Dinlə

Canlı efir

İşdən sonra - Mirmahmud Mirəlioğlu sualları cavablandırır

Növbəti veriliş

NOVXANI ÇİMƏRLİYİ

Video

Divar videoserialı - 1-ci hissə Video

Ülkər Akifqızı 6 kvadratmetrlik tərəvəz köşkünü qanuniləşdirməyə çalışan Aydın Əliyevin başına gələnləri izləyir

SORĞU

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət vermədən ali məktəbi oxuyub başa çatmaq mümkündürmü?

Rubrikalar / Qarabağ

Qorbaçov Qarabağa respublika statusu vermək istəyib

Mixail Qorbaçov

Mixail Qorbaçov

09.03.2010
«O zaman SSRİ-nin rəhbəri kimi Qarabağa respublika statusu verilməsini təklif edirdim. Azərbaycanın ozamankı rəhbəri, deyəsən, Vəzirov idi, o, razılaşmaq istəyirdi, amma sonradan alınmadı».

Bunu keçmiş SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov bildirir.

Martın 5-də Qorbaçov Fondunun dəstəyi ilə yenidənqurma siyasətinin 25 illiyi ilə bağlı hazırladığı hesabatın təqdimatı keçirilib. Sənəddə SSRİ-nin dağılmasının səbəblərindən biri kimi də Qarabağ münaqişəsi göstərilir. Hesabatın təqdimatından sonra AzadliqRadiosunun erməni xidmətinin suallarına cavab verən Qorbaçov bildirib ki, «Qarabağ münaqişəsi kimi münaqişələrdə qalib olmur, razılaşmaq lazımdır. 80-ci illərin sonlarında da necəsə Qarabağ probleminin həlli mümkün idi».

O ZAMAN PROBLEMİ BƏLKƏ NECƏSƏ HƏLL ETMƏK OLARDI

Bu münaqişənin qarşısının alınması barədə gördüyü işlərdən danışan Qorbaçov deyir:

«Mənə elə gəlir ki, necə də olsa, Qarabağa yardım lazım idi. Ora status verilməli və iqtisadi yardım edilməli idi. Onların Yerevanla əlaqələrinin yaranması üçün hər şey edilməli idi».

Qorbaçovun bildirdiyinə görə, o, SSRİ-nin rəhbəri kimi Qarabağa respublika statusu verilməsini təklif edibmiş, Azərbaycanın ozamankı rəhbəri Vəzirov da bununla razılaşmaq istəyirmiş. Amma sonradan bu, alınmayıb.

Mixail Qorbaçov hesab edir ki, o zaman problemi bəlkə necəsə həll etmək olardı. Amma indi Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytarılmasını təsəvvür etmək çətindir.

Qorbaçov hesab edir ki, Qarabağda yeni müharibəyə bütün beynəlxalq güclər cəlb oluna bilər, ona görə də bütün mümkün vasitələrlə buna imkan verilməməlidir.

HAKİMİYYƏT QARABAĞA FİKİR VERMİRDİ

80-ci illərdə Qarabağda vəziyyətə toxunan Mixail Qorbaçov bildirib ki, o zaman orada vəziyyət acınacaqlı idi. Hakimiyyət Qarabağa fikir vermirdi:

«Qarabağdan hətta, Yerevanla əlaqə saxlamaq mümkün deyildi. Qarabağa pul verilmirdi. Sonra biz əlbəttə, Qarabağa vəsait ayırdıq. Amma onun necə xərcləndiyini deyə bilmərəm. Mənim təkliflərimi də belə yozurdular ki, guya mən erməniləri sevirəm, azərbaycanlıları yox. Nə qədər də boş söhbətlərdir».

Bu, keçmiş SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun Qarabağ münaqişəsi haqqında martın 5-də Moskvada söylədiyi fikirlər idi.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: AZERIDEN Şəhər: RUSIYADAN
12.03.2010 22:04
BU QOY OZ BA$INDA OLAN LEKENIN QAYDINA QALSIN.QANQRENA ILE NETICELENE BILER.

Kimdən: Sebuhi Şəhər: lacindan
11.03.2010 23:11
ele qarabag bunlarin siyaseti ucbatindan getdi

Kimdən: Qızılüzən Şəhər: Bakı
11.03.2010 19:44
Mövqeyinizin ermənipərəst olduğunu ortaya qoymağa ehtiyac yoxdu, "hörmətli" Qorbaçov, bunu çoxdan yaxşı başa düşmüşük, özünüzə niyə əziyyət verirsiniz?

Kimdən: speechless Şəhər: Marsdan
11.03.2010 07:10
Как только земля держит таких животных?! Да етого гЁрбачёва за яйца нужно вешать!!! Ответит этот проходимец и все остальные за всё проделанное...Аллах керимдир

Kimdən: Zaur Şəhər: sankt-peterburg
11.03.2010 02:13
Mixayil Gorbacovun unvanina seslenen itdihamlar hagli itdihamlardir.Sadece bir shey aci gorunur ki,Gorbacovun o dovurde yurutduyu siyasetden eziyyet cekenler onu dunya mehkemesi garshisina cixara bilmir.Eger sohbet shexsen biz azerbaycanlilardan gedirse mehs bizim satgin ve nankor dovlet rehberlerinin yurutduyu siyaset neticesinde biz dunya mehkemesi garshisinda bu iddiani galdira bilmirik.Bu cur iddialar dovletin adindan galdirilmalidir..O,dovletinki,oz vetendashlarinin menafeyini hemishe uca tutur.Bu bizim dovlete aid deyil...

Kimdən: Lufthansa
10.03.2010 23:07
Senin eleyin elenib xelbirin de goyde firlanir...daha bu ishler senllik deyil.Ugursuz !

Kimdən: Vätändashdan Şəhər: Qäriblikdän
10.03.2010 15:42
Niyä Heydär Äliyev öländän sonra danishir bu adam.

Kimdən: azeriden Şəhər: corek pulu daliyca qacan
10.03.2010 13:53
Qoresen bu haqsizliqa son deyen olacaqmi

Kimdən: Yurdsevər
10.03.2010 11:51
sherefsiz!

Kimdən: Xeyal Şəhər: Baki
10.03.2010 11:42
Dunyadaki bohrani aradan qaldirmaq ucun muharibe etmeye yer axtarirlar.Hami gozunu Qarabaga dikib.Qarbacovun Azerbaycanin daxili islerine qarismaga haqqi yoxdur.Yeter ki, dunyani alt-ust etdiyine gore mukafatlar aldi.Onun qatari coxdan gedib ve bir daha geri qayitmayacaq.
    Növbəti 
Səhifə (2)