Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Dünya

Türkiyədə nə baş verir?

Prezident Abdulla Gül, Baş nazir Rəcəb Tayyip Ərdoğan və Baş Qərargah rəisi İlkər Başbuğ Ankarada görüşdülər, 25 fevral 2010

Prezident Abdulla Gül, Baş nazir Rəcəb Tayyip Ərdoğan və Baş Qərargah rəisi İlkər Başbuğ Ankarada görüşdülər, 25 fevral 2010

25.02.2010
Yeni dövlət çevrilişi iddiaları üzündən generallar, indiki və keçmiş ordu komandanları həbs edilir.

Bundan narazı qalan silahlı qüvələr rəhbərliyi Baş Qərargahda dalbadal görüşlər keçirir. Siyasi hakimiyyətə ciddi xəbərdarlıq oluna bilər.

ÜÇLÜNÜN GÖRÜŞÜ

Son günlər Türkiyədə siyasi gündəmi məhz bu xəbərlər işğal edib. O üzdən dünən axşam açıqlananda ki, fevralın 25-də prezident Abdulla Gülün iqamətgahında Baş nazir Rəcəb Tayyib Ərdoğan və Ordunun Baş Qərargah rəisi general İlkər Başbuğ görüşəcəklər, çoxları bu toplantıdan ciddi açıqlamalar gözləyirdi.

Görüş baş tutdu, toplantıya baş nazir də, Baş Qərargah rəisi də öz çantaları ilə gəlmişdilər. Üç saata yaxın davam edən görüşdən əvvəl media video və şəkillər çəkdi, çantalardan başqa qeyri-adı bir şey gözə dəymədi də. Sadəcə, toplantı uzandıqca müxtəlif ehtimallar səslənirdi. Amma toplantı başa çatdı və sonra prezident, baş nazir və Baş Qərargah rəisi birlikdə nahar elədilər və dağılışdılar.

Hər kəsin intizarla gözlədiyi kritik zirvə haqda açıqlama isə Türkiyə prezidentinin rəsmi saytından verildi.

«Prezident Baş nazir və Baş Qərargah rəisi ilə ayrı-ayrılıqda olan həftəlik görüşünü bu dəfə bir yerdə keçirməyi daha uyğun sayıb. Toplantıda son vaxtlar ictimai rəydə müzakirə edilən məsələlər diqqətlə incələnib. Və müzakirə edilən məsələlərin konstitusiyamıza və qanunumuza uyğun şəkildə həll ediləcəyindən vətəndaşlarımızın əmin olması və ayrı-ayrı dövlət qurumlarının gözdən salınmaması üçün hər kəsin məsuliyyətini nəzərə alaraq hərəkət etməsi lazım olduğu bir daha vurğulanmışdır».

ÇOX FAYDALI MÜZAKİRƏ

Baş nazir Ərdoğan toplantıdan çıxarkən bir cümləylə çox faydalı müzakirə getdiyini deyib. Amma sonradan,
Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Özdən Örnək polisin müşayiəti ilə İstanbul məhkəməsinə gəlir, 25 fevral 2010
Türkiyə parlamentində olarkən jurnalistlərə deyib ki, son baş verənlərdən sonra erkən seçkiyə getməklə bağlı ehtimallar əsassızdır. İqtidar partiyasının erkən seçkiyə getmək niyyəti yoxdur. Partiya məhkəmə sistemiylə bağlı islahatları da davam etdirəcək.

Qısacası, Türkiyədə bir çox şərhçilərin fikrincə, bu toplantıdan çıxan mesajlar elə də açıq olmadığı üçün, hər şeyin davamı, sadəcə, bir qədər sakit davamı gözlənilir. Yəni iqtidardakı Ədalət və İnkişaf Partiyası yenə də bəzi siyasətlərini, məsələn, elə Orduyla bağlı «Ergenekon» araşdırması və sonuncu «Çəkiç» çevriliş planıyla bağlı iddiaların araşdırılmasında israr edəcək, Silahlı Qüvvələr isə yenə də bəzi məsələlərdə kürd problemi, terrorla mübarizə, strateji qərarlar və ölkənin dünyəviliyinin qorunması məsələlərində əsas söz sahibi olmaqda israr edəcək.

