Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:49

İqtisadiyyat

6 milyard dollarlıq layihə

«Mərkəzi Azəri» platforması
x
«Mərkəzi Azəri» platforması
Şriftin ölçüsünü dəyiş - +
Martın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Chirag Oil» layihəsinin sanksiyalaşdırılması mərasimi keçirilib.

ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib ki, bu layihənin həyata keçirilməsi üçün «Azəri-Çıraq-Günəşli» yatağının işlənməsi üzrə konsorsiumun bütün səhmdarlarının razılığı alınıb və Azərbaycan hökuməti işlərin başlanmasına icazə verib.

Layihəyə qoyulan sərmayələrin dəyəri 6 milyard dollarla qiymətləndirilir. Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycanın xarici neft şirkətləri ilə əməkdaşlığı tarixində ilk dəfə olaraq layihədə bütün tikinti işləri Azərbaycanda həyata keçiriləcək. Bu, Azərbaycan vətəndaşları üçün 1800 iş yerinin yaradılması deməkdir.

«BP-Azerbaijan» şirkətinin rəhbəri Rəşid Cavanşir qeyd edib ki, bu layihə çərçivəsində bundan əvvəl Xəzərdə tətbiq edilməmiş yeni texnologiyalar tətbiq olunacaq. Bu, Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində kontrakt sahəsindən əlavə olaraq 360 milyon barrel neft çıxarmağa imkan verəcək. Bu zaman gündə 1 milyon barel həcmində stabil neft hasilatı dövrü «maksimum uzadılacaq».

«Chirag Oil»-də tikinti işlərinin cari ilin iyununda başlanacağı nəzərdə tutulub. 2012-ci ilin 4-cü rübünə qədər tikinti işlərinin başa çatdırılması və qazma və istismar işlərinin başlanması, 2013-cü ilin 4-cü rübünə isə neft hasilatına başlanması nəzərdə tutulub. Platformada maksimum hasilat səviyyəsinə çatıldıqda gündə 25 min ton neft çıxarılması nəzərdə tutulur.

«Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi üzrə «Əsrin müqaviləsi» 1994-cü ilin sentyabrında imzalanıb. Birinci neft 1997-ci ilin noyabrında çıxarılıb. Ümumilikdə müqavilə sahəsinin işlənməsinə başlandıqdan bu günə qədər 170 mln ton neft çıxarılıb.

«BP-Azerbaijan»ın məlumatına görə, yataqda neft ehtiyatları 730 milyon ton, ARDNŞ-nin məlumatına görə isə 930 milyon ton təşkil edir. Gündə 1 milyon barrel səviyyəsində maksimum neft hasilatı dövrü 2014-2018-ci illərə təsadüf edəcək.

Azərbaycan tərəfin məlumatlarına görə, 2024-cü ildə «Əsrin müqaviləsi»nin müddəti bitənədək gündəlik neft hasilatı təxminən 450 min barrel təşkil edəcək.

«Azəri-Çıraq-Günəşli»nin işlənməsi üzrə konsorsiumun səhmdarları BP (operator - 34,1367 faiz pay iştirakı), ChevronTexaco (10,2814 faiz), ARDNŞ (10 faiz), INPEX (10 faiz), Statoil (8,5633 faiz), ExxonMobil (8,006 faiz), TPAO (6,75 faiz), Devon Energy (5,6262 faiz), Itochu (3,9205 faiz), Delta Hessdir (2,7213 faiz)
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
10.03.2010 15:23
Ən acınacaqlısı isə odur ki, hər bir işsiz azərbaycanlı bu layihəyə iş yeri tapmaq ümidi ilə baxsa da, belələrini çoxunun ümidi boşa çıxacaq: çünki işsizlərin sayı (on minlərlə!) ilə yeni açılacaq iş yerlərinin (cəmi 1500 nəfər, təxminən) sayını müqayisə edəndə acınacaqlı fərq alınır. O da nəzərə alınmalıdır ki, bu iş yeri cəmi 1,5 illikdir. Belə hallarda azərbaycanlı sələmə pul götürüb adam axtarır ki, rüşvət verib bir işə düzələ bilsin!
Ey mənim hər acıya dözən həmvətənlərim, bəsdir bu qədər dözüm göstərdiniz! Allah dözümünüzü qırsın! Bəsdir, bu acgözlərin milyardlarını saydıq, indi o milyardların sahibinə - Azərbaycan Xalqına qaytarılmasının vaxtı yetişir. Hazır olun bu seçkilərdə saxtakarları durdurmağa!

Kimdən: Azerbaycan
10.03.2010 14:42
Gorunur hakimiyyetin veziyyeti agirlashib daha cox neft satib yene de bu yaziq milletin bashini qatir

Kimdən: Neft olkesi
10.03.2010 14:39
Bir olkedeki bu qeder nefti ola ve bu qeder nefte vesaitler ayrila ve hemin olkenin vetendahslari dunyanin en kasib olkelerinden pis veziyyetde yashaya Siz deyin bele bir olkede yashamaga deyermi????

Kimdən: Azerbaycan
10.03.2010 12:06
Gorek bu neft tukenende ne edecekler?

Kimdən: davud Haradan: baki
09.03.2010 19:53
6 mlrd. .1994-cu ildan 16 il kecib./asrin muqavilasindan/.na kasiblarin sayi azalib nada taqaudcular bundan bir xeyir gorub..75 manat alan taqaudcu bu xabari ewitsa urayi partlayacaq
Cavab

Kimdən: Kuloglan Haradan: Kulustandan
10.03.2010 16:45
AzTv deyiblər almaniyada təqaüd 20 avrodu.
Azerbaijada is 75 manaddir. bundan artiq nə istəyirsiz.

Kimdən: Kuloglan Haradan: Kulustandan
09.03.2010 18:48
6 milyard. Choh deyilmi?
Gabahlar hamin yatag da bu pula bir necha platforma tikmishdilar.
Cavab

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
10.03.2010 10:24
Qardaş, bəs Dubaydakı villacıqların komunal xərcləri də ödənilməlidir, hələ İşveçrədəki, Fransadakı, İngiltərədəki, Türkiyədəki, Rusiyadakı villacıqları demirəm. Bunun hamısı nəzərə alınmalıdır, ya yox?

Kimdən: Anar. Haradan: Moskva
09.03.2010 18:04
Layihe gozel layihedi amma bir az uzaqi duwundukde, ve Azerbaycanda olan ish gedishatina baxdiqda, 1800 iw yerinin acilmasi muvveqeti bir hal olduqunu goreceyik, yeniden o layihede qazanilan pullar, harasa axacaq.... ve 1800 iw yerinin yarisi texire salinacaq, hemen ishlerin bawinda duranlar ise , savadsiz bir insanlar olacaq, halbu ki, her hansi bir Azerbaycan vetendawi ondan cox bilir ve bu vetenin vetendawi olduqu ucun can fesanliq ile oz vetenine ish gormesi ucun can atar... Tesuffler edirem ki, bu gun ki gunde, Azerbaycan vetendawina, oz veteninde addim atmaqa imkan yoxdur.
Cavab

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
10.03.2010 11:33
AZərbaycan oksigen balonu ilə nəfəs alan xəstəyə, İlham Əliyevin iqtidarı isə bu balonun kranını əlində tutan şəxsə oxşayır: hərdən məzələnib kranı bağlayır, xəstə boğulanda bir az açır... və bir də bağlayır və bir də açır...