Dinlə

Canlı efir

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Dünya

1 mart səsverməsinə ABŞ dövlət katibi «rəzalət» desəydi, nə hiss edərdik?

Deyə bilərsiniz ki, baş nazir Ərdoğan hissləri fırtına kimi olan insandır və onu o şəkildə qəbul etmək lazımdır

Deyə bilərsiniz ki, baş nazir Ərdoğan hissləri fırtına kimi olan insandır və onu o şəkildə qəbul etmək lazımdır

09.03.2010
Türk köşə yazarları Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin qərarı barədə

Sedat Ergin («Hürriyet»)

MODEL ORTAQLIQ BELƏ OLURMU?

Üstündən çox keçməyib - keçən ilin aprelində prezident Barak Obama Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərkən Türkiyə-ABŞ münasibətlərini xarakterizə etmək üçün «model ortaqlıq» ifadəsindən istifadə etmişdi.

«Model ortaqlıq» məfhumu baş nazir Ərdoğanın dekabr ayının əvvəlində Vaşinqtona səfəri vaxtı əməlli-başlı rəğbət qazanmış, Ərdoğan Oval ofisdəki açıqlamasında bu model ortaqlığa «daha geniş bir məna veriləcəyini» demişdi. Bu geniş mənalı model ortaqlıq, keçən həftə ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində qəbul edilən «soyqırımı» layihəsindən sonra qəzaya məruz qalmışdır.

ABŞ iqtidarı bundan sonra qərarın sessiyaya gətirilməsini əngəlləyərək böhranın böyüməsinin qabağını almışdır .Bundan sonrakı böhranlı döngə - prezident Obamanın 24 apreldəki müraciətində «soyqırımı» kəlməsini deyib-deməyəcəyinə dair sualdır.

Qərar sessiyaya gətirilmədiyi və Obama «soyqırımı» kəlməsini demədiyi müddətcə yaşanan bütün sarsıntıya baxmayaraq münasibətlərin bu və ya digər dərəcədə düzələcəyini söyləyə bilərik. Bununla birlikdə protokollar qovluğunun münasibətləri öz ipotekası altına alması potensialı olduğunu görməzlikdən gələ bilmərik.

BAŞ NAZİR KONQRESİN HALINA ACIYA BİLƏRMİ?

Problem Ankarada verilən bəzi açıqlamaların ABŞ iqtidarından çox, Konqresdə əlavə bir narazılıq yaratması halında yaşana bilər.

Bunların başında baş nazir Ərdoğanın komitənin qərarını «komediya-parodiya» adlandırması, bununla da kifayətlənməyb həftənin axırında Şanlıurfada «Oradakı adi bir hesaba, adi bir diaspora hərəkatına Türkiyəni fəda verə biləcək düşüncəyə - doğrusu, mən acıyıram və gülürəm» sözləri gəlir.

Ərdoğan komitəyə əsəbləşməkdə haqlıdır və Türkiyənin reaksiyasını nümayiş etdirməlidir. Ancaq baş nazirlərin xarici siyasət məsələlərinə dair fikir bildirərkən qətiyyən keçməmələri lazım olan bir xətt var və bu cür ağır sözlərin onun Konqresdəki imicinə ciddi ziyan vura biləcəyinə görə narahatıq.

Deyə bilərsiniz ki, baş nazir Ərdoğan hissləri fırtına kimi olan insandır və onu o şəkildə qəbul etmək lazımdır. Yaxşı, onda elmi kariyerdən gələn, professor titulu daşıyan və o cür əsəbi ruh dünyasından gəlməyən bir xarici işlər nazirinin başqa bir ölkənin parlamentindəki səsvermə üçün «rəzalət» deməsini necə izah edəcəksiniz?

TBMM-dəki 1 mart səsvermsinə ABŞ dövlət katibi «rəzalət» desəydi, nə hiss edərdik?

Mehmet Yılmaz («Hürriyet»)

BU PROBLEM SİYASƏTLƏ HƏLL EDİLƏ BİLMƏZ


Bu günə qədər 17 ölkənin parlamenti buna bənzər qərar qəbul etdi. Onların arasında Yunanıstan kimi «müttəfiqimiz», Cənubi Kipr kimi «varlığını qəbul etmədiyimiz», Rusiya Federasiyası kimi güclü ticari və ictimai münasibətlərimiz olan ölkələr də var.

Hazırda ABŞ-da 41 əyalət erməni soyqırımını qəbul edir. Müxtəlif ölkələrin parlamentləri 1915-ci ildəki köçürülmədən irəli gələn suçları «soyqırımı» kimi xarakterizə etdi deyə, dünyanın axırı gəlmədi. Çünki bu qərarı qəbul edəcək olanlar ölkələrin parlamentləri deyil.

