Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:51

Dünya

Kosmosdan gələn öldürücü bakteriya

Bu kəşf kosmosa səyahət etməli olan astronavtlar üçün çox pis xəbər sayıla bilə
x
Bu kəşf kosmosa səyahət etməli olan astronavtlar üçün çox pis xəbər sayıla bilə
Şriftin ölçüsünü dəyiş - +
Bu, hansısa mifik hekayə deyil. Bu, Amerika Milli Elmlər Akademiyası jurnalında dərc olunmuş yeni bir tədqiqat materialının mövzusudur.

Bakteriyanın adı «Salmonella»dır. Qida zəhərlənməsinə səbəb olan bakteriyadır. 2006-cı ilin sonunda Amerika astronavtları bu bakteriyanın nümunələrini kosmosa aparıblar.

«Salmonella» ştammı kosmosa süsə qabda aparılıb. Onu ekipaj üzvlərinin sağlamlığı üçün təhlükə yaratmaması üçün xüsusi bir konteynerin içinə qoyubmuşlar. Sən demə, qapalı şəraitdə belə bakteriya 12 günlük kosmik səyahət vaxtı mutasiya edə bilirmiş. Yerə qayıdandan sonra bakteriyanın hər iki ştammından – həm kosmik səyahətdən qayıdan, həm də yerdə qalan ştammından olan nümunələr laboratoriya şəraitində siçan üzərində sınaqdan keçirilib. Məlum olub ki, kosmik səyahətdən qayıdan bakteriyanın öldürücü qabiliyyəti yerdəkinə nisbətən 3 dəfə çox olub.

Bu kəşf kosmosa səyahət etməli olan astronavtlar üçün çox pis xəbər sayıla bilər. Astronavtların infeksiyaya yoluxmamaları üçün böyük təhlükəsizlik tədbirləri görülsə də, insan orqanizmini tamamilə dezinfeksiya etmək çox çətindir. Bəlkə də qeyri-mümkündür.

Üstəlik məlumdur ki, kosmosda insanın immun sistemi zəifləyir.

Araşdırmanın müəllifi Arizona Dövlət Universitetinin professoru Çerl Nikersondur. O deyir ki, alimlər bu bakteriyanın öldürücülük qabiliyyətinin artmasına səbəb olan əsas proteinin ayrılması istiqamətində araşdırma aparırlar. Bunu edə bilsələr, astronavtların həyatı daha təhlükəsiz olar.

Tədqiqatçılar həm də ümid edirlər ki, həmin proteini ayırmaq mümkün olsa, bu, infeksion xəstəliklərin müalicəsi və qarşısının alınmasının yeni üsullarına da imkan yarada bilər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: behruz Haradan: iceri seher
02.03.2010 23:08
bu məqaləni yazanın hər halda tibbdən və biologiyadan başı çıxmır. hər hansı canlı növü adı iki sözdən ibarət olmalıdır. Salmonella çoxdan tanınan cinsdir. bu ki, yenilik deyil. yenilik olan kosmosa aparılıb, sonra gətirilən ştammıdır.

Kimdən: Yurdsevər
01.03.2010 15:16
"Salmonello"
Chox gozel ispan gozel xanim adina benzeyir, sen deme xestelik adi imish...

Kimdən: Qızılüzən Haradan: Bakı
01.03.2010 10:56
Vətəndaş, yumor hissinə bir yağlı 5.

Kimdən: VETENDASH Haradan: Dash karxanasi
27.02.2010 17:51
Yaxshi ki kosmosa azerbaycanli getmeyib yoxsa qayidib gelenden sonra rushvetxorluq 3 qat artmish olar