetle istifade edirler. Amma mene qaranlix odurki, eger yol polisi Emini tehqir etmishdise niye o bu barede meseleni qaldirmamish, ve ozude Bash idarenin ishcisi olduxu halda, ona qarshi hansisa adi yol polisinin cezalandirmasi ucun resmi muraciet etmemishdir. Axi Emin 18 ildir Polisde ishleyir bunun yolunu yaxshi bilir. Men inanmiramki, bu mesele sifarishli olsun, adi haldir surucu ve yol polisi arasinda bash verib, her iki teref oz xeyrine danishmalidi.Sadece burada yol polisi ozunu mudafie etmek ucun qanuni muraciet ederek lazimi senedleri toplayaraq ozunu Bash Polis Idaresinin ishcisinden nece deyerler siqortalayib. Daha doqrusu yol polisi birinci terpenerek ona qarshi, Bash idarenin ishcinden, rehberliye muraciet olduxu halda ozunun haqli olduxunu subut etmek ucun edib. Eger doqrudanda Emin yol polisin vezifesinden istifade ederek tehqir etmeyibse, hedeleyib poqonun cixartmayibsa, ve eksine ona qarshi zor tetbiq olubsa, bes onda niye o ozu ekspertizadan kecmeyib ve rapotla rehberliye muraciet etmeyib. Bu mene cox qaranlixdirdiki, 18 ilin polis emekdashi yeni bunlari bilmir? Dushunuremki, bilirdi amma inanmirdiki veziyyet bu yere catsin. Duzunu desem bu meseleye gorede polis mayorununda hebs olunmaxini basha dushmurem, onu gunahi subut olduxu halda en uzaxi ishden azad etmekle kifayetlenmey olardi. Her halda meqalede bir terefin fikri derc olduxundan obyektiv olmaqda cetindir, amma yenede oz fikrimde qetiyemki, hec bir sebeb insani Veteninden imtina etmeye vadar etmemelidir. Avropa mehkemesi yaxshi olarki, bizim qacqinlarin erizesine baxib, onlari torpaqlarina qaytarsin yoxsa oz maraqlarina uyqun erizeleri qebul ederek sonra ozumuze tezyiq vasitesi kimi insan huquqlari pozulur deyerek oz elimizle ozumuzu vurmaqla deyil. Komissar Tomas yaxshi olardiki 1milyon qacqin dushmush Azerbaycan vetendashlarinin huquqlarin berpasin temin edilmesi ucun BIR ISH GORSUN.

Kimdən: banda Şəhər: vatansiz
06.03.2010 00:45
niya manim sharhim kecmir yoldashlar.!!!!axi azarbaycanda demokratiya var.soz azadligi var,yoxsa bela deyil, agar beladirsa manim yazdigim sharhlari zahmat olmasa verin.xahish ediram
Cavab

Kimdən: Duz Adamdan Şəhər: Bakidan
23.03.2010 21:23
banda, ele menimde bezi sherhlerim kecmir, bilmirem niye, axi bizde soz azadlixi var, dushunuremki, bezi fikirlerimiz muxalix yonlu olmadixindan onlari derc etmirler, axi esas o deyil esas insan azad fikrini bildirmesidir.

Kimdən: Fuad Şəhər: Baku
23.02.2010 12:44
-))))))) cox gilmelidi dunyanin axridi POLIS POLSIN ayagini taptaladi.Dunyanin axridi.

Kimdən: chekist Şəhər: odessa
22.02.2010 23:30
Azerbaycan polisleri hamisi eynidi, bu polis mayoruda istisna deyil. 15 xalqa olan haksizliq ve zulme goz yumub ( belkede ozude ishtirak edib bu zulmde), amma ozune qarshi bir balaca haksizliq olan kimi avropa mehkemesine yazir.

Kimdən: Аli Şəhər: Agdam
22.02.2010 22:48
Bir deyir hagsızlıgla uzleşib sonra deyir heyder aliyev devlet gurub bu adamdan baş açmag olmur .Heyder eliyev devlet gurmayıb devleti zepit edib.

Kimdən: ELÇİ BEY-eskeri Şəhər: AZERBAYCANın Quzeyi Bakı
22.02.2010 21:07
Çox teessüf ki,Heyder Eliyevin qurduğu hakimiyyeti çoxlar gec derk edir.
Cavab

Kimdən: Farid Gafarog Şəhər: Lankaran
03.03.2010 22:47
Hagsizlig baş alib gedir, insanlar bilmirlar kimə dərdini versin, kimnən kömək istəsin. Hətta zabitlər.