Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:08

Bloqlar / Elxan Nəsibli

İsveç stolu

Şriftin ölçüsünü dəyiş - +
Dünyada bir restoran var.
Burda pul yeyirlər.

Yeyinti məhsulu kimi pul çörəyi çoxdan keçib.

Restorana girmək pulladır.
Pulu mütləq əvvəlcədən verirsən, keçib oturursan, sonra demək olar ki, nə qədər istəyirsən, yeyirsən.
İsveç masası kimi.

Yeməklər sadədir. Büdcədən bir az götürürsən, bir az da layihə götürürsən, məsələn, yol layihəsi.
Büdcədən pulu çıxarırsan, yola batırıb yeyirsən.

Pulu yeməkdən hələ ölən olmayıb.
Bir az gözə ziyandır. Çox yeyənlərin gözü ayağının altını seçmir.

Pul yeməyə cəmi iki məhdudiyyət var. Tək yemək olmaz. Bir də bu restoranı işlədəndən çox yemək olmaz.

Hər iki halda cəza birdir. Güclə mədəni yuyurlar. Nə yemisən hamısını qaytarırsan, qaytardığını qonşu masalardakılar yeyir...

...Vaxtında çıxa bilsən, yaxşı yerdir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Mayis Haradan: İstanbuldan
18.03.2010 16:49
Elxan, sen mukemmel bir terz yaratdin.Bunun uchun fitri istedad,deqiq musahide ve her seyden onemlisi, serrast ifade terzi lazimdir.Hamisi sende var.Seni 'Hurriyet'in yazari Yilmaz Ozdile benzedirem.Turkiyede onu her gun en azi 500 min insan oxuyur. Seni de biz oxuyub Yilmazdan ve 'Haberturk'un yazari Bekir Coskundan aldigimiz zovqu aliriq.Ellerin agrimasin

Kimdən: Ismayilov
05.03.2010 05:24
Muellife halal olsun. Amma bir neche elavem var.

Restorana girmek uchun gerek siyahiya dushesen. Siyahiya dushmek uchun ise gerek pul veresen. Pulun miqdarindan asili olaraq, bir defelik yaxud daimi buraxilis vesiqesi alirsan.

Vaxtinda cixa bilsen yox! Meger o iki mehdudiyetin ohdesinden cixmaq cetindir? Ora girib cixanlar choxdur. Ora gire bilsen, yaxshi yerdir!! Xususile, daimi buraxilis vesiqeni elde ede bilsen!!!

Kimdən: Wah Ismayil Haradan: Sankt Peterburq
04.03.2010 00:15
Cox maraqli yazidir.Shercilerin icerisinde Ilham Ismayilin axirinci doymur sozu lap yerindedir.Ancaq bir sheyi nezerden qacirmaq lazim deyil ki, temeli,yeni bunovresi yaxshi qoyulmayan "restoran" bir gun mutleq ucur.Onda orada daha mohteshem "restoran" tikib haminin orada qidalanmasi ucun sherait yaradilir.(bir de "restoranlar"en cox dava dushen yerdir).

Kimdən: Alik
03.03.2010 16:26
Millet, siz ozunuz ne qeder rushvet vermisiniz ki ishiniz ashsin?
Niye semimi olmayaq?

Kimdən: Mudir Haradan: Qarabag
03.03.2010 15:54
Hamisi bos seydi onlar yeyecek biz baxacagiq danisa-danisa qalcaqiq
sonra onlarin usaqlari yeyecek bizim usaqlar baxacaq
bunu kimse dayandirmaq istese onu tutacaqlar qovacaqlar
eslinde hami onlarin sufresine yol tapmaq isteyir
beledi bele deyil????????????

Kimdən: Kecmish memur
02.03.2010 21:39
axirinci cumle de yaxshidir burani hele ne qeder adam yaxshi yer hesab edir

Kimdən: X
02.03.2010 21:34
Elavem var Bu restorana pasporta baxib buraxirlar

Kimdən: naxcivanli
02.03.2010 21:31
BRAVO! ACİ GÜLÜŞ...

Kimdən: Kecmish memur Haradan: Baki
02.03.2010 21:28
Oturdum fikirleshdim xeli fikirleshdim
hamimiz ushagimizi fikirleshirik elqolumuz baglanir

Kimdən: ILHAM ISMAYIL
02.03.2010 21:23
Biz bu restoranin yaxinliginda yashayiriq.Oranin sahibini de ,ora pulla daxil olanlari da yaxshi taniyir,teamlari nece yediklerini,bezilerinin restorandan qolu bagli cixarildigini,yediklerinin nece qusduqlarini goruruk. Restoranin sahibi cox monoton shekilde idare edir ,eyni yemekler,eyni ashbaz,orkester de eyni havani calir,repertuar deyishmezdi.Ancaq pul yemelisen.Biz menyunu,repertuari deyishmeyi muxtelif yollarla restoranin sahibine catdirmishiq,girishin pulsuz olmasini ,yalniz seviyeye gore iceri buraxilmasini ,normadan artiq yeyilmemesini,neticede hamiya oz seviyesine gore pay catacagini defelerle demishik.Alinmir...Herden dunyanin her yerinden bu restorana gelen qonaqlara da melum menyu teklif olunur ,demek olar ki, imtina eden yoxdu .Tek-tek yemekden imtina edenlerin sesi ,ele bizimki kimi eshidilmir.Orani siz deyen kimi vaxtinda terk etmek mumkun deyil, bir-iki adama nesib olsa da,esasen ixtiyar orani ishledenin elindedi.Bu restoranin bir ozelliyi var-burda yeyenler hec vaxt doymur
Cavab

Kimdən: Azadliqi sevan
14.03.2010 10:24
chox gozel yazmisiniz