Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:36

Verilişlər / Kontekst

Sələfilər haralarda yığışırlar?..

Şriftin ölçüsünü dəyiş - +
Müşfiqabad qəsəbəsinin kiçik və təmirsiz məscidində obrazlı desək, iynə atsan yerə düşməz. Cümə namazına gələnlərin çoxunun xarici görünüşü qəsəbənin sakinlərindən fərqlidir – saqqalları sinələrinə düşür, şalvarlarının balaqları qısadır.

Özlərinin dili ilə desək, sələfilər, bəzilərinin onları adlandırdığı kimi desək, vəhhabilər son vaxtlar paytaxtdan 18 km. uzaqda yerləşən Müşfiqabad qəsəbəsində tez-tez görünməyə başlayıblar.

2008-ci ilin avqustunda, şəhərin mərkəzində, sələfilərin yığışdığı «Əbu Bəkr» məscidindəki partlayışda 2 nəfər ölüb, 19 nəfər yaralanıb, hadisədən sonra hökumət bu məscidi bağlayıb. Sələfilər əsasən, şiə məscidlərinə getmirlər. Onlar ya «İlahiyyat» məscidinə yığışırlar, ya da şəhərin ucqarlarında - Müşfiqabad, Qaraçuxur qəsəbəsindəki məscidlərdə namaz qılırlar. 43 yaşlı Abdulla İmanov da deyir ki, «Əbu Bəkr» bağlananı onun əziyyəti artıb:

ORADA MƏSCİD VAR, AMMA BİZ ORA GETMİRİK

«Xırdalandan gəlmişəm. Orada məscid var, amma biz ora getmirik. «Əbu-Bəkr»i bağladılar, ona görə bura gəlmişik».

«Əbu Bəkr» məscidi ilə bağlı işin istintaqı başa çatıb, məhkəmə davam edir.

Hakimiyyət rəsmiləri dəfələrlə deyiblər ki, partlayışın səbəbi barədə qərar olmayana qədər məscid
Hacı Mübariz Qaçayev
açılmayacaq.

İlahiyyatçı Elşad Miri deyir ki, hökumət «Əbu Bəkr»i açmamaqla sələfiləri əksinə, özünə qarşı çevirə bilər. Bundan başqa, sələfilərin bir yox, bir neçə məsciddə toplanması onlara nəzarət üçün də əlverişsizdir:

«Biri var adamlara bir məsciddə nəzarət edəsən, biri də var bir neçə yerdə - ayrı ayrı məclislərdə, məscidlərdə, evlərdə yığışarkən nəzarət etmək. Məncə, «Əbu- Bəkr»in açılması daha məqsədəuyğundur».

Müşfiqabad məscidinin şeyxi Hacı Mübariz Qaçayev AzadlıqRadiosuna deyir ki, bir müddət əvvəl onu Qaradağ rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliyinə çağırıb deyiblər ki, təhlükəsizlik məqsədilə şəhərin başqa yerindən gələnlərin qarşısını alsın, məscidə buraxmasın, təxribat gözlənilir:

«Təhlükəsizlik məqsədilə edir hökumət bunu. Heç bir hökumət istəməz ki, nə isə xoşagəlməz hadisə baş versin».

Hacı Qamət Süleymanov
Mübariz Qaçayev deyir ki, hələ ki, məscidə gələnlərə mane olan yoxdur.

HAKİMİYYƏT «ƏBU BƏKR»İ SİYASİ SƏBƏBDƏN AÇMIR

«Əbu Bəkr» məscidinin imamı Hacı Qamət Süleymanov isə bildirir ki, məscidin bağlanması ilə bağlı məhkəmə qərarı yoxdur, sadəcə olaraq, partlayışdan sonra məscidi açmayıblar, məscid bununla bağlı hökuməti məhkəməyə verib, işi uduzub, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Qamət Süleymanov deyir ki, hakimiyyət «Əbu Bəkr»i siyasi səbəbdən açmır:

«Əlbəttə, biz böyük qüvvə idik, yeddi mindən çox adam gəlirdi məscidə bir dəfəyə. Ola bilsin ki, bəzi adamlar bundan qorxuya düşüblər».