Bu günə qədər olduğu kimi, bundan sonra da belə bir qərarı qəbul edəcək olan yer-üsullara görə yaradılan bir beynəlxalq məhkəmə ola bilər. Buna görə də «ABŞ erməni layihəsini qəbul edərsə, təzminat ödəmək məcburiyyətində qala bilərik» kimi boş sözləri bir kənara qoyaq.

Açıq-aşkardır ki, bununla siyasi yollardan mübarizə aparmaq mümkün deyil.

Məsələnin mahiyyəti - dünyanın bir çox yerində 1915-ci ilə hadisələrinin «soyqırımı» kimi qəbul edilməsindədir.

Yəni, problemin əsasında ermənilər tərəfindən aparlan geniş miqyaslı bir piar kampaniyası vardır. Mübarizə o miqyasda aparılmalıdır.

Ancaq əvvəlcə sualın cavabını dürüst şəkildə özümüzə verməliyik: 1915-ci ildə nə oldu? Bu torpaqlarda yaşayan ermənilərə nə oldu?
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Toğrul Şəhər: Bakı
09.03.2010 17:51
Türkiyə ABŞ-ın NATO üzrə müttəfiqidir, Xaricdəki ən böyük hərbi bazalarından biri İncirlikdə yerləşir. Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatı üzrə Rusiyanın müttəfiqidir. Xaricdəki hərbi bazalarından ikisi Ermənistanda yerləşir.
Bəs onda görəsən ABŞ nəyə görə özünün yox, Rusiyanın müttəfiqini müdafiə edir? Müttəfiqliq belədirsə, onda ABŞ-la "kəşfiyyata" bir yana, ehsan yeməyə getmək də təhlükəlidir...

Kimdən: azeriden Şəhər: rusiyadan
09.03.2010 17:09
sadece olaraq ab$ olmayan meyid alveri edir.ilk demokratiya olmayan olke ele imperialist ab$-dir.ab$-da ola bilsin demokratiya var,amma ab$-in huddutlarindan qiraqda ab$ hech bir demokretiyaya mehel qoymur.demokratiyani ba$qa devletler uchun tezyiq kimi istifade edir.guclu ve tam musteqil devletler ab$-a el vermir.onlara oyuncaq devletler lazimdir,ermenistan kimi.ne ise...

Kimdən: Müəllim Şəhər: Bazarbaycan
09.03.2010 16:41
Mən sayın Erdoğanın iç siyasetini desteklemirem. Amma amerikalıların ünvanına dediyi sözlərə görə ona teşekkür etmek isterem. Hele az deyib. Gerek daha kesinlikle deyeydi. Bu amerikalılar özlerini ne hesab edirler, bizi ne hesab edirle? Bir yandan Türkiyeni özüne terefdaş hesab edir, bir yandan de her il eyni bir qondarma problemi çıxarır gündeme. Adama deyerler, kardaşım bu "soykırım" olub, ya olmayıb? Bir yolluk kapatsanız bu səfeh mövzunu: ya elə, ya belə. Bu həm ermenilerin, hem türklerin hissleri ile oynamaqdır. Bir de ki, bu amerikalılardan sormaq gerek: babaları yerli aboregenleri vahşi hayvan qisminde ovladıqları üçün bunların mesuliyyeti neden ibaret? Canım, Türkiye ki, haqsız kimseye kıymamış. Vetenine xeyanet edib ruslarin cebhesine keçmek istemiş ermenileri serhedlerden Turkiyenin içine doğru köçürmüş. Köçürme prosesinde de ölen-iten olmuş. Kİm daha çox günahkardır: Vetene xeyanet edib onun küreyine xencer soxanmı, bu xeyanetin kurbanımı?
Türkiye momkem dur! Sen hemişe olduğu kimi HAQQ yolundasan! Oğullarını koru! Tanrı TÜRKÜ korusun!
Cavab

Kimdən: Sara
10.03.2010 05:04
buna deyerler ne tokersen ashina, o da chixar ...
Cavab

Kimdən: oralardan Şəhər: buralardan
10.03.2010 18:30
yaxshi bes bizim yerimiz hardadir?
Cavab

Kimdən: Müəllim Şəhər: BazaraÇevrilmişÖlkə
10.03.2010 15:16
Sen terefini saxladiqlarina hech vaxt "stavka" etmek olmaz. Onların yeri həmişə qoltuq olub ve ele orada da qalacaqlar. Bu onlarin taleyidir, taledən isə qaçmaq olmur...