«BU, DEMOKRATLARIN ANTİ-DEMOKRATLARLA MÜBARİZƏSİ DEYİL»

Türkiyədə təhlükəsizlik məsələri üzrə ekspert Garet Cenkins deyir ki, əslində, baş verənlərin heç birinin demokratiyaya dəxli yoxdur. Sadəcə, ölkədə iki avtoritar qüvvə - Ədalət və İnkişaf Partiyası və Türkiyə Ordusu mütləq hakimiyyətini bölüşmək istəmir:

«Faktiki olaraq son iki ildə biz ölkədə iki avtoritar qüvvənin hakimiyyət davasını görürük. Bu, demokratların anti-demokratlarla mübarizəsi deyil. Burda hər iki tərəf avtoritar güclərdir. Xüsusən də son illər iqtidar partiyası da avtopritar hakimiyyətini ciddi şəkildə gücləndirməyə çalışır».

Əslində, gün ərzində elə bu da baş verib. Həftənin əvvəlindən bəri həbs edilən keçmiş Hərbi Hava Qüvvələri komandiri, general İbrahim Fırtına, Dəniz Qüvvələri komandiri, admiral Özdən Örnək, 1-ci Ordunun keçmiş komandiri Ergin Sayqun bu gün ifadə veriblər. İstefada olan bu generalların ifadələrini Baş prokurorlar alıb. Generallar binadan gülümsəyərək çıxıblar. Digər bir ordu komandiri Çetin Doğanın dindirilməsi isə sabaha qalıb.

Bu gün dindirilən zabitlərdən isə 13-ü də həbs edilib, beləliklə saxlanan 49 nəfər içindən artıq məhkəmə tərəfindən həbs edilənlərin sayı 20-yə çatıb. Onların arasında keçmiş generallar və polkovniklər də var.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Qazi Şəhər: Veten
03.03.2010 09:04
Ali qardasima bir seyi bildirmek isteyirem!
Qardasim Ali Erdogan senin dediyin qanunlarin hamisini deyisecek!En esasi ise TSK-nin qanunla tesbit olunmus mudaxile huququnu aradan qaldiracaq! Bununla TSK-ni neytrallasdiracaq. Erdogan demek olar ki, 75% istediyine catib.Turk dovletini dagidib yerinde konfederativ dovlet yaradacaqlar.Bu Qərb dairələrinin coxdanki planlaridir.Onlar Orta doguda Turk dovletini hezm ede bilmirler.Yadda saxlayin egdahanin basini kesenden sonra onun bedeni qorxulu deyil!Turk milletinin basi onun ordusudur! Ordunu neytrallasdirmaq ucun ise onun basinda durani deyismek kifayetdir!Bunu da Erdogan hakimiyyete gelende birinci novbede eliyib.Menim zennimce ordu indi cixilmaz veziyyete dusub,cunki ordu bascisi uzerine duseni etmir.Ilker Basbug arada bir cixib milletin hirsini yatirtmaq ucun cixislar edir.Mene deyin gorum neye gore tutulan herbicileri herbi prokurorluq yox mulki prokurorluq muhakime edir? Ona gore ki, herbi prokuror muhakime etse Erdoganin butun yalanlari ve qurulan ssenariler uze cixar! Mene deyin bes Ilker Basbug buna niye icaze verir?Cunki Erdoganla bir cebhededir!Bunu basa dusmek ucun hec orta tehsil bele lazim deyil.Ordunun butun qanuni imkanlari var ki, bunlarin qarsisini alsin!Nece ola biler ki, General hebs olunur,alcaldilir amma Bas Qerargah buna goz yumur!Ne var-ne var adini qoyublar demokratiya ve insanlari Turk milletinin esl qeyretli ogullarina qarsi total repressiya baslayiblar.Deyilesi soz coxdur!Amma bu forumda mumkun deyil.Ayil ey ulu Turk milleti, gor buraxdigin sehv hardadir tezlikle aradan qaldir,yoxsa veziyyet cetindir!Bir an bele buraxmaq olmaz,vaxt cox azdir!!! Amin!!

Kimdən: Sara
01.03.2010 23:00
Qeribe burasidir ki, Basgbuqla gorushden sonra 17 neferi buraxib, 18 neferi hebs edibler.

Kimdən: azeriden Şəhər: rusiyadan
01.03.2010 22:06
TURKLERDEN BUTUN DUNYADA SHAHLI TURK ORDUSUNA GORE GORXURLAR. TURK ORDUSU YIXILSA,DEMEK BUTUN DUNYA TURKLERI YIXILACAG.ERDOQAN VE GULU MEHKEMEYE VERMEK LAZIMDIR.
Cavab

Kimdən: Sara
02.03.2010 23:36
Sizinle tam raziyam.