Amma hakimiyyət rəsmiləri indiyə qədər Qamət Süleymanovun bu haqda iddialarını rədd ediblər.

«Əbu Bəkr» məscidinin məlumatına görə, Azərbaycanda 30 minə yaxın sələfi var.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (6)
    Növbəti 
Kimdən: Naıle Haradan: Bakı
18.03.2010 10:21
Afat , Ukraynadan cox yeride qeyd etdiniz , basamizin altina yastiq qoyub , muselmaniq deyib yatizdirirlar, ozleri ermen- xristian ile qucaqlasib opusurler (iran), biz muselman - turkleri gorende basimiza balta cekirler.

Kimdən: Sabir
17.03.2010 01:13
SübhanAllah! Siz Allahdan qorxmursunuz? Kim nə gəldi danışır və hər kəs özünü ağıllı göstərməyə çalışır. Fələstində,İraqda,Əfqanıstanda,Pakistanda və başqa yerlərdə müsəlmanların başına gələnlər sizi düşündürmür?Baki İslam mədəniyyəti paytaxtı elan edildi amma həmin il elə Bakıda 2 məscid bağlanıldi.Rayonlarda da həmçinin.17 ilə yaxındır ki torpaqlarımız işğal olunub.Müsəlmanın torpağı.2-3 dənə də Avropa kuklası yalandan gəlib gedir Azərbaycana.Guya Avropa bu məsələni həll edə bilmir??? Əgər biz erməninin 20 % torpağını tutsaydıq Avropa və ya Amerika bu məsələni 17 il uzadardı???? Çətin ki !!! Terrora qarşı mücadilə adiyla İraqda,Əfqanıstandakı əhalini qırır,mücahidlərə qarşı vuruşub adını anti-terror qoyurlar.Fəxrlə də əməliyyatda filan qədər müsəlmanı öldürüb televiziyada deyirlər,biz avamlar da bunu doğru olduğunu zənn edirik.Anlamalıyiq ki,müsəlmanın müsəlmandan başqa dostu yoxdur !!! Bir birimizin ətini yeyib,sən vəhhabisən,sən şiəsən deməkdənsə ümmətin bu halını düşünmək lazımdır.İnsanlar İslamı anlatmaq lazımdır.İndi mübahisə yox İslama dəvət vaxtıdır.Vallahi bunu etsək şübhasiz ki Allah da bizə Öz yardımını göndərəcək.O ki qaldı örtünməyə,əlbəttə ki örtünənlə çırıl cılpaq gəzən bir ola bilməz !! İman əhli ilə küfr əhli bir ola bilməz!! Zikr edənlə qəlbi qəflətdə olan bir ola bilməz!!
Cavab

Kimdən: Perikl
18.03.2010 17:06
Sabir, məni nəyə görə maraqlandırmalıdır ki,Fələstində nə baş verir?!
Terrorçu ocağı olub-Fələstin həmişə.
Sizin kimilərə qalsa, hizbullaha,talibana da haqq qazandırarsınız.
yazmısan ki, "İman əhli ilə küfr əhli bir ola bilməz!!".
Belə çixirki,Azərbaycanda nə qədər 5 metr qara parçaya bürünməyən varsa_hamısı küfr əhlidi???
əlinizdə imkan olsa,buranı da Səudiyyə Ərəbistana çevirərsiniz.
Cavab

Kimdən: Afat Haradan: Ukrayna
17.03.2010 21:45
Bəli, Sabir bəy, müsəlmanin müsəlmandan başga dostu yoxdur. Məsələn, İranla Azərbayjan kimi . O gədər güjlü dostug ki, erməni nə gələt eləyir bizim aramiza girə...
Cavab

