Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Dünya

«Times» erməni soyqırımı iddiası haqda

Norman Stoun

Norman Stoun

08.03.2010
Oksford Universitetində müasir tarix professoru Norman Stoun Londonun «Times» qəzetində yazır: «Osmanlı Türkiyəsində erməni faciəsi haqda ən düzgün sözü 1894-cü ildə İstanbulda erməni patriarxı Aşikyan söyləyib.

1915-ci il hadisələrindən hələ 21 il qabaq Aşikyan İstanbulun əsas erməni kilsəsində ibadət vaxtı deyirdi: «Biz türklərlə min illərdir yanaşı yaşamışıq, böyük rifaha nail olmuşuq. Əgər millətçilər bu elədikləri kimi (terror kampaniyasına başlamaq – «Times»ın qeydi) hərəkətlər eləmək yolunu tutsalar, onda milləti məhv edəcəklər».

Patriarx haqlı çıxdı. Ancaq erməni millətçilər onu və belə danışan başqa erməniləri güllələdilər.

İndi Amerikanın Nümayəndələr Palatasının komitəsi 1915-ci ildə baş verənlərə soyqırımı deyir.

Komitə haqlıdırmı?

Birinci Dünya müharibəsi başlayanda ermənilər də ayağa qalxdılar və bugünki Türkiyənin bir çox yerlərində sonda ölümlərə aparan deportasiyaya məruz qaldılar.

Ancaq bu, soyqırımıdırmı? Əgər soyqırımı Hitlerin etdiyidirsə?...

ERMƏNİ LİDERİ HÖKUMƏT ÜZVLÜYÜNDƏN NİYƏ İMTİNA ETDİ?

1914-cü ilin oktyabrında ermənilərlə problemi birdəfəlik yoluna qoymaq üçün ermənilərin liderinə Türkiyə hökumətinin üzvü olmaq təklif olundu.
Ancaq o, bu təklifdən imtina etdi. Erməni liderinin izahı maraqlıdır. O dedi ki, Türkiyə hələ inkişaf edib, bu həddə çatmayıb.

Türkiyə həmin 1915-ci il hadisələrinə görə 1600 adamı məhkəmə qarşısına çıxartdı və qubernatoru cəzalandırdı.

1918-ci ildən sonra Türkiyə arxivlərini 4 il araşdıran britaniyalı burda soyqırımını sübut edən bir sənəd belə tapmayıb.

Ancaq fransız məktəbində işləmiş bu britaniyalının araşdırması yaddan çıxdı.

Osmanlı Türkiyəsi imperiya kimi dağılanda, o biri imperiyalar dağılanda olduğu kimi hamı əzab çəkib, hamı qırılıb. O vaxtkı xəstəliklər, qırğınlar Türkiyənin şərqindəki əhalisinin üçdə birini məhv edib, milliyyətindən asılı olmayaraq.

Hər bir türk bilir ki, Birinci Dünya müharibəsi vaxtı Türkiyədə dəhşətli hadisələr olub. Ancaq konqresmenlər bu qədər qırılan arasında təkcə erməniləri ayırıb-seçəndə, bu türklərin doğrudan da xətrinə dəyir».
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Akif Şəhər: Baki
09.03.2010 13:54
Turkler subut taktikasindan el chekmelidirler. Onsuz Qerbde her sheyi daha deqiq bilirler. Ele siyaset yurutmek lazimdir ki, bu mesele ehemiyyetini itirsin. Yeni basha dushsunler ki, bu meseleni qurcalamaq ozlerine ziyan getirecek. Erkin demishken, defensiv olammaq lazim.

Kimdən: REYHAN Şəhər: UKRAINA
09.03.2010 03:07
HAMI HEQIQETI BILIR.SUSURLAR. ONA GORE KI, OLENLER MUSELMANALR OLUB. HEQIQETI HEC VAXT DEMEYECEKLER. 1 SEY KI, 18-20 IL EVVELKI QANLI HADISELERI DEMIRLER. YENE DE DEYIREM OLAN MUSELMANA OLUB ONA GORE.

Kimdən: azeriden Şəhər: rusiyadan
09.03.2010 00:39
xachperestlerin birliyine qibte etmek olar.yunanistana munasibetden gorunur ki, avropa hech vaxt duzgunluyun terefinde olmayib.efsuslar olsun ki,biz hech vetenimiz olan AZERBAYCAN etrafinda da birle$e bilmlrik.

Kimdən: Eloglu Şəhər: Avropa
08.03.2010 19:31
Meqale obyektiv gorunsede, heqiqetin esas meqamlarini ortaya qoymayib. Konkret olaraq, meqale deyir ki, 1-ci Dunya Muharibesi zamani ermeniler ayaga qalxdilar. Daha demir ki, sadece ayaga qalxib, haqqlarini teleb etmediler. Ermeniler, ordunun ekseriyyetinin 1-ci Dunya Muharibesi cebhelerinde olmasindan behrelenerek, ermenilerin iddiasinda olan torpaqlarda yashayan turkleri kutlevi qetl etmeye bashladilar. Sonradanda dinc camaatin muqavvimeti ve cebheden derhal donen qoshunlarin hesabina cavablarini aldilar... Ola biler ki, Britaniya qazeti bu heqiqeti yazmaga cesaret etmeyib. Efsuslar olsun ki, Avropada bir chox meqamlarla bagli soz azadligi son illerde xeyli mehdudlashib. 1915-ci ille bagli meseledede ancaq ermeniperest movqeden chixish eden meqaleler ishiq uzu gorur (chox-chox nadir istisnalarla). Heqiqetende turkun turkden bashqa dostu yoxdur.
Cavab

Kimdən: Qarabagli Şəhər: Talan Olmush Yurd
08.03.2010 23:21
Budur heqiqet.Norman Stoun Avropada barmaqla sayilacaq tarixcidir ki,heqiqetleri dile getirir.Ermeni milletcilerinin neye gore "shiltaqliq" etdikleri,arxiv senedlere istinaden komissiyanin yaradilmasina qarshi cixmalari,ozun aciq shekilde buruze verir.Dunyanin aparici dovletlerinin ermeni "kaetindan" istifade etmesi,hamiya gun kimi aydindir.Bu dovletlerin ister Rusiyanin,ister Fransanin ve.s. meqsedleri Turkuyenin dunyada soz sahibi olmasini engellemekdir.Ermenilerin "dushunen bashlari" bilmemish deyil ki,onlar superdovletlerin girovuna cevrilerek,artiq "alet" olmushlar.Papaqlarini qarshilarina qoyub derinden dushunseler,gorerler ki,qondarma "soyqirim" bunlara 10 illerdir baha bash gelmishdir.Hec bir iperiya ebedi olmadifi kimi,"aletde" ebedi deyildir.Vaxt gelecek artiq bir shey kimi "aletde" tullanib gedecek.Vessalam.
Cavab

Kimdən: Rasim Şəhər: buralardan
08.03.2010 20:53
Tam haqlisan, demek bu iddialar ermenilerin deyil, bashqa ermeni havadari olan milletindir, heqiqeti yaxshi bilirler, sadece hem Turklere qarshi, hem de sadece muselman olduqlarina gore, iki uzlu havadarlardir ki, "SHEREF ORDENI" paylaya- paylaya ozlerini obyektiv bir millet, devlet gostermek isteyirler, bir cox devletlerin ishbazlari (senator, konqressmenleri) ise ozlerini guya "OBYEKTIV VE REHIMDIL" gosterib yaxshica pul qazanirlar, sheref ve leyaqetini cibine soxaraq, yaxshi deyibler, "BU DUNYA SHEREF VE LEYAQETSIZLERIN ELINDEDIR"