Kimdən: Oguz turku Şəhər: Turan
01.03.2010 09:10
Men serhimi yazmisam ancaq bir elave edecem!
Ey sadelohv Turk ve Azeri milletinin ovladlari men sexsen TSK-nin bas qerargah reisine inanmiram! Onlarin hamisinin hereketlri bir monipulyasiyadir.Bir seyi yadda saxlayin!Eger ordunu idare eden onlarin adami olmasaydi Erdogan hec vaxt bu siyasetini yeride bilmezdi.Ele birinci orduda deyisiklik edibler,onlar sadece bir muddet oz rollarini oynayib bezi ozlerine tehluke yarada bilecek generallari iceri atacaqlar.Ondan sonra istediklerine nail olacaqlar.Bir yada salin,Ilker Bashbug ne zanandan bas qerargah reisidir?Bu derecede sadelohv olmaq olmaz!En tehlukelisi de ele burdadir ki,Turk milleti orduya inanir indi,ele bilir ki, Erdogan repressiyalarini davam etdirse ordu buna imkan vermeyecek!Cox tanis bir ssenaridir,indi de Turk milletinin uzerinde oynanilir! Nece olur ki, ordu kosmi otaqlarda yoldan kecen bir prokurorun arasdirma aparmasina serait yaradir????Bu harda gorunub???Hansi demokrat olkede bele hallar olub???? Turk milletinin butun gizli qurumlarini ifsha etdiler!Bunu berpa etmek mumkun deyil!!!Basqa dovletlerin ekskeshfiyyat qurumlari milyardlarla pul xerclemisdiler amma bu neticeni elde ede bilmemisdiler!! Bir azdan Turkiyedeki azad fikirli insanlar orani mecbur olub terk edecekler.Dunyanin butun guclu keshfiyyat qurumlari indi Turkiyede bu dovleti diz cokdurmek uchun ellesirler. Hele indiye kimi bu millet deyerdim ki, hec CANAQQALA savasinda bele umidsiz olmamisdi.Hami nagil danisir,Erdogan ise Fetullah Gulenin tapsirigini yerine yetirir!Maraglisi da odur ki, bunu 90% millet bilir.Bunlarin bir partiyasi var idi adi FEZILET partiyasi idi indi adini deyisib qoyublar Ak parti, AKP.Ey menim ulu Turk milletim!Ayil!!Hec kime inanma butun hakimiyyet qurumlari satilib!

Kimdən: Faruk Nafiz Özak Şəhər: İstanbul
28.02.2010 23:19
Devlet Bakanı Faruk Nafiz Özak, ''Halk bir şey anlamaz, halk reyini verir, ama bu ülkeyi biz yönetiriz'' diyen anlayışın tasfiye edileceğini bildirdi.

Adnan Menderes, 'yeter söz milletindir' demişti ve 10 yıl Türkiye uçmuştu, ama yine önü kesilmişti. Daha sonra rahmetli Özal ve sonra Tayyip bey, 'yeter karar milletindir' diyerek geldi.''