Kimdən: Bayat Haradan: Praga
17.03.2010 11:09
Salam Aleykum. Azerbaycan cemiyyetinin chox kichik bir hissesi toplashib buraya ve fikir verirsinizse, nece virual qarshidurma var. Bu qarshidurma, Allah qorusun, cemiyyete emelde kechse bu artiq toplumun parchalanmasidir ki, bu da Azerbaycanin dushmenlerinin arzusudur. Eksine bu qarshiliqli inkar deyil, fikir mubadilesi ve dialoq formasina kechse, onda inkishafa ve maariflemdirmeye sebeb olar.
1) Mezhebler ve teriqetlerin ekseriyyeti fiqh esasinda ve heqiqeti tapmaq meqsedile yaranmish olsa da vaxtile, bu gun bir chox quvvelerin elinde oz tesir dairelerini genishlendirmek uchun alet kimi istifade olunur.
2) Men ele gelir ki, hech neyi butleshdirmek ve ilahileshdirmek olmaz. O cumleden de, Peygemberi (s.a.s) ve Hezreti Elini (eliyhissalam/raziallahu anh), ne de sehabeleri ve ehli beyti. Ilahi sifet ve adlar yalniz Allaha aiddir. Yerde qalanlarin hamisi besher evladi olublar, dogub ve dogulubdurlar.
3) Ilahi kelam yalniz Qurani Kerimde'dir (tebii ki, bundan evvelki muqeddes kitablarda da o cumleden, ola biler, buna qeti soz deye bilmerem). Yerde qalanlarin hamisi (o cumleden, sunne) insan evladi terefinden deyilibdir ve imani mohkemleden emel ve sozler zamanina, dovrune, sheraitine uygun olaraq tetbiq etmek mumkundurse, yaxshi olar. Hem de mumkundur ki, eyni dovrde ve mekanda yashayan 2 adam (ve ya insanlar) muxtelif shertlerden ireli gelerek sunnenin ayri ayri hisselerine emel etsinler ve ya hamisina emel ede bilmesinler. Buna gore de onlari dinden chixmaqda gunahlandirmaq duzgun deyildir.
4) Her bir xalqin adet ve enenesi vardir. Bu adetlere ve enenelere, eger dinimizin temellerine (xususi ferqlendirirem, "temellerine") zerbe vurmursa, hormetle yanashmaq lazimdir. Ola biler ki, bu adet enenelerin bezi rituallari adet eneneye evvelki dinden kechibdir, amma artiq kohne dini ritual menasini itirib ve milli deyere chevrilibdir. Tutaq ki, ola biler ki, chershenbe axshamlarinda od qalamaq ateshperestlikden qalibdir, amma biz bu gun ona dini ritual kimi deyil, sirf enene kimi yanashiriqsa, bunu pislemek lazim deyildir (herchend ki, men ozum shexsen bu bayramin Kechel ve Kosa personajlarini qetiyyen sevmirem, hetta deyerdim ki, esebileshirem, elece de eline torba alib qapi-qapi pay ummagi xoshlamiram, mene ele gelir ki, burada el achmaq kimi bir shey vardir (dilenmek yazmaq istedim, qorxdum meni "milli mentalitete eyri baxmaqda suchlayib "topa" tutarlar), belke de bu el achmaq deyil, paylashmaq ve bolushmekdir, amma nese. Xususen de bezi yerlerde torba evezine papaq kullanmagi umumiyyetle beyenmirem. Amma menim beyenib beyenmemeyim mene aiddir, ve eger bu toplum bunu beyenirse, normal yanashmaq lazimdir. Beyenmeyenler ise maariflendirme ile bunu aradan qaldirmaga cehd etmelidirler, daha zor, inkar ve s ile deyil.
5) Unutmaq lazim deyildir ki, Islam sunnesinin bir chox hisseleri de sunnenin yarandigi ereb muhitinin o zamanki adet ve enenesinden qaynaqlanmishdir.
6) O ki qaldi, mezheblerde olan tolerantliga menim fikrim budur. Zor duzgun deyildir. Eger qadin turban ve ya cadra ortmek isteyirse, gozel, ortmek istemirse, bu da gozel. Duzunu ALLAH bilir. Ortmek istemeyen qadinin heyat yoldashi mecbur edirse, ayrilsin, ushaqlari varsa, onda sechim etsin ya ovladlari, ya da azadligi. Amma gerekdir ki, kishi de basha dushsun ki, zor duz deyildir. Indi deyek ki, kishi deyir ki, qadin basha dusmur ki, bu gunahdir. Sen qadinina izah et, basha sal, qebul etmirse, axiretde cavab vermek onun oz ishidir. Duzdur aile uzvlerine yol gostermek de mence axiretde sorulacaq suallar ve mesuliyyetlar ichindedir, amma sen de ve oz borcundan chix. UNutmaq lazim deyildir ki, Allah Teala da Mehemmede (s.a.s) "de" deye yol gosterir, "get bashin yar, mecbur et demir".

