Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:49

Verilişlər / Korrupsiometr

25 qəpik yerinə niyə 5 manat tələb edirlər?

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Bakının Nizami rayonunda yaşayan Daşqın Əliyev notariat kontorlarından birində imza təsdiqi üçün 25 qəpik dövlət rüsumu əvəzinə ondan beş manat aldıqlarını deyir. Daşqın Əliyev ondan dövlət rüsüumundan dəfələrlə artıq pul alınmasının səbəblərinə aydınlıq gətirmək istəyib, amma bütün suaları cavabsız qalıb.

Notariuslarla bağlı monitorinq aparan İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova deyir ki, bu sahədə ciddi korrupsiya halları üzə çıxıb. Hüquq müdafiəçisinin sözlərinə görə, 25 qəpiklik dövlət rüsumu əvəzinə vətəndaşdan on qat artıq pul alınması adi hala çevrilib.

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsində Notariat İdarəsinin rəisi Mehman Soltanov isə notariuslarda şəffaflıq olduğunu bildirir. Onun sözlərinə görə, bütün notarisularda dövlət rüsümlarını göstərən cədvəl hamının görə biləcəyi yerdən asılır. İdarə rəisi vətəndaşlardan imza təsdiqi üçün 50 qəpik rüsum əvəzinə 5 manat pul alınmasına inanmır.

“İndi bu məndə şübhə oyadır ki, imzanın təsdiqi üçün dövlət rüsumu 25 qəpik və əlavə haqqa görə də 25 qəpik. Bir az inandırıcı deyil imza təsdiqinə görə, o qədər rüsüm alınsın. Əgər belədirsə vətəndaş radioya müraciət eləməkdənsə elə yerində müraciət edib pulunu tələb edərdi”

Hüquq müdafiəçisi İradə Cavadova isə deyir ki, onların əldə etdikləri sənədlərin yalnız birinin arxasında imza təsdiqinə görə 25 qəpik rüsum alınmasıyla bağlı məlumat yazılıb. Amma həmin sənədi onlara təqdim edən şəxs də ondan 5 manat alındığını bildirib.

“Bu bütün respublika üzrə belədir. Hamı bilir ki, heç kimdən 25 qəpik alınmır, minimum üç manatdan beş manata qədər pul alınır. Etibarnəməyə gəldikdə buna görə dövlət rüsumu 10 manatdır, amma bizim monitorinqlər onu üzə çıxarıb ki, 10 manat əvəzinə 22 manat alınır”.

İradə Cavadova deyir ki, daşınmaz əmlakın alqı-satqısı zamanı, əmlakın özgəninləşdirilməsinin təsdiqinə görə 110 manat dövlət rüsumu əvəzinə adamlardan ən aşağısı 400 manat alınır.

Mövzu ilə bağlı AzadliqRadiosunun “Şəffaflıq” proqramında polemikanı dinləyin.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Azeri
08.03.2010 13:10
Lenkeran notariusunda da eyni veziyyetdir.
Birinci otaqda oturan katibe dedim mene e'tibarname lazimdir, men xarice gedirem, burada olmadigim muddetde atam menim evezime almaqda oldugum torpagin senedleshme ishlerinde ishtirak etsin, imza atsin ve s. Dedi 15 manat rusum vereceksen, dedim ne olar, vererem. Katib senedi cap eledi, men ozum alib iceriye notariusun yanina girdim. O, mohur basdi, men 20-lik verdim, aldi shkafa atdi ki, yaxshi yol. Cixdim colde katibe dedim, 5 manati senden alacam? Katib girdi iceri, "zdacini" getirib verdi mene. Bir de colde senede baxdim ki, ustunde yazilib dovlet rusumu 5man 50qepik alinib. Achigi, ici men qarishiq, kimden ne isteyirdilerse hami dinmez soylemez verirdi, hec niye bele cox alirsiniz deyen yox idi. Men de palaza burunub elnen surunmeyi (sozun heqiqi me'nasinda) meslehet bildim.
Bu da menim ehvalatim. :)