Kimdən: Sara
28.02.2010 15:40
@Anonymous -
1 - "Naghil" dediklerinizi hebs olunan generallarin ovladlari, VEKILLERI, onlarin Ingilterede yashayan qohumlari ve nehayet TURKIYENI SEVEN MILLETCHILER deyir, men yox. Elinin rengi Turk qanindan gorunmeyen Ocalani hebs eden generali hebs ederken ona bohtandan bashqa daha ne demeliydiler ki. Sizin teqib etdiyiniz qazetler ya nurchulara ya da PKK-ya baghlidir. Daim insan huquqlarindan danishan Qerb indi hara baxir, yoxsa yetishmesine 20-30 il lazim olan general insan deyil. 7 il bundan evvel hazirlanan "chevrilish" indi niye ortaya chixdi, bu 7 il erzinde niye chevrilish olmadi goresen????????
2 - Bir neche il bundan evvel AKP-a tezyiq olan kimi AB bunu Turkiyede anti-demokratik adlandiraraq BOYUK NUMAYENDE HEYYETI ile Tukiyeye yola dushdu ki, birden onlar hakimiyyetden geder, planlar pozular.
3 - Erdoghan DOVLETE BAGHLI OLMAYAN qazetlere deyir ki, kim ki, dovleti tenqid edir, o jurnalistlere qapini gosterin. neche neche qazet Erdoghanin kurekenine ve ozune baghlidir??? Bunu men yox Turkiye qazetleri yazir, parlamentde milletci deputatlar deyir (yeqin hami naghil danishir, bir sizden bashqa)
4 - Erdoghan protokollari Azerbaycandan xebersiz muzakire edib, mehz buna gore de M Memmedquliyevle A Babacanin arasinda guclu narahatliq yashanib. Serhedler achilmasi ile baghli nelerin olacaghini yaxin vaxtlarda ozunuz GORECEKSINIZ, men yazsam deyeceksiniz konspirasiyadir, yalandir. CHOX QALMAYIB. Bir de ki, serhedler artiq achiq kimidir onsuzda. Onlarla Turk shirketi Ermenistanda artiq fealiyyete bashlayib. Bunlari gormemek uchun sadece kor olmaq lazimdir.
5 - "soyqirim" ise novbeti shoudur. Bunlar serhedleri achmaq uchun hem Azerbaycana hem de Turkiyeye tezyiq vasitesidir. ABS icaze vermez ki, her hansi olke NATO-ya daxil olan olkeden torpaq teleb etsin, elexsus da ki, bu dovlet Rusiyanin forpostu olsun. Soyqirim tekce onu tanimaqla bitmir, onun arxasinda maliyye, torpaqlarin ermenistana verilmesi ve s. oyunlari durur.
6. - PKK-cilar Avropadan durub Turkiyeye getdiler, bundan sonra Ocalani yeni, sheraitli bir "hebsxana"-ya kochurduler.
7 - Turkiye indiye qeder banan olkesi deyildi, amma bundan sonra baxariq. Erdoghan ise hech de guclu siyasetchi deyil, o sadece dinchi, intiqamchi, kuseyen bir insandir. Guclu siyasetchi Davosda o hereketi etmezdi.
Butun bunlar size naghildirsa onda sherhlri davam etmeye deymez.

O ki, qaldi I Eliyeve - onu bu muzakireye qoshmaqla Erdoghanin pisliyini ortmek istemishsinizse, bu chox muveffeqiyyetsiz alinib. Menim yazdiqlarimda Azerbaycanda rushveti destekleyen bir misra yazi gordunuzse zehmet olmasa meni de xeberdar edin.
Utanmaq meselesine geldikde ise meslehetim budur ki, oz milletinize qulluq edin, yadlara yox - nida isharesi ile.

Kimdən: Murad
28.02.2010 04:48
Turkiyede bash veren demokratikleshmedir, ordunun hami kimi huquqa tabe olmasidir. 50 ildi Turkiyede ordu huququn ustundedir, gizli cinayetleri ishlemekde serbestdir ve hech kim bata bilmir. Amma bugun Turkiye xalqi artiq ayilib ve Turkiyede mutleq guc sahibinin onun sechdiyi hakimiyyetin olmasini isteyir.
Bir Azerbaycanli olaraq buna yalniz sevine bilerem, chun ki guclu Turkiye guclu Azerbaycan demekdir.

Kimdən: Sara
26.02.2010 15:03
@sezen - her bir dovlet bashchisi oz xalqi qarshisinda ciddi mesuliyyet dashiyir. Ve her bir rehberin borcudur ki, oz olksinde sivil dovletin qarantoru kimi chixish etsin. Indi Turkiyede bash verenler ise avtokrat bir dovletden xeber verir. Kim fetullahchi deyilse, kim ermeni deyilse gorun ne tezyiqlere qaliblar. Hebs olunan Turk Generallarina verilen suallara baxin: - Sizin AKP haqda movqeyiniz nedir; AKP-nin yurutduyu siyaset haqda ne fikirleshirsiniz? ve s. Bu alchaldici suallar Iran adlanan coghrafiyada shah rejimi gedenden sonra qeyri-molla olanlara verilirdi, hetta universitetlere gedenlerden evvel ideologiya imtahani alinirdi, bu da neticesi.
Tek Erdoghan-Gul-un yox, eyni zamanda I Eliyev hokumetinin borcudur ki, her hansi ish gorerken bunun Turk xalqina eser eden neticelerini evvelceden dushunsunler. Erdoghanin imzaladighi protokollar Azerbaycan eleyhine 21-ci esrin Gulustan muqavilesidir.
Turklerin dunya seviyyeli huquqshunaslari var, bu protokollar imzalananda onlar harda olublar? Elbet ki, bundan hech onlarin xeberi bele olmayib, chunki her shey adlarini deyishmish ermenilerin ve nurchularin eli ile edilib, milletchiler ise XALQ DUSHMENI SAYILIB.
BIZ BIR OLMASAQ BIZI ASANLIQLA TEKBETEK SINDIRACAQLAR, BOLUB MEHV DECEKLER. Naghillarda olan kimi...
Cavab