Allah hamimiza hidayet versin, sehvlerimizi ve yaxinlarimizin sehvlerin bagishlasin. Bizi duz yolda olanlardan etsin, bize komek olsun ki, onun yolu ile gedenlerden olaq, onun yolundan chixanlardan olmayaq. Allah amaninda.

Kimdən: Ayaz Haradan: Bakı
15.03.2010 02:58
Bəli düzdür bu ölkədə haqsıszlıqlar var, bu hamıya qarşıdır lap günü sabah xristianlar da güclənsə ölkəmizdə hakimiyyət onları da devirəcək. Və bundan yalnız bir çıxış yolu var yalnız bir çünki haqsızlıq və küfr təkcə bizim ölkədə yox bütün dünyanı bürüyüb lap iranı da. Və çıxış yolunu sizə deyirəm o qurandadır: “ O, (Allah) həmən kəsdir ki, öz Rəsulunu hidayət və haqq dini ilə yer üzərinə göndərdi ki, bütün dinlərə qələbə çalsın, hərçənd ( bu iş ) müşriklərin xoşuna gəlməsə də.” (Tövbə-33.)
İmam Sadiq (ə) buyurub: “And olsun Allaha, bizim Qaimimiz qiyam etməyincə bu ayə gerçəkləşməyib, doğrulmayacaqdır.”
“Allah-taala sizlərdən iman gətirib, saleh əməllər görənlərə vədə verib - onları (yer üzərində) xəlifə və canişin qərar verəcək, necə ki, sizdən öncələrini xəlifə və canişin qərar verdi.” (Nur-55.)
İmama Səccad (ə) buyurub: “And olsun Allaha! Onlar bizim şiələrimizdirlər və Allah bu işi bizim ( nəslimizdən ) olan bir nəfərə verəcək ki, o ümmətin hidayətçisidir.”
Bəli haqq şiələrin tərəfindədir onda sonra yəni zühurdan sonra görəcəm sizləri batil əqidələrinizi nəbilim ziyarət haram siğə haram bütün küfr və batil aradan gedəcək.İnşaAllah mən də O həzrətin dəstəsindən olaram

Kimdən: ABDULLAH Haradan: Az'rbaycan
14.03.2010 19:00
Kod_ Bəzilərinə var, dövlət onu itirmək qorxusundan başqa heçnə gətirmir.
Hə düz deyirsiz Avropa çıxaracaq sizi "Ağ günə".
Qızıldan olsada qarğa yuvası
Adı ki, qarğadı nədir mənası..
Əlinizin altında bu qədər məlumat ola-ola siz ki maraqlanmirsız İSLAM DİNİNDƏ nə buyurulub, nə haqqında buyurulub daha sizə sözüm yoxdur.

Kimdən: ABDULLAH Haradan: Azərbaycan
14.03.2010 18:44
Nurlan keçən yazımda qeyd etmişdim QURANİ KƏRİM yalnız 7ci əsr üçün (orat əsrlər üçün) yox qiyamətədək əməl edəcəyimiz kitabdır. Qaldı ki sizin 3metr qara parça adlandırdığınıza. Qadınlar ALLAH st buyurduğu kimi geyinsinlər yoxsa mini, dar, sinəsi çöldə, boğazi, baldırı ümumiyətlə lüt üryan gəzsinlər,.. Hansı daha yaxşıdı?
Kultura soyunmaqdı?
Saqqal saxlamaq Hz Məhəmməd"in s.a.s sünnəsidi.
Ərəbistanın nəqliyyat naziri bilər qadın maşın sürər ya yox. Ərəbistan QURANİ KƏRİMƏ tam əməl etmirsə biz neynək? İslam dinində kişidə, qadında bərabərhüquqludu. ( ötən dəfə ad yazmağı unutmuşdum ona görə anonim adı yazılıb)
Cavab

