Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 10:55

Rubrikalar / Qarabağ

Dağlıq Qarabağda doğum bumu

Hər anadan olan uşağa ümumilikdə 2 min dollar, yəni 40 ayın maaşı qədər pul verirlər
x
Hər anadan olan uşağa ümumilikdə 2 min dollar, yəni 40 ayın maaşı qədər pul verirlər
Şriftin ölçüsünü dəyiş - +
Doğumu artırmağı Dağlıq Qarabağ hakimiyyəti özünə başlıca vəzifələrdən biri kimi qoyub.

Yerli hakimiyyət bunu Azərbaycan prezidentindən gələn müharibə hədələri ilə izah etməyə çalışır. Bunları «Eurasia View» məcmuəsi yazır.

Ancaq səbəb təkcə budurmu?

Dağlıq Qarabağda orta maaş ayda 50 dollardır. Hər anadan olan uşağa ümumilikdə 2 min dollar, yəni 40 ayın maaşı qədər pul verirlər.

«Eurasia View»nun müxbiri Dağlıq Qarabağda olub. O yazır ki, Dağlıq Qarabağda hara baxırsan, elə hamilələri görürsən.

Onun söhbət etdiyi 20 yaşlı kənd sakini, 7 aylıq uşağı olan qadın deyir ki, 2008-ci ildə toyu olanda toy təşkilatçıları 2 min dollar verdilər, min dollar Dağlıq Qarabağın rəhbəri Bako Saakyan verdi, 2 min dollar uşaq anadan olanda verdilər.

Dağlıq Qarabağ təbii artıma niyə bu qədər önəm verməyə başlayıb?

Bakıdakı Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl: «İnsanları yaşadıqları yerə bağlamaq istəyirlər. Ermənilərdə bir qafiyəli ifadə var – «harda çörəyim, suyum var, ora mənim vətənimdir». İnsanlar köçüb gedir. Onları saxlamaq istəyirlər. Strateji də düşünə bilərlər. Madrid prinsiplərində referendum söhbəti var».

PULLAR HARDANDIR?

Dağlıq Qarabağ bu pulu hardan alır?

İlham İsmayıl
Bu işi iki erməni iş adamı başlayıb. Qarabağda anadan olan və Rusiyada işləyən Hayrapetyan adlı biznesmen Rusiyanın Troyka Dialoq adlı investisiya bankında rəhbər icra vəzifəsi tutan başqa erməni iş adamı Vardanyanla birlikdə yeni proqrama başladıqlarını elan etdilər.

Onlar 2008-ci ildə Dağlıq Qarabağda evlənən 1400 oğlanı və qızı yığıb, 700 cütlüyə toy etdilər və söz verdilər ki, hər anadan olan uşağa 2 min dollar verəcəklər.

Bundan sonra bu işə yerli hökumət də qoşuldu. Dağlıq Qarabağın «doğumu həvəsləndirmə» adlı proqramı birinci uşağa görə 300 dollar, ikinci uşağa 600 dollar, üçüncü uşağa 3 min dollar, dördüncü uşağa 4 min dollar verir.

Dağlıq Qarabağ rəsmilərinin verdiyi məlumata görə, son iki ildə anadan olan uşaqların sayı 30 faiz artıb.

DAĞLIQ QARABAĞDA NƏ QƏDƏR ƏHALİ VAR?

Dağlıq Qarabağ ermənilərinin və azərbaycanlılarının sayı demoqrafik məsələdən başqa həm də perspektivdə siyasi məsələdir.

«Eurasia View» yazır ki, Dağlıq Qarabağda hazırda nə qədər əhali var? – bunu bilən yoxdur. Yerli hakimiyyətin təxminləri 145 mindir. Ancaq bu rəqəmi müstəqil mənbələrdən təsdiqləmək mümkün deyil.

Dağlıq Qarabağda 700 cütün toy mərasimi, 16 oktyabr 2008
Məcmuə yazır ki, 1989-cu ilin sovet statistikasına görə, Dağlıq Qarabağda 200 min əhali vardı. Ancaq bura azərbaycanlılar da daxil idi.

Qeyd edək ki, faktiki olaraq, 1990-cı illərdə Dağlıq Qarabağdan çıxarılan azərbaycanlıları nəzərə alanda son 18 ildə Dağlıq Qarabağın erməni əhalisinin sayı ən yaxşı halda dəyişməyib. Azərbaycanlı ekspertlər hətta hesab edirlər ki, Dağlıq Qarabağda uzağı 90 min adam qalıb. Ancaq gedənlər geri qayıda da bilər.