Kimdən: Banu Haradan: Baki
04.03.2010 11:45
Mende kecen il bir senedi tesdiqlemek ucun 1manat istediler. Hec bir sey demeyib(25 qepik sohbetin etmeyeceydimki dusundum) verdim lakin qebz vermediler.(qebzi de teleb etmedim cunki bele etdiyim hallarda meni cox zaman demoqoq adlandirilar). Kecdim reisin yanina ki tesdiqlesin men dediki 10 manat verceksen. Deim ki dovlet rusumudu? dediki yoxu 5 manat ver bilersen. biz banka xidmet haqqi odeyirik ... Men vacabinda artiq 25 qepik evezine 1 manat odemisem dedim ve senedimi alib cixdim. Ozumuzdede gunah var. Haqqimizi teleb etsek huquqlarimizi bilsek ....Duzdu herden surundurmeciliye sebeb olur lakin yende haqqimiz teleb etmeliyik.

Kimdən: Zaur Haradan: sankt-peterburg
04.03.2010 02:00
Azerbaycanda notarius xidmetlerinde bash veran biabirci ve anormal hallar barede mence ekser vetendashlar xeberdardir. Elbetdeki Mehman Soltanov kimi ... adamlar bu cur nogsanlarla razilasha bilmezler. Bu movzu genish movzudur. Konkret olarag onu deyim ki, Azerbaycanda notarius kontorlari ciddi rushvetxorlug ocaglaridir. Hetda yadimdadir ki, 5-6 ay bundan evvel eshitdim ki, Bakinin hansisa rayonunun notariat kontorunun girishinde gapinin ustunde goz tikani asilibmish (bu degig faktdir). Bizlerde goz tikani goz deymemek ucun istifade olunan bir sheydir. Buda onu tesdigleyir ki,hemin kontor o geder ozununkileshdirilib ve oradakai gelir o geder yaxshidirki, oradaki hansisa bir ishci o kontorun gelirlerine goz deymekden narahat olub ora goz tikani asib...

Kimdən: hasan Haradan: burdan
03.03.2010 21:40
etibarnamə ən ucuzu 2-3 qata,diplom və s. sənəd surətlərinin təstiqi-1 sənəd 1-2 manat,vəsiyyətnamə 3 man yerinə 20-30 manş alırlar.Bütün notariatlar ölü adından verilən etibarnamələri görə- görə pulla imzalayırlar,ona görə ki,havayı heç kəs notarius keçə bilməz,notariusdan şəhadətnaməyə görə qanuni 50 manşyerinə 50 (əlli) min man. alırlar ay bala!

Kimdən: Ehtiram Haradan: QUBA
03.03.2010 15:24
Salam.
Sizin xeberiniz varmi Quba notariotu (hazirda Deveçi natariusu olan xanimdan)
Silsile yazilar yazsanizda bes elemez onun qanunsuz hereketleri, 1 manatliq ishe o 50 manat, 50 manatliq ishe 500 manat alir bu xanim.
En dehshetlisi odur ki, kishi kimi sôyush sôyur .... Arxayinligi o heddedir ki, ölunun adindan dovernost verir... Inandiginiz haqqi... Azadliq radiosundan xahish edirem bir balaca reportaj hazirlasinlar bu natarius xanimdan...

Kimdən: Aliqulu Haradan: Baki
03.03.2010 06:35
Mehman müəllim Rajkin demişkən =DUR PUSKAYET=Guyaki onun xəbəri yoxdur 25 gəpik əvəzinə 5 manat alınmadan!!??Notarius bvarədə ganunu hazırlayanda Mehman Soltanov yaxşı bilirdiki 25 qəpiyə notariosu saxlamaq olmaz! Niyə o zaman rüsumun dövlət qiymətini belə aşağı qoyub? Olmazdımıki onu 5 manat yazaydı və yığılan pulda onun cibinə yox dövlətin büdcəsinə gedəydi!Məsələdə bundadır!!