Kimdən: Nurlan
15.03.2010 19:51
Kifayət edər, " İslam dinində kişidə, qadında bərabərhüquqludu" deyirsən.
Qoy olsun,bərabərhüquqlu,get bax islam şərqində qadınlar hansı zülmlər altındadırlar?!
Daha yazmayacam,fikirlərin aydın oldu mənə.

Kimdən: Kod
14.03.2010 01:22
Hakimiyyət düz edir islamın bərqərar olmasından narahatlıq keçirir.Cünki islam(sünni,şiə) cəhalətə sürükləyəcək bizi

Kimdən: Nurlan
14.03.2010 01:21
anonymus, hansı haqdan danışırsan, əsl vəhabi ölkəsi olan Səudiyyədə qadınların maşın sürmək hüququ yoxdur.
dizəcən saqqal ,3 metr qara parçaya bürünüb gəzmək-budurmu kulturanız?
Siz xalqımızı orta əsr adət-ənənələtinə qaytarmaq istıyirsiniz.Bax bu doğrudan da təhlükədir,həm xalqımız üçün, həm də dövlətçiliyimiz üçün!

Kimdən: Anonymous
13.03.2010 19:06
Bu ölkəmiz üçün yox hakimiyyət üçün təhlükəlidir. Yaxşı olarki, vəhabizim yerinə Haqqın hakimiyyəti deyəsiz. Bilirmisizki Haqqin hakimiyyəti, hakimiyyəti (əyər buna hakimiyyət demək olarsa) heç cür qane etmir. Siz Qurani Kərimi oxusanız, Hz. Məhəmməd"in s.a.s sünnəsinə əməl etsəniz eləcədə Qurani Kərimə. Onda bilərsiz ki vəhabi adlandırdığınız şəxslərin həyatı, məqsədləri nədən ibarətdir onda dediklərinizi geri götürərsiz. Onların (Müsəlmanların) bu dünyadakı həyatı yaşamın ən yüksək zirvəsidi. Onlar (Müsəlmanlar) buna Qurani Kərim və Peyğəmbərimizin sünnəsinə əməl edərək nail olurlar.
Bəs cahil necə yaşayır? nə yeyir, nə içir, nə danışir, nə geyir, necə geyir? yarı çılpaq, ya da heçnə, ya da bilmirsən şalvarı əynində tikiblər yoxsa kiminləsə köməyli geyinib. Qız. oğlan bir birindən fərqlənmir. Ümumiyyətlə bu insan adlandırdığımız kəslər (cahillər) bilirlər bu dünyada nə üçün yaşayırlar? Əlbəttdə bilmir. Bilsəydilər bu iyrənclikləri törətməzdilər.
Bu gün Azərbaycan gəncini nə maraqlandırır? PUL PUL PUL . Hətta özlərinə haqda qazandırırlar və deyirlər ki, Azərbaycanda rüşvət verməsən yaşaya bilməzsən. Rüşvətin yaranmasına kimlər səbəb olub təbii ki hakimiyyətdəkilər...
Hakimiyyət ölkədə İSLAM DİNİNİN bərqərar olmasından qorxur...

Kimdən: Naıle Haradan: Bakı
13.03.2010 10:55
Qerb muselmanciliqdan cox gozel istifade edir biz turkleri mehv etmek ucun.

Kimdən: Baba
12.03.2010 17:46
Konkret boynumuza alaq ki,vəhhabizm ölkəmiz üçün təhlükəlidir.
Terror son hədəfləridir!
Çox təhlükəlidirlər!
Səhifə (6)
    Növbəti