Başqa amilə gələndə, rəsmi statistikaya görə, azərbaycanlı məcburi köçkünlər arasında doğum yüksək olduğuna görə, ola bilərmi ki, hazırda Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayı ilə erməni əhalisinin sayı arasında nisbət dəyişir?

Azərbaycanlı təhlükəsizlik eksperti İlham İsmayıl deyir ki, təbii artım məsələsində Dağlıq Qarabağın özündən olan köçkünlərlə ətrafından olan köçkünləri fərqləndirmək lazımdır:

«Təbii artım Laçından, Qubadlıdan olanlar arasında böyükdür. Dağlıq Qarabağın özündən olanlar arasında, azərbaycanlıların əsas hissəsini təşkil edən şuşalılar arasında artım böyük deyil».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Blackeyed Ill-Bred Haradan: Azerbaijan
17.03.2010 18:35
PULLAR HARDANDIR?
Bəs konqresin göndərdiyi pullardan xəbəriniz yoxdur!?

Kimdən: bacaranacangurban
01.03.2010 10:57
ruben vardanyan agilli adamdi, rusiyada cox sheylere nail oldu,.,onun planlari barede(esasen rusiyaya ile bagli) oxuyanda valeh olmaya bilmirsen..

Kimdən: azeriden Haradan: rusiyadan
28.02.2010 20:09
bu melumat armeniya-todeyde bir neche ay bundan qabaq derc olunub.azadliq radiostansiyasi bizi tessuflendiren melumat verir.amma diqalarin pis yashadiqlari melumatlari vermirler.sadece olaraq azaqdliq radiostansiyasi ermenilee ishleyir.

Kimdən: müşahidəçidən Haradan: bakıdan
27.02.2010 17:46
sizçə sabah erməni özü torpaqları qaytarsa qarabağlılar bakıdakı alveri qoyu oraya qayıdar?

Kimdən: Anar Haradan: Baki
26.02.2010 11:25
BUrda seslene fikirlerde esas vurgu yapilan hisse "bes sonrasi" dir. Ay qardash sonrasin allah verecey. Yaratdigi bendenin ruzisini vereceyini Allah bize bildirib. esele bu deyil. Iqtidarin dilinden dusmur "Ermenistan iqtisadiyyati bizim tozumuzada cata bilmez". Gelin muqayise eliyek Qarabagda dogulan ushaga 3000 $ verilir. Bizde ise 60 $ onunda 10 $ rushvet alir. Al sene analoqu olmayan iqtisadi inkishaf. Men sizi emin edirem ki hemin 3000 $ alan ushax boyuyende onun haqqin mutleq oduyecek.

Kimdən: Qusik Haradan: Gedebey
25.02.2010 23:26
Deyirler, dovletlinin iti yatmaz, kasibin da.....

Kimdən: qaqa Haradan: bakı
25.02.2010 18:33
onların verdiyi pul bir uşağın bir neçə aylıq ehtiyacın ödyəcək bəs sonra onların xərcin kim çəkəcək.Axı bu uşaqlar 16-18 yaşlarına qədər ancaq "rasxod" tələb edir. Məgər ermənilər düşünürlər ki,qarabağ bundan sonara16-18 ildə onlarda qalacaq?...

Kimdən: Ramil Haradan: Baki
25.02.2010 18:21
Bəs Əliyev deyirdi ki, Ermənistanda və Qarabağda adam qalmayıb.

Kimdən: Anar Agalarzade Haradan: Baki
25.02.2010 16:53
Dogum esas deyil ki. bes bunun sonrasi ne olacaq. bu sadece olaraq ermeni digalarinin novbeti behanesidir.

Kimdən: Ilham Haradan: Aberdeen
25.02.2010 16:52
Amerika prezidentinin ve kongresinin ayirdigi milyonlar bela xarjlanir, yani ABS-in Azerbaijandaki sefiri dediyi kimi, Daglig Garabaga humanitar yardim kimi... Amma bu hummanitar yardim Dagliq Garabag ehalisinin suni suretda artmasina sebab olur, ve ABS bundan gelejakda meharetla Azerbaijana garshi istifade eda bilar...
Cavab

Kimdən: elli Haradan: elden kanardan
26.02.2010 07:31
Esas mesele ondan ibaretdir ki, evvelceden Garabagh meselesinin muellifi ermeni diasporasidir. Indi ise yene de pul tokurler ki onlari saxlasinlar Garabagda ve elbetde saylarini artirsinlar statistika ve "Boyuk Ermenistan" efsanesine gore. Axi "boyuk dovletin" ehalisi de chox olmalidir....