Kimdən: Anonymous
28.02.2010 04:44
Xanim xahish edirem nagil danishanda bir az ele danishin inandirici olsun.
Hech kim tutulan generallara siz deyen suallri vermeyib, Allaha shukur Turkiye metbuatini teqib edirik. Generallar mescidi partlatmaghi, dovlet chevrilishini planladiglari uchun tutulublar. Koch muzeyinde tapilan bomba faktdir, istesez gozunuzu qulaginizi yumub inanmayin.

Bundan elave ordu bash komandani Ilker Bashbug da kichik adam deyil. Eger ciddi iddialardan dolayi tutulmasaydilar Bashbug buna izin vermezdi.

Erdoganin Ermenistanla imzaladigi protokol Garabagh meselesini yeniden gundeme getirdi, faktiki olaraq Amerika seferi zamani Erdogan hem Obamayla gorushunde, hem metbuat konfransinda israrla Azerbaycan torpaqlarinin azad olunmali oldugunu vurguladi. Ve bunu deyen herhansi banan olkesinin rehberi deyildi, yaxin shergin en guclu dovletinin bashchisi idi.
Butun bunlara baxin, sonra oz prezidentinizin emellerine baxin, ordumuza baxin, rushvete baxin ve elinizi varsa vicdaniniza qoyub utanin !


Kimdən: sezen Şəhər: agsudan
26.02.2010 12:47
ay sarah, bes ne vaxtacan turkler gelib senin torpagini gorumag icin olmelidirler . gazi nefti satanda gardas oldugunuz yaddan cixir niye indi de erdogan seni mudafie etmelidir kidemirsen ki derin guclu dovlet yaradib senin onderlerin goruyun da turku ne edirsiz O geder agilli generallar var gorusunlar da niye gorumurlar ki
Cavab

Kimdən: ali Şəhər: Eskişehir
27.02.2010 22:34
Türkiye Cumhuriyeti Kanunlarına göre, Türkiye Türk milletinden olan insanları savunmak zorundadır. Bu kanundur....Azerbaycan hem müslüman hem Türktür....Dolayısıyla Türkiye Azerbaycanı savunmak zorundadır....kanunları bunu gerektirir...Erdoğanın Gülün ne dediği değil Türk Halkının...Türkiye Cumhuriyeti Kanunlarının ne dediğine bakmak lazım....Erdoğan da Gül de kanunlara uymak zorundadır....Türkiye ne pahasına olursa olsun Azerbaycanın yanında yer almak zorundadır...Zaten ermeni dürzüler, esasen Türkiyeye düşmandır...bütün Türk Halkına düşmandır....TÜRKİYE KANUNLARINA GÖRE TÜRK ORDUSU, TÜRKLERİ SAVUNMAK ZORUNDADIR....Azerbaycanda yaşayan insanların Türk olduğunu bilmeyen mi var?....Türkiyede yaşayan bir çok azeri vatandaşımız kendilerinin Türk olduğunu söylerler....her ne kadar Azerbaycan da farklı söylemler olduğunu biliyosak da.....peki dili niye Türkçe Azerilerin....demekki ortak bir geçmişimiz var...Biz aynı halkın insanlarıyız....

Kimdən: Anar Şəhər: Baki
26.02.2010 12:47
Tarixde TSK bir nece defe hakimiyyeti devirib ve bu Turkiyeni geri salib Men hesab eliyirem ki ordu musteqil olmalidir onun siyasetle meshgul olmasi yol verilmezdir. Eslinde ordunun hakimiyyete mudaxilesi demokratiyani bogur. Halhazirda Turkiye mueyyen seviyeye gelib dunya onunla hesablasir. yeniden neyinse bash vermesi bu ilk novbede bizim ziyanimizadi.
    Növbəti 
Səhifə (2)