Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Dünya

Qırğız kişilərin bir çoxu dindən çoxarvadlılıq üçün istifadə edir

Kəbin Mərkəzi Asiya ölkələrində adi haldır

Kəbin Mərkəzi Asiya ölkələrində adi haldır

08.03.2010
Bişkek sakini Aynagülün 58 yaşı var. 34 ildir ailəlidir, 4 uşağı, bir neçə nəvəsi də var. Sovet dövründə menecer işləyən həyat yoldaşı sonradan öz biznesini qurub və dinar olub.

Son iki ildir Aynagülün həyatı xeyli dəyişib. Həyat yoldaşı ikinci dəfə evlənəndən sonra:

UŞAĞI YAŞDA BİR QIZLA EVLƏNİB

«Ərim dindar adamdır. O, gündə 5 dəfə namaz qılır, şəriət qanunlarına riayət edir. Hətta Həcc ziyarətinə də gedib. Heç kimə bir söz demədən, soruşmadan uşağı yaşda bir qızla evlənib. Deyir molla nikahlarına xeyir-dua verib, kəbinlərini kəsib. Belə bir dindar adamdan bu hərəkəti gözləmək olardı?»

Kəbin və ya islam nikahı Mərkəzi Asiya ölkələrində adi haldır. Ancaq bu nikah qadınlara xəyanət olunmuş və müdafiəsiz qalmaq hissi aşılayıb.

Həyat yoldaşının ikinci dəfə evlənməsi xəbəri Aynagülü o qədər sarsıdıb ki, indiyə kimi bunu uşaqlarından, dostlarından və qohumlarından da gizlədir. Son iki il Aynagülə təsirsiz ötüşməyib, yuxusuzluq bir tərəfdən, əsəb gərginliyi də digər tərəfdən. Axırda əsəbdən əlləri əsməyə başlayanda bu sirri bilən yeganə adam - bacısı Aynagülü Bişkekdəki Qadın Krizis Mərkəzinə aparıb.

Təşkilatın direktoru qadın fəallarından biri Bubusara Riskulovadır. Riskulova deyir ki, son illər Aynagül kimi mərkəzin psixoloquna müraciət edən qadınların sayı artıb:

O, NİFRƏTDƏN ZƏHƏRLƏNMİŞDİ

«Bu vəziyyətdə onlara nə etməli olduqlarını deyə bilmərik. Biz sadəcə onlarla söhbət aparır, həyatlarını təhlil etməyə yardım edirik və tunelin sonunda işıq axtarırıq. Aynagül bizə gələndə çox pis vəziyyətdə idi. O deyirdi ki, əri yatanda onun üstünə qaynar su tökmək istəyib. O, nifrətdən zəhərlənmişdi. Əlləri əsirdi və deyirdi ki, «bu cür yaşamaq istəmirəm, ölmək bundan daha yaxşıdır».

Aynagülün mərkəzə ilk gəlişindən bir neçə ay keçir. Ancaq ən azından emosional baxımdan irəliləyiş hiss olunur. Lakin həyat yoldaşının hərəkətləri Aynagülün həyatına təsirsiz ötüşməyib, bir sıra dəyişikliklər baş verib.

Həyat yoldaşı hər ayın 15 gününü əvvəlki ailəsi ilə keçirsə də, onlara pul verməyi dayandırıb. Həyatını uşaqlarını böyütməyə, evin qayğısını çəkməyə həsr edən Aynagül isə az qala 60 yaşında işləməyə məcbur olub.

Qırğızıstanın dünyəvi qanunları çoxarvadlılığı rəsmən qadağan edir. Ancaq Sovet İttifaqı dağılandan bu cür nikahların sayı artıb. Riskulova deyir ki, qırğız kişilərin bir çoxu dindən çoxarvadlılıq üçün istifadə edir. Bu isə ailələrə dağıdıcı təsir göstərir.

Kəbin müsəlman kişilərə 4-ə qədər arvad almağa icazə verir
Ancaq qadınlar da dəyişiklikdən yararlanır. Riskulova qeyd edir ki, bəzi gənc qızlar da yaşlı, maliyyə cəhətdən təmin olunmuş kişilərlə ailə qurmağa, 2-ci, 3-cü həyat yoldaşı olmağa üstünlük verirlər. Son illər ölkədəki iqtisadi çətinlik də öz sözünü deyir...

Belə qadınlardan biri də Gülnarədir. 27 yaşı var, yaxşı təhsillidir. Gülnarə də 3 il əvvəl kəbinlə ailə qurub, çalışdığı firmanın 40 yaşlı rəhbərinin ikinci xanımı olub. İndi 2 yaşlı oğlu var.

Gülnarənin anası Kairgül də qızına yardım etmək üçün Qadın Krizis Mərkəzinə gedir. Gülnarənin özü danışmaqdan çəkinir, ehtiyat edir ki, həyat yoldaşı bunun üçün onu cəzalandıra bilər. Ancaq ana qızının zülm çəkdiyini, müdafiəsiz qaldığını deyir:

QIZ ELƏ BİL EVDƏ HƏBSDƏDİR

«Onların nikahı rəsmən qeydə alınmayıb. Qızım yoldaşını tərk etsə heç nəsiz qalacaq. Qızım uşağı ilə ərinin onlara aldığı kiçik mənzildə yaşayır. O, nə vaxt istəsə, o vaxt da gəlib ailəsini görür. Qız elə bil evdə həbsdədir. Axşamlar küçəyə çıxmır, dostlarını görmür. Hər axşam uşağı ilə evdədir. Bayramda zəng edəndə, deyir «əlbəttə, evdəyəm, televizora baxıram. Başqa nə edə bilərəm ki? Hər dəfə ürəyim parçalanır».

Kəbin müsəlman kişilərə 4-ə qədər arvad almağa icazə verir. Ancaq kişi bu halda birinci həyat yoldaşının razılığını almalı və qadınlarının hamısına, uşaqlarına bərabər səviyyədə, eyni gözlə baxmalıdır. Digər tərəfdən isə kəbin rəsmi olmadığından boşanma və ya ölüm hadisəsi qadını və uşaqları tamamilə dəstəksiz qoya bilər.

Qadın Krizis Mərkəzinin məlumatına görə isə ötən il təcili psixoloji və vəkil məsləhəti üçün onlara müraciət edən qadınların sayı 40 faiz artıb. Müraciət edən qadınların yarısı çoxarvadlılıq, qeydiyyatdan kənar nikahlardan şikayət ediblər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Sorgu-sualci Şəhər: Baki
10.03.2010 08:42
Men coxarvadliliga cox yaxsi baxiram. Ozu de Islam dininin bunu tenzimlemesi mence muselmanlara bexs etdiyi en boyuk nemetlerden biridir. Indiye qeder hemise Islamda bele sey olub ve olacaq. Bunu musbet qarsilamagimin sebeblerine gelince... Birincisi budur ki, olkesinden, dininden, irqinden, milliyetinden asili olmayaraq kisilerin coxu heyatlarinda 1 defe de olsa heyat yoldaslarindan basqa bir qadinla yatib-qalxirlar. Bunu bir ogru kimi, cinayet isleyirmis kimi elemek var, bir de Islamin tenzimlediyi qanun-qayda cercivesinde elemek. Hansi yaxsidir? Mence ikincisi. Teessuf ki azadliq radiosunun bu meqalesi onu qeyd etmir ki, Islama gore eslinde ikinci arvada ve onun usagina/usaqlarina da mulkiyyet huququndan tutmus bir cox meselelere qeder haqqlar verilir. Bu cox boyuk seydir.
Ikinci sebeb odur ki, insanlarin bir cox psixoloji problemlerinin kokunde oz duygularini basdirmaq, inkar etmek dayanir. Bunu Froyd (Freud) kesf elemisdi. Bu bastirilan duygularin en birincisi de ele cinsi duygular ve isteklerdir. Islamin boyukluyune, ezemetine baxin ki cox arvadliliq haqqinda qanunlar qoymaqla insanlarin bu sehevi duygularini bir cinayetkar, bir ogru kimi deyil, oz insanliginin - butun yaxsi ve pis cehetlerile birlikde - ferqine vararaq, bir insan kimi ifade etmesine imkan yaradir. Bunu qanunla tenzimleyir. Neticesi psixoloji cehetden daha saglam, daha semimi ferdler ve cemiyyetlerdir. Tek arvadliliq fikri kisi ile qadin arasinda beraberhuquqluluq getirmek baximindan yaxsidir, amma kokunde cox boyuk semimiyyetsizlik, inkar dayanir. Bunun hec kime xeyri yoxdur. Hetta deyerdim ki modern dovrun bir cox psixoloji xestelikleri bundan toreyir.
Daha yaxsi olardi ki bezi muselman kisiler ozlerine cox arvadli olmaq haqqini asanliqla tanidiqlari kimi, qadinlara da ozlerinden bosanma haqqini real heyatda elece taniyardilar. Mence Islam bunu da cox gozel tenzimleyib. Tarixden ve muasir dovrumuzden bilirem ki Islama gore bosanmaq kisilere oldugu kimi qadinlara da verilen en tebii haqqdir.
Cavab

Kimdən: ali Şəhər: Eskişehir
11.03.2010 19:10
Düz deyirsen qardaş...dediklerin doğrudur. Yanlış olan bunu erkeklerin (=kişilerin) eşlerine danışmadan, eşlerinin rızasını almadan yapıyor olmaları... Eşinin rızasını alabiliyosan git bir daha evlen...Eşi doktor, kendi doktor bir kişi eşine dese "men bir daha evlenmek isteyirem" eşi ne cevap verer...izin verirse evlensin sorun yok...izin vermezse...ki genelde hiç bir kadın izin vermek istemiyo....ve kadın meslek sahibiyse, maaşı yüksek-zenginse, kocasının bu tür çapkınlık hisleri olduğunu anladığında ya onu boşar, başından defeder, veya misliyle ondan intikamını almak için gider başkasıyla yatar-kalkar.....İslam yapılan yorumlara göre çok değişiyo....yok öyle ...islamda kadın ikinci sınıf değil....Feodal toplumlarda millet ve din ayrımı olmaksızın kadın ikinci sınıf tutular...Modern toplumlarda kadın, üniversite okur, mezun olur, meslek sahibi, çoğu erkeklerden daha bilgili ve çalışkandır, maaşları da erkeklerden daha fazladır....Seviyesiz, feodal zihniyetli, kadını ikinci sınıf gören erkeklere de yüz vermezler...

Kimdən: ali Şəhər: Eskişehir
09.03.2010 13:46
Bu mevzu hakkında yorum yazmak çok çetindir. Tabiki inancımız var, müslümanız. Ancak kadınlara yapılan bu adaletsizlik çok korkunç-anormal pis bir olay...Kadınlar meslek sahibi olmalı güçlü olmalı....değilse istismar edebilecek zihniyette insanlar çok....Avrupada yok mu...onlarda da metres teşkilatı var...o da kanunlara aykırı ancak herkes kabüllenmiş gidiyo....yanlış, çok yanlış....Bilgili-meslek sahibi-güçlü-zengin kadınlar eşlerinin böyle ikinciye üçüncüye evlenmesini kabul eder mi..?? veya ikinci kadın olmayı kabul eder mi..??Sapık herifler İslamı kendi fikirleri doğrultusunda yanlış yorumlayarak güçlerini kötüye kullanıyolar....Bu tip şahısların bir şekilde baskı altına alınması, bunların toplumdaki saygınlıklarının sorgulanması gerekir....

Kimdən: Qızılüzən Şəhər: Bakı
09.03.2010 11:45
İnsan nəfsinin istəyinə çatmaqdan ötrü min hoqqadan çıxırsa, buna İslam neyləsin?

Kimdən: Tural Şəhər: Bakidan
09.03.2010 10:34
Bu yazini bura qoyan jurnalist. Eybi yox, qoy hemin qadin axshmlar gezmesin. Sen oz arvadini buraxarsan axshamlar gezmeye, yaxshi? Qoy ureyi sixilanda dostlariyla da gorushsun axshamlar.
Cavab

Kimdən: azeriden Şəhər: rusiyadan
09.03.2010 13:44
saq ol,ay dost.o arvadina gece klubuna da getmeye icaze verecek,yegin.

Kimdən: naxchivanli Şəhər: istanbul
09.03.2010 09:33
Bu muzelmanin inkishafdan saxlayan bu shehvet xesteliyidi. Qirgizlar maddi cehetden pis gunde yashasalar da, amma heqiqeten de bir choxunun en azi 2 dene arvadi var. Onlarda deyesen kishilik bununla olchulur

Kimdən: eloglu Şəhər: ordan burdan
09.03.2010 02:04
Azadliq radiosu yorulamadiz anti din tebligatina? Ne geder olar e.bashga movzu tapmirsiz?
Cavab

Kimdən: Moshu Şəhər: Goyezen
09.03.2010 08:32
Bu artiq din deyil.Islamda bele sheyler buyurulmayib.
Cavab

Kimdən: Anar
09.03.2010 04:17
Din hagginda dogrulari yazmag - anti-din demek deyil.

Kimdən: Sabir
09.03.2010 00:43
İslamın bu qanunları artıq 21ci əsrdə disfunksionalllaşır.