Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 10:20

Verilişlər / Korrupsiometr

Rüşvət əməliyyatı: 24 yol polisi və onların rəisi saxlandı

Türkiyə lirəsi
x
Türkiyə lirəsi

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Türkiyədə Mərmərədəki limandan İsranbula yük daşımaqla məşğul olan sürüclərdən rüşvət almaq ittihamı ilə yerli yol polisinin rəhbəri də daxil olmaqla 24 polis əməkdaşı saxlanıb.

Əməliyyat yük daşıyan şirkətin müdarinin şikayəti ilə başlayıb.

CNN TURK televiziyasının məlumatına görə, adı açıqlanmayan şirkət sahibi bölgədəki yol polisinin sürücülərin maşına yol veriləndən artıq yük vurmasına icazə verdiyini, əvəzində isə onlardan rüşvət aldığını bildirib.

Bir ildir yol polisinə rüşvət verdiyini deyən şirkət sahibi son zamanlar onların ikiqat daha artıq pul istəmələrindən qəzəblənib. O, konkret adlarla hansı polisə nə zaman, nə qədər rüşvət verdiyini, polis əməkdaşlarının nömrələrini də qeyd edib.

Şirkət sahibi bildirib ki, bəzən polis əməkdaşlarından kimsə rüşvətdən imtina edirdi, amma dərhal da onu həmin yolda xidmətdən kınarlaşdırıdılar.

Rayon prokurorluğu üç gün əvvəl yol polisinin rəisini və yeddi polis əməkdaşını təqib edib.

Qaçaqmalçılıq və Təşkilatlı Cİnayətkarlıqla Mübarizə İdarəsi ilə birlikdə aparılan əməliyyat nəticəsində bu gün günorta saatlarında saxlanan polis əməkdaşlarının silahları və vəsiqələri əllərindən alınıb və onlar həbs ediliblər.

Bu işlə bağlı ümumilikdə 24 yol polisi əməkdaşı və rayon yol polisi idarəsinin rəisi istintaqa cəlb edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ismailov Haradan: Avropa
03.04.2010 23:53
Ermeni Bakiya gelmeyince konkurenssiz özbashunachilig,dövletsizlik davam edecek! Aydindir ki Rusun bura gelmesi uzun chekecek.Özümüz ise ushag baxchasindan bele rüshvet alirig.Yuxaridan-Mekteblerden-Dindarlardan-Dinsizlerden bizimchün guyunun dibine "Veten" hissi töken hele ki dogulmayib.85-86-da rast geldiyim haggsizliga göre Moskvaya shikayet telegrami vurdim.24 saatdan sonra kendin dere-tepe yollarinda Bu numayande menim shikayetimi senedleshdirib ikinci 24 saat erzinde hell etdi.Indi baxiram yuxaridaki Türk pulunun üstündeki shekile Nachichevani mecbur düshünürem,ne Rusu,ne Irani,Ne de Ermenini!!!!

Kimdən: Adem 885
10.03.2010 22:54
Salam ! Bu gun yasadigim erezide bir he ad verim bilmirem sahidi oldum.Hemin erazide 6-7 takisi masinlari dayanmisdir,men hemin masinlarin yaninda idim birden,bir ag regli bir masin geldi ,masinin ustune neqiliyyat departamenti yazilmisdir,o gozlerimin qarsisinda gunun gunorta caginda her bir taksi surucusunden 30 manat aldi ve getdi.Bu hedir gunun gunorta cagi soygunculuqdur.Men sorusdum bunlar kimdir,sizden niye bu 30 manat pulu alir bildirdiler ki,linsensiya puludur/Bes size qebiz verdilermi bildirdiler ki,ne qebiz her ay gelib yigib gedirler.Bu pullar hara gedir.Bele ozbasilaniq olrmi. Bu pullar kimin cibine axir.Baki seherinde heqeder taksi var,heresinden 30 manat alanda gorun ne qeder pul yigirlar bunlar.Men dedim vermeyin dediler ki,norreni acillar ,sonra gerek 100 manat cerime odeyem ki ,nomreni geri alam.Belede sogunculuq olarmi,bu dovletde qayda qanun yoydyrmu.Bir tike corek puluna cixan insanlari ,gunun gunorta cagi soyurlar.Budceye geden pul ,kimin gibine axir.Siz Azadliq Radiyosu olaraq size bu haqda yazmagimi ozume borc bildim ve verlislerinizin birinde bu meseleni isiqlandirin.

Kimdən: akif Haradan: baki
10.03.2010 20:40
Mene cox maraqlidi goresen Suruculuk vesiqesi ucun verilen 1000 -manat . nomrenin qiymeti 20 manat olduqu halda 5- 10 min manata satilan nomreler ve saireler Kankret hansi vezifeli shexsin cibine gedir? Emelli bashli kalxoz bazaridi vallah .... Bizim memurlari dindirsen deyeceklerki Dunyada Azerbaycan polisinden yaxshisi yoxdu .. Bele baxanda Sravi polis kimdiki yuxarinin icazesi olmadan pul alsin... ANCAQ INSANIN BIR ALLAH TALADAN QORXUSU OLAR ADAM OZ XALQIN BELE SINDIRMAZ AXI .....

Kimdən: Afat Haradan: Ukrayna
09.03.2010 10:26
Sag əlləri bizim başimiza! Azərbaycanda ganuni yükə də rüşvət verirsən, özü də bütün yol boyu , "duxun" çatir get kiməsə şikayət elə, guya kimsə durub səni müdafiə edəjək...

Kimdən: Tural Haradan: Baki
09.03.2010 09:38
Sag eli bizimkilerin bashina